Məhkəmə qərarları › İş №e-2(007)-3288/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3288/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3288/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2024-cü il tarixli 480255-CNS-57037 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 29745,66 manat məbləğində əsas borc, 978,51 manat məbləğində faiz borcu, ümumilikdə 30724,17 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 182,17 manat dövlət rüsumunu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2024-cü il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 15,25 faiz hesablanması şərti ilə 32 ay müddətinə 40000 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2025-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka ümumilikdə 30724,17 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 11.1.3cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, Həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin, yəni “Kredit alan”ın vəzifəsidir (10.3.14-cü bənd). Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə verərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir, iş yükünün çox olması ilə əlaqədar olaraq, Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı üzrlü səbəbdən mümkün olmayacaqdır. Bununla əlaqədar olaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə Yasin oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh Bankdan 40000 manat kredit götürmüş və 05 may 2025-ci il tarixindən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bununla bağlı cavabdehə pretenziya da göndərilmişdir. Pul nağd kredit formasında verilmişdir, restruksizasiya bankın hansısa məhsuludur, bank tərəfəindən müştərilərinə edilən kömək məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə bank tərəfindən əməl edilib. Onda olan məlumata əsasən cavabdehlə iddiaçı tərəfin arasında danışıqlar aparılmayıb. Bank tərəfindən yeni qrafik verilməsi məsələsi yoxdur. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, borcu bağlamaq üçün yenidən 30000 manatlıq kredit götürmək istəmiş, məhkəmə prosesindən sonra bankın əməkdaşları ona zəng edib bildirmişlər ki, onlarda kampaniya var, 3 ay ödəməmək şərtilə güzəşt edərək 5 faizlə kredit verilir. O da kredit mütəxəssisləri ilə danışanda məlum olmuşdur ki, 3 ay ödəməmək şərtilə 5 faizlə kredit verilir, ona 670-680 manat ayda ödəniş edəcəyi bildirilmişdir. O da buna razılaşmış və ona məlum olmuşdur ki, ilk 3 ay ödəməmək şərtilə güzəşt verilir, 5 faiz deyil 15 faiz olur, aylıq ödəniş 770-780 manat olacaqdır, gözləyəndə 183 manat komisyon tutulur. Onun maaşının 50 faizini xəbərsiz tutmasa idilər, o, iddiaçı banka ödəniş edə bilərdi. Məbləği azaltsınlar o da ödəniş etsin. O, müəyyən səbəblərə görə maddi cəhətdən yaşadığı çətinliklərlə bağlı iyun ayından bəri ödənişlər edə bilməmişdir. O, bu krediti şəxsi ehtiyacları üçün istehlak məqsədilə götürmüşdür. İddiaçı tərəf razıdırsa indiki məbləğ qalmaq şərtilə ayda 500 manat ödəsin. Onun pensiya kapitalında kifayət qədər pul var, pensiya almır, BP şirkətində işləyir. Ola bilsin ki, 1 aya vəziyyət yaxşılaşsın, borcun hamısını ödəyə bilsin, ancaq ona elə bir ödəniş qrafiki versinlər ki, ödəniş edə bilsin. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 480255-CNS-57037 saylı “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2024-cü il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 15,25 faiz hesablanması şərti ilə 32 ay müddətinə 40000 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 29745,66 manat əsas borc, 978,51 manat faiz borcu olmaqla, ümumilikdə 30724,17 manat məbləğində borcu vardır. İddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış (xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə), yəni 978,51 manat faiz borcunu tələb etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1-ci, 739.3-cü, 448.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, cavabdehdən iddiaçının xeyrinə 29745,66 manat əsas borc, 978,51 manat faiz borcu olmaqla, ümumilikdə 30724,17 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 182,17 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 480255-CNS-57037 saylı müqaviləyə əsasən 29745,66 manat əsas borc, 978,51 manat faiz borcu olmaqla, ümumilikdə 30724,17 manat məbləğində borc və ödənilmiş 182,17 manat dövlət rüsumunun əvəzi "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar