Məhkəmə qərarları › İş №e-2(007)-3306/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3306/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3306/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı "AFB Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Osmanov Emı̇ l Abdulla oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi: İddiaçı "AFB Bank" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdeh Osmanov Emı̇ l Abdulla oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslər: İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, tərəflər arasında razılıq əldə edildiyini bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məkhəmə iclasının yeri və vaxtı barəsində xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmənin mövqeyi və nəticə: Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsini nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə xərcləri: İş materiallarına əlavə edilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "AFB Bank" Açıq Səhmdar Cəmı̇ yyəti hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 118 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmçinin ərizə baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı "AFB Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Osmanov Emı̇ l Abdulla oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizənin verilməsinə görə "AFB Bank" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən ödənilmiş 118 manat (qəbz nömrəsi: **********, tarix: xx.xx.2025-ci il, saat: 16:56:23) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərаrdаddаn 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bаkı Şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar