Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3438/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,İddiaçı Cavabdeh ilə qeydə alınmış nikahları məhkəmə qaydasında pozulub, AZ-İ № 341357 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 41 nömrəli ilə qeyd edilib. Bakı şəhər Yasamal Rayon Məhkəməsi 2(004)- 4890/2019 nömrəli iş üzrə qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh arasında 08 iyun 2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında qeydə alınan nikahın pozulması,yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü anadan olmuş X4 anası X2 yanında saxlanılması və X1 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X3 ödənilməsi qət edilib.Cavabdeh 2022-ci ilin fevral ayından “X8” MMC-nin mətbuat xidmətində mütəxəssis vəzifəsində işləyir və əmək haqqı 3400 manat təşkil edir.Cavabdehin əmək haqqı və digər qazancı barədə məlumatların əldə edilməsi məqsədilə “X8” MMC-yə vəkil sorğusu göndərilib, lakin sorğuya cavab verilməyib. Qeyd edir ki, sabit pul məbləğində alimentin tutulması bu şəraitdə uşağın xərclərini ödəməyə imkan vermir. İddiaçı sabit pul məbləğində aldığı alimentlə uşağın xərclərini ödəməkdə çətinlik çəkir.Bununla əlaqədar hesab edir ki, alimentin iddiaçının qazancından və başqa gəlirlərdən tutulması uşağın mənafeyinin qorunması baxımından məqsədəuyğundur. İddiaçı cavabdehə uşağın xərclərinin artırılması ilə bağlı müraciətlər etsə də, bu bir nəticə verməyib.Göstərilənlərlə əlaqədar, uşağın saxlanması xərclərinin ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında ümumi razılıq əldə olunmayıb. Bu fakt Mediasiya Şurası tərəfindən verilən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli arayışdan da görünür. Odur ki, qeyd olunanları nəzərə alıb, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancının və başqa gəlirlərinin dördə bir hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil dedikləri həqiqəti əks etdirmir. O uşağının bütün ehtiyaclarını ödəyir. Hətta əmək haqqından uşağın həyat sığortasını da ödəyir. Bundan əlavə o, yeni ailə həyatı qurmuşdur.Yeni nikahından bir övladı dünyaya gəlib. İddiaçı isə tələbini 1/4 hissədə qoyub. Hesab edir ki, iki övladı olduğundan əmək haqqının 1/3 hissəsində alimentin tutulması məqsədə müvafiqdir. Xahiş edir ki, iddia qismən təmin olunsun. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4890/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 16 iyun 2019-cu il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Abaaszadə (Həsənova) İntizar Mədət qızının xeyrinə tutulması qət edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı mediassiya sessiyasında iştirak etmək üçün 50 manat ödəmişdir. İş materiallaranda olan mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, Cavabdeh “X8” MMC-də işləyir və aylıq əmək haqqı 3436,87 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini, cavabdehdən tutulan 160 manat alimentin uşağın maddi ehtiyaclarının ödənilməsinə kifayət etmədiyini, Cavabdeh aylıq əmək haqqının ¼ hissəsinin «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu kimi müəyyən olunan 193 manatdan çox olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancın və başqa gəlirlərinin dördə bir hissəsində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancının və başqa gəlirlərinin dördə bir hissəsində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-3438/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3438/2022
08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver