Məhkəmə qərarları › İş №e-2(007)-328/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-328/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-328/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında bazaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin İçərişəhər filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı kredit müqaviləsinə əsasən 208660,66 (iki yüz səkkiz min altı yüz altmış manat altmış altı qəpik) manat əsas borc, 14219,24 (on dörd min iki yüz on doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu, 117,33 (yüz on yeddi manat otuz üç qəpik) manat cərimə borcu, ümumilikdə 222997,23 (iki yüz iyirmi iki min doqquz yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 513,77 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi Bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 arasında 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0718 ha torpaq sahəsində yerləşən 225,3 kv.m ümumi, 155,7 kv.m fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılması əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin İçərişəhər filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 233 ay müddətinə illik 12% olmaqla 210000 (iki yüz on min) manat kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin İçərişəhər filialı ilə Cavabdeh2 arasında 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0718 ha torpaq sahəsində yerləşən 225,3 kv.m ümumi, 155.7 kv.m fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********29- 10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, ********** nömrəsi ilə qeyd edilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh2 və Cavabdeh1hər ay ödəniş etməli olduqları halda, o bu öhdəliyi normal yerinə yetirməmişlər. Beləliklə, 19 oktyabr 2022-ci il tarixə olan maliyyə arayışına əsasən cavabdehlərin 208660,66 (iki yüz səkkiz min altı yüz altmış manat altmış altı qəpik) manat əsas borc, 14219,24 (on dörd min iki yüz on doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu, 117,33 (yüz on yeddi manat otuz üç qəpik) manat cərimə borcu ümumilikdə 222997,23 (iki yüz iyirmi iki min doqquz yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat borcu qalmışdır. Cavabdehlər kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də, bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar cavabdeh tərəflə ipoteka predmetini satış qiymətinin "xxxx" MMCnin rəyində göstərilən məbləğdə müəyyən edilməsi ilə bağlı razılığa gəlmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirib, qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İPKB3909243A106 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2040-ci il tarixinədək (233 ay) illik 12 faiz, xx.xx.2036-cı il tarixdən 13 faiz ödəmək şərti ilə 210000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2040-ci il tarixinədək kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Bank-ipoteka saxlayan İddiaçı ASC, alıcı-ipoteka qoyan-borcalan Cavabdeh2, birgə borcalan Cavabdeh1 və satıcı X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli İPKB3909243A106 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-Cİ il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0718 ha torpaq sahəsində yerləşən 225.3 kv.m ümumi, 155,7 kv.m fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 300000 manatdır, mənzilin dəyərinin 90000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 210000 manatı isə Kreditor- İpoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli İPKB3909243A106 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı- İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor- İpoteka saxlayan arasında bağlanmış xx.xx.2021-ci il tarixli İPKB3909243A106 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. - İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı Kredit Müqaviləsinə əsasən 19 oktyabr 2022-ci il tarixə 208660,66 (iki yüz səkkiz min altı yüz altmış manat altmış altı qəpik) manat əsas borc, 14219,24 (on dörd min iki yüz on doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu, 117,33 (yüz on yeddi manat otuz üç qəpik) manat cərimə borcu, ümumilikdə 222997,23 (iki yüz iyirmi iki min doqquz yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat kredit borcu vardır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 225,30 k.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 225,30 k.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli İPKB3909243A106 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2040-cı il tarixinədək İddiaçı ASC-nin İçərişəhər filialında ipotekaya qoyulmuşdur. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məlumatından görünür ki, Kapital Bank” ASC-nin elektron müraciətinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 241-ci Buzovna küçəsi, 5 saylı fərdi yaşayış evinə dair tutumanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. - İddiaçı ASC-nin bildirişlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Banka olan 219591,16 manat məbləğində borcunu 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli bildirişlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Banka olan 219945,30 manat məbləğində borcunu qısa müddət ərzində ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun Cavabdeh2 və Cavabdeh1 tutulması və tutmanın Cavabdeh2 qızma məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0718 ha torpaq sahəsində yerləşən 225,3 kv.m ümumi, 155,7 kv.m fərdi yaşayış evinə yönəldilməsinə dair müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. - Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən keçirilmiş əmlakın qiymətləndirmə ekspertizasının xx.xx.2023-cü il tarixli REC-01-23/BK-07 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında olan 0,0718 ha torpaq sahəsində yerləşən 225,3 kv.m ümumi, 155,7 kv.m fərdi yaşayış evinin bazar və likvid dəyərləri: Torpağın dəyəri 78000 manat, tikilinin dəyəri 182000 manat, ümumi bazar dəyəri 260000 manar, likvid dəyəri 220000 manat təşkil edir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1349 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3903243A106 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 222773,70 manat məbləğdə müəyyən edilir, o cümlədən əsas borc üzrə 209134,86 manat, faiz borcu üzrə 13638,84 manat. Qeyd: İş materiallarından göründüyü kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3903243A106 №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmır. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 47 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 513 manat məbləğində dövlət rüsumu və 0,77 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 233 ay müddətinə illik 12% olmaqla 210000 (iki yüz on min) manat kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 arasında 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0718 ha torpaq sahəsində yerləşən 225,3 kv.m ümumi, 155.7 kv.m fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********29-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, ********** nömrəsi ilə qeyd edilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh2 və Cavabdeh1 hər ay ödəniş etməli olduqları halda, o bu öhdəliyi normal yerinə yetirməmişlər. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlu arasında xx.xx.2021-ci il tarixli İPKB3909243A106 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 233 ay müddətinə illik 12% olmaqla 210000 (iki yüz on min) manat məbləğində kredit verilmişdir. Cavabdehlər müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişlər. Cavabdehlər qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidirlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı ASC ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3909243A106 saylı kredit müqaviləsinə əsasən 19 oktyabr 2022-ci il tarixə 208660,66 manat əsas borc, 14219,24 manat faiz borcu, 117,33 manat cərimə borcu, ümumilikdə 222997,23 manat kredit borcu vardır. Məhkəmə araşdırması zamanı iş üzrə mühasibatlıq ekspertizaları təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/1349 nömrəli rəydən görünür ki, tərəflər arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, İPKB3903243A106 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan əsas borc üzrə 209134,86 manat, faiz borcu üzrə 13638,84 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə ekspert rəyini və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən 208660,66 manat məbləğində əsas borc və müqavilə müddəti bitən tarixə 13638,84 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. MM-in: 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən 117,33 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m, yaşayış sahəsinin sahəsi 155.7 kv.m olan fərdi yaşayış evi bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа dаşınmаz əşyаlаrа, hаbеlə rəsmi rеyеstrdə qеydə аlınmаlı оlаn dаşınаr əşyаlаrа əşyа hüquqlаrının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m, yaşayış sahəsinin sahəsi 155.7 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Cavabdeh2 məxsus olan olan ünvan 1 ünvanında olan 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m, yaşayış sahəsinin sahəsi 155.7 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 220000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkilinin vəsatətinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat müvafiq rəy məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Lakin sonradan iş üzrə tərəflər razılıq əldə edildiyini və "xxxx" MMC-nin rəyinə razı olduqlarını bildirmişlər. Bu səbəbdən zərurət aradan qalxıdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinə uyğun olaraq Cavabdeh2 məxsus olan olan ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m, yaşayış sahəsinin sahəsi 155.7 kv.m olan fərdi yaşayış evi hərraca çıxarıldıqda, ilkin satış qiyməti 220000 manat müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 208660,66 manat əsas borc, 13638,84 manat faiz borcu və 117,33 manat cərimə borcu, cəmi 222416,83 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdehlər tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m, yaşayış sahəsinin sahəsi 155.7 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilməli, evin ilkin satış qiyməti 220000 manat müəyyən edilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 222416,83 manat məbləğində borc ödənilməli, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə, iddia tələbinin “əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan əmlak məhz kreditin qaytarılması üçün ipoteka qoyulmuş və həmçinin cavabdehlər ipoteka predmetinə tutma yönəldikdə bir ay ərzində evi boşaltmağa dair notarial qaydada öhdəlik götürmüşdür (müqavilənin 3.1.21-ci bəndi). Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 həmin mənzili ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda mənzil boşaldılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddiaçı tərəfindən 513 manat (0,77 manat xidmət haqqı) məhkəmə üçün və iddiaçı ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 47 manat dövlət rüsumu ödənilmiş, həmin dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə işdə olan xx.xx.2023-cü il tarixli 9/1349 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 208660,66 manat əsas borc, 13638,84 manat faiz borcu və 117,33 manat cərimə borcu, cəmi 222416,83 məbləğində kredit borcu, iddianın qaldırılması üçün ödənilmiş 513 manat dövlət rüsumu, 0,77 manat xidmət haqqı, bildirişin qeydə alınmasına dair ödənilmiş 47 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilməli, ipoteka predmeti 220000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin İddiaçı ASC-yə olan borcu ödənilməli, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m fərdi yaşayış evi ən geci bir ay ərzində boşaldılmalı, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 208660,66 manat əsas borc, 13638,84 manat faiz borcu və 117,33 manat cərimə borcu, cəmi 222416,83 məbləğində kredit borcu, iddianın qaldırılması üçün ödənilmiş 513 manat dövlət rüsumu, 0,77 manat xidmət haqqı, bildirişin qeydə alınmasına dair ödənilmiş 47 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti 220000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında olan, 0,0718 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225,3 kv.m fərdi yaşayış evi ən geci bir ay ərzində boşaldılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar