Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3256/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin təyin edilməsi” tələbi) X20 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2015ci il tarixli qətnaməsi əsasında xx.xx.2021-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalmaqla və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının dörddə bir hissədə müəyyən olunmuş alimentin tutulması hisəssində dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalmaqla X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsi əsasında xx.xx.2012-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalmaqla və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının dörddə bir hissədə müəyyən olunmuş alimentin tutulması hisəssində dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalmaqla X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin əvəzi İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tomayeva X4 Elçin Möhübbət oğlu xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayıb, birgə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü İnci adlı qızıları doğulmuşdur. Cavabdehlə xassiyətləri uyğun gəlməməsi səbəbindən aramızda bağlanmış nikah Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsi ilə pozularaq xx.xx.2012-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq 09 sentyabr 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin və X11 3 (üç) yaşına çatanadək, yəni, 09 sentyabr 2025-ci il ilədək özü üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə nikahın pozulması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilməklə rəsmiləşdilmişdir. Nikah pozulandan bir müddət sonra cavabdehin istəyi ilə uşaqları nəzərə alaraq cavabdehlə barışmış, birgə ailəlik dövründə xx.xx.2018-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Bu barədə 1 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, xx.xx.2023-cü il akt qeydləri kitabında 45 nömrə ilə qeyd edilmiş “Atalığı müəyyən edilməsi haqqında” şəhadətnamə və akt qeyləri kitabında xx.xx.2019-cü il tarixli, 1039 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə bir müddət mehriban münasibətdə yaşasaq da, sonradan cavabdehin ailəyə qarşı laqeyd münasibtə, ailənin problemləri ilə maraqlanmaması onu hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Bu səbəbdən hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək üçün mülki prosessual qanunvericiliyin tələbinə əsasən Mediasiya Şurası Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən X13 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Cavabdehin daimi iş yeri Bank of Baku-da işləyir. Yüksək əmək haqqı alır. Lakin övladlarının saxlanması üçün bir valideyn və ata olaraq köməklik etməsi borcu və vəzifəsi olduğu halda onu yerinə yetirmir. İş materialları: Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 3431/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, birgə nikahdan xx.xx.2012-ci ildə anadan olmuş X10 ananın yanında saxlanmış, xx.xx.2012-ci il təvəllüdlü X3 üçün hər ay qazancının ¼ hissəsində alimentin və uşaq 3 yaşına çatanadək 100 manat sabit pulun İddiaçı ödənilməsi qət edilmişdir. AZ-T seriyalı, 274570 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-T seriyalı, 274571 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ seriyalı, 361354 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X14 atası hesab edilmişdir. MŞB/8/2025-01753 saylı, xx.xx.2025-ci il tarixli X13n sonra prosesin davam etdirilməməsi arayışdan görünür ki, İddiaçı və Cavabdeh X13 iştirak etsələr də, prosesin davam etdirilməsinə razılıq verilməmişdir. 50 manat manat mediasiya xərci iddiaçı tərəfindən ödəmişdir. “Elektron məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Rabitəbank” ASX-də aylıq əmək haqqı 2000 manat olmaqla işləyir. Elektron iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, İddiaçı xx.xx.2025-ci tarixdə iddia ərizəsinin verilməsinə görə 50 manat ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qəbul edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3431/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, birgə nikahdan xx.xx.2012-ci ildə anadan olmuş X10 ananın yanında saxlanmış, xx.xx.2012-ci il təvəllüdlü X3 üçün hər ay qazancının ¼ hissəsində alimentin və uşaq 3 yaşına çatanadək 100 manat sabit pulun İddiaçı ödənilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X9 doğulmuşdur. AZ-İ seriyalı, 361354 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə əsasında, Cavabdeh X14 atası hesab edilmişdir. Onun doğum haqqında şəhadətnaməsində atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məkhəmə hesab edir ki, tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün aliment təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci ildə anadan olmuş X2 üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3431/2015 saylı qətnaməsi ilə cavabdehin aylıq qazancının (digər gəlirlərinin) ¼ hissəsində alimentin tutulması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, iddia tələbini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin nikahından doğulmuş uşaqların saxlanılması üçün iddiaçının aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə aliment məbləğinin həcmini müəyyən edərkən uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri, həmçinin cavabdehin özünün də razılığını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən aylıq qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Hazırkı iddia ərizəsinin məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olduğundan, məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehin aylıq qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X13 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X13 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği bir illik məcmuya münasibətdə 100 manat təşkil edir və bu mediasiya sessiyası zamanı iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində ödənilmiş xərcdən artıq olduğundan, dövlət rüsumunun ödənilməli olan 50 manat hissəsi cavabdehdən tutulmalıdır. İddia tələbi isə təmin edildiyindən iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehin aylıq qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3431/2015 saylı qətnaməsi nəzərə alınmaqla) tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi olan 50 manat pul məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov