Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3244/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- BOKT "Azkredit” ASC. Cavabdehlər- Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3. Tərəflər arasında bağlanmış müqavilələr- Cavabdeh2 ilə bağlanılmış xx.xx.2023-cü il tarixli, LD ********** nömrəli kredit müqaviləsi, Cavabdeh1 və Cavabdeh3 ilə bağlanılmış xx.xx.2023-cü il tarixli, LD ********** nömrəli zaminlik müqaviləsi Müqavilənin predmeti- kredit və zaminlik müqavilələri. Tələb olunan məbləğ- 1403,59 manat əsas borc, 60,99 manat faiz borcu, 61,49 manat cərimə borcu olmaqla, cəmi 1526,07 manat borc və 36 manat dövlət rüsumu. Sübutlar: Kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 421.2-ci, 462.1-ci, 470.1-ci, 472.1-ci və 472.2-ci maddələri. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada BOKT "xxxx" ASC-nin xeyrinə 1403,59 manat əsas borc, 60,99 manat faiz borcu, 61,49 manat cərimə borcu olmaqla, cəmi 1526,07 manat borc və 36 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3244/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3244/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver