Məhkəmə qərarları › İş №e-2(007)-324/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-324/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-324/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh və X1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-cil tarixli 336786- CNS-29797 saylı “Nağd krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 18,90 faiz hesablanması şərti ilə 55 ay müddətinə 6000 manat məbləğində kredit verilib.Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2022-c i il tarixdən icra etməyib və nəticədə cavabdehin Banka ümumilikdə 6654,86 manat məbləğində borcu qalıb.Tərəflər arasında bağlanan kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilib, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməyib və öhdəliklər lazımınca icra edilməyib. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunub. Qeyd edilənlərə əsasən Cavabdeh 08 dekabr 2021-ci il tarixli 336786-CNS-29797 saylı kredit müqaviləsi üzrə 5715,95 manat əsas borc, 550,51 manat faiz borcu, 388,40 manat cərimə borcu olmaqla, cəmi 6654,86 manat borcun və 86,55 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli 336786- CNS-29797 saylı kredit müqaviləsindən görünür ki, borcalana İddiaçı ASC tərəfindən illik 18,90 faizlə 55 ay müddətinə istehlak məqsədilə 6000 manat məbləğində kredit verilib. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 08 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5715,95 manat əsas borc, 550,51 manat faiz borcu, 388,40 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6654,86 manat borcu vardır. Ödəniş qəbzindən görünür ki,iddiaçı 86,55 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 08 dekabr 2021-ci il tarixdə qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə kredit vəsaitini Cavabdeh versə də, sonuncu müqavilənin şərtlərinə əməl etməmiş, öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə Cavabdehnın banka 6654,86 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə əsas və faiz borcunun, məhkəmə xərclərinin tutulması hissəsində iddia tələblərini əsaslı hesab edir. Məhkəmə 388,40 manat cərimə borcunu əsas borca nisbətdə yüksək olduğunu nəzərə alaraq cərimənin azaldılaraq 30 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 dekabr 2021-ci il tarixli 336786-CNS-29797 saylı kredit müqaviləsi üzrə 5715,95 manat əsas borc, 550,51 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 6296.46 manat borc və 86,55 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 dekabr 2021-ci il tarixli 336786-CNS-29797 saylı kredit müqaviləsi üzrə 5715,95 manat əsas borc, 550,51 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla,cəmi 6296.46 manat borc və 86,55 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar