Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3247/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 23 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1471/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydasının dəyişdirilməsi, cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
5. Mülki prosessual qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
6. İddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, eyni tərələr arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə Bak şəhəri Nizami rayon Məhkəməsinin icraatında iş vardır.
7. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair e-2(007)-117/2024 saylı mülki iş vardır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli sorğu məlumatından görünür ki, iş üzrə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məhkəmə hazırlıq iclası keçirilmiş və növbəti hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
8. Belə olan halda məhkəmə qeyd edir ki, mülki prosesual qanunvericilkdə həmin məhkəmənin icraatınd eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə iddia tələbinin olması iddia tələbinin baxılmamış saxlanılması, başqa məhkəmənin icraatında iş olması isə iddia tələbinin yolverilməzliyinə görə qəbuldan imtina üçün əsas olaraq müəyyən edilsə də, hazırki işin faktiki halları baxımından iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi, iş üzrə məhkəmə iclasının təyin edilməsi prosessual qənaət prinsipinə ziddir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə həmin məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə mülki iş olması açıq aydın olduğu halda mülki hüquq normasının hərfi təfsir edilərək iddia ərizəsinin icraata qəbul edilərək iclası təyin edilməsi Qanunvericinin ifadə etdiyi mövqeyinə uyğun deyildir.
9. Həmçinin iddiaçının cavabdehə qarşı eyni iddia tələbinə dair mülki işin icraatda olduğu müddətdə iddiaçı tərəfindən yenidən eyni tərəfə qarşı eyni tələblə müraciət edilməsi anlaşılan deyildir. Əgər iddiaçı tələbində dəqiqləşmə etmək istəyirsə, hazırki mərhələdə prosessual qanunvericiliklə yolveriləndir.
10. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında hazırda iş vardır və iş üzrə növbəti hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
Nəticə :
11. Belə olan halda, məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında iş olduğundan İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva