Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3343/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həsminin artırılması barədə ərizə vermişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2503/2014 saylı, xx.xx.2014-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 26 dekabr 2014-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsinin 380 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2014-cu il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması, 2(007)- 2239/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər ay sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Cavabdeh valideynlik hüquqlarını yerinə yetirməkdən, aliment ödəməkdən imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Belə ki,cavabdeh xx.xx.2017-cü il tarixli qətnaməsi ilə nəzərdə tutulan 175 manatı alimenti belə ödəməkdən yayınır.X2 orta məktəbdə oxuyur. O, uşağın saxlanmasında çətinlik çəkir. Cavabdehin ödədiyi 175 manat aliment bugün üçün çox azdı, onun təhsil və başqa xərclərini ödəmir. Cavabdeh isə övladının saxlanmasında başqa heç bir maddi köməklik etmir. Nizami Rayon Məhkəməsinin qətnaməsi çıxan zaman uşaqlar üçün yaşayış minimumu 175 manat olduğundan və hazırda yaşayış minimunun 193 manata artmasına baxmayaraq cavabdeh uşaqların saxlanmasında əlavə köməklik göstərmir. Qeyd olunanlara əsasən,eləcə də 2023-cü il də alimentin minimal həddinin 220 manat olmasını nəzərə alaraq Nizami Rayon Məhkəməsinin 2(007)-2239/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan aliment məbləğinin artırılaraq hər ay 220 manat məbləğində tutulması, mediasiya üçün ödənmiş 50 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri abarədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişlər. İddiaçı vəkili nümayəndəsi Nümayəndə1 iddiaçının iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 285.5-ci maddəsinin tələblərini nəzərə alaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2503/2014 saylı, xx.xx.2014-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 26 dekabr 2014-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsinin 380 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2014-cu il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması, 2(007)-2239/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı müediasiya sessiyasında iştirak etmək üçün 50 manat ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini, eləcə də iddia 17.10 2022-ci il tarixdə verildiyi üçün hesab edir ki, iddia qismən təmin olunmalı, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay xx.xx.2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixinədək 193 manat, 01 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qalan hissədə iddia təmin olunmamalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmaqla, xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixinədək hər ay 193 manat, 01 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qalan hissədə iddia təmin olunmasın Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-3343/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3343/2022
15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver