Məhkəmə qərarları › İş №e-2(007)-346/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-346/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-346/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh, X12 Həsənbalayevnanın iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 1409,50 manat əsas, 36,7 manat faiz borcu olmaqla, cəmi 1446,2 manat borcun və ödənilmiş 34,46 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X10 arasında xx.xx.2018-ci il tarixli BPM**********79 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən X7 illik 29%-lə, 42 ay müddətinə 1800 manat məbləğində kredit verilib. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilib ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 024067 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X10 xx.xx.2019-cu il tarixdə vəfat edib. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X6 mirası qəbul etmiş vərəsəsi X8 notariat ofisinə müraciət edib, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Daha sonra məlum olub ki, X8 xx.xx.2022-ci il tarixində vəfat edib. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət edib, cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Təqdim edilmiş maliyyə arayışına əsasən, X6 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1409,50 manat əsas, 36,7 manat faiz borcu olmaqla, cəmi 1446,2 manat borcu qalıb. Cavabdeh mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməyib. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 6-2-22/2-31347/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməyib.

İş materialları:

3. İddiaçı "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********79 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X7 42 ay müddətinə kreditdən istifadəyə görə illik 29 faiz ödəmək şərti ilə 1800 manat kredit verilmişdir.

4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X6 xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli BPM**********79 saylı kredit müqaviləsi üzrə 1409,50 manat əsas, 36,70 manat faiz borcu olmaqla, cəmi 1446,2 manat borcu vardır.

5. AZ-İİ seriyalı 024067 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 959 nömrə ilə qeyd edilmişdir.

6. Bakı şəhəri 15 saylı notarial ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsi X1dır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X7 verilmiş **********12-05101- 093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən və real vaxt rejimində əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışda məhdudiyyət və yüklülük qeyd olunmamış paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerəşən ümumi sahəs 57,98 kv.m olan mənzilin miras qoyana məxsus 1/8 hissəsindən ibarətdir.

7. AZ-İİ seriyalı 204693 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 35 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri 15 saylı notarial ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X3 vərəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən X3 ödənilməmiş qalıq məbləği 352,52 manatdan ibarətdir.

9. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1409,5 manat məbləğində borcunun ödənilməsinin 3 (üç) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 34,46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları:

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında razılıq əldə olunub.

12. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, X1ndan miras əmlakı kimi evi alıb. X1, X4 miras əmlakını qəbul edib, o da anasından alıb, daha sonra əmlaka dair çıxarış əldə edib. Onun maddi imkanı yoxdur, işləmir, ona böyük qardaşı kömək edir. Qardaşı ona deyib ki, ancaq anasından miras kimi qəbul etdiyi 356 manatı banka ödəyə bilər. O, qəbul etdiyi miras əmlakına münasibətdə 500 manat ödəniş edə bilər.

İşin faktiki halı:

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X10 arasında xx.xx.2018-ci il tarixli BPM**********79 saylı Kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X7 42 ay müddətinə kreditdən istifadəyə görə illik 29 faiz ödəmək şərti ilə 1800 manat kredit verilmişdir. X10 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun X1 vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və o, miras əmlakına (ünvan 1 ünvanında yerəşən ümumi sahəs 57,98 kv.m olan mənzilin miras qoyana məxsus 1/8 hissəsi) dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. X8 xx.xx.2022-ci ildə vəfat etmiş və cavabdeh vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və o, miras əmlakına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən X3 ödənilməmiş qalıq məbləği 352,52 manat) dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Bundan sonra İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

18. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X7 "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli BPM**********79 saylı kredit müqaviləsinə əsasən 42 ay müddətinə kreditdən istifadəyə görə illik 29 faiz ödəmək şərti ilə 1800 manat kredit verilmişdir. X10 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun X1 miras əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Bundan sonra X8 xx.xx.2022-ci ildə vəfat etmiş və cavabdeh miras əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

20. Cavabdeh mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdeh borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X6 vərəsəsi olan X3 vərəsəsi, yəni Cavabdeh miras əmlakını qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.

22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borc məbləğini ödəməlidir.

Məhkəmə xərcləri:

23. İddiaçı "xxxx" ASC ödənilmiş 34,46 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdehndan tutulması tələbini irəli sürmüşdür.

24. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 34,46 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

25. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,46 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1409,50 manat əsas, 36,7 manat faiz borcu olmaqla, cəmi 1446,2 manat məbləğində borc, ödənilmiş 34,46 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1409,50 manat əsas, 36,7 manat faiz borcu olmaqla, cəmi 1446,2 manat məbləğində borc, ödənilmiş 34,46 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar