Məhkəmə qərarları › İş №e-2(007)-3479/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3479/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3479/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli,007 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 432 manat dəyərində kredit üsulu Samsung- J400 markalı mobil telefon satılmışdır.Alıcı hər ay 36 manat ödəməklə telefonun dəyərini 12 ay ərzində tam ödəmək barədə öhdəlik götürmüşdür.Lakin öhdəliyə əməl etməmiş,dir.Belə ki,cavabdehin həmin müqavilə üzrə 250 manat əsas borcu,125 manat cərimə olmaqla cəmi 375 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 04 yanvar 2019-cu il tarixli, 007 saylı alqı-satqı müqaviləsinə əsasən 250 manat əsas borcun,125 manat cərimənin, cəmi 375 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli, 007 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdehə 12 ay müddətinə 432 manat dəyərində kredit üsulu Samsung- J400 markalı telefon satılmışdır. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ay 36 manat ödəməklə telefonun dəyərini 12 ay ərzində tam ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı X1 250 manat əsas borcu,125 manat cərimə olmaqla cəmi 375 manat borcu vardır. İş materiallarında olan 18.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı borcun ödənilməsi barədə borclunun xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Araşdırma zamanı məlum oldu ki, Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli, 007 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 432 manat dəyərində kredit üsulu Samsung- J400 markalı mobil telefon satılmışdır.Alıcı hər ay 36 manat ödəməklə telefonun dəyərini 12 ay ərzində tam ödəmək barədə öhdəlik götürmüşdür. Lakin öhdəliyə əməl etməmişdir. Belə ki, cavabdehin həmin müqavilə üzrə 250 manat əsas borcu, 125 manat cərimə olmaqla cəmi 375 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 04 yanvar 2019-cu il tarixli, 007 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 250 manat əsas borc, 125 manat cərimə olmaqla cəmi 375 manat borc və 20.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar