Məhkəmə qərarları › İş №e-2(007)-3238/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3238/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3238/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı ASC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri və xx.xx.2023-cü il tarixli Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması. Müqavilənin predmeti- kredit müqaviləsi. Tələb olunan məbləğ- 176,52 manat əsas borc, 4,15 manat faiz borcu, 10,80 manat cərimə borcu olmaqla cəmi 191,47 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar- Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 421.3-cü, 442.1-ci, 448.1-ci,462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas və faiz borcu hissəsində əsaslı hesab edir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizərazılaşması üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixinə borc olması barədə bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2025-ci il tarixinə borc olması barədə göstərilən məbləğdə), yəni 4,15 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə alqı-satqı müqaviləsi üzrə mübahisələri) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 176,52 manat əsas borc, 4,15 manat faiz borcu, 8 manat cərimə borcu olmaqla cəmi 188,67 manat borc və 30 manat dövlət rüsumunun əvəzi "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar