Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-354/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 avqust 2022-ci il tarixli, 106804-227077/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 16,000 (On altı min) manat məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı ASC ilə borcalan Cavabdeh Bank ilə bağlanmış 26 sentyabr 2022-ci il tarixli 106797-PC********** nömrəli Kredit xətti müqaviləsinə əsasən 24 faiz dərəcəsilə, 36 ay müddətinə kredit xətti ayrılmışdır. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti srfirlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesabkanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.10-cu bəndində göstərilmiş amil yarandığına görə 26 sentyabr 202 il tarixli kredit xətti müqaviləsi avtomatik olaraq kredit müqaviləsinə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 2,090.5 (iki min doxsan (.əlli qəpik)) manat məbləğində borcu 24 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 11 oktyabr 2023-ci il tarixinə cavabdehin 15 avqust 2022 il tarixli, 106804-227077/5 nömrəli kredit müqaviləsi üzrə 14,553.15 manat məbləğində əsas borc və 2,626.2 manat faiz borcu olmaqla, cəmi 17,179.35 manat kredit borcu, 26 sentyabr 2022-ci il tarixli 106797-PC**********nömrəli Kredit xətti müqaviləsi üzrə isə 2,090.5 manat əsas borc və 290.65 manat faiz borcu olmaqla, cəmi 2,381.15 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Buna görə də, Cavabdeh 15 avqust 2022-ci il tarixli, 106804-227077/5 nömrəli kredit müqaviləsi üzrə 14,553.15 manat məbləğində əsas borc və 2,626.2 manat faiz borcu olmaqla, cəmi 17,179.35 manat borcun və 26 sentyabr 2022-ci il tarixli 106797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 2,090.5 manat əsas borc və 290.65 manat faiz borcu olmaqla, cəmi 2,381.15 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 19,560.5 (on doqquz min beş yüz altmış manat əlli qəpik) manat borcun və 149.08 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştiraklarının mümkün olmayacağını və xx.xx.2023cü il tarixdən bu günədək borclunun borcu ödəmədiyini, borcun güzəşt olunması ilə bağlı onunla bank arasında razılığın əldə olunmamasını bildirmişdir. Bu səbəbdən iş üzrə məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2022-ci il tarixli 106804- 227077/5 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 17.5 faiz ödəmək şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Cavabdeh 48 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli 106797-PC********** saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh 36 ay ərzində kredit xətti üzrə aldığı kredit məbləğini habelə kredit xətdindən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür; - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 15 avqust 2022-ci il tarixli 106804-227077/5 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 11 oktyabr 2023-cü il tarixə 14553.15 manat əsas borc və 2626.2 manat faiz borcu olmaqla, cəmi 17179.35 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 210 gün təşkil edir. - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 26 sentyabr 2022-ci il tarixli 106797-PC********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 11 oktyabr 2023-cü il tarixə 2090.5 manat əsas borc və 290.65 manat faiz borcu olmaqla, cəmi 2381.15 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 142 gün təşkil edir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 141.22 manat dövlət rüsumu ödənilmişdir; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 7.46 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 15 avqust 2022-ci il tarixli, 106804-227077/5 nömrəli kredit müqavilələri bağlanmışdır. 15 avqust 2022-ci il tarixli 106804-227077/5 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 17.5 % olmaqla, 48 ay müddətinə, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli 106797- PC********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 % olmaqla, 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti çəkilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti srfirlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesabkanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Lakin cavabdeh kredit borclarının ödənilməsinə dair müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 15 avqust 2022-ci il tarixli və 26 sentyabr 2022-ci il tarixli kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15 avqust 2022-ci il tarixli 106804- 227077/5 nömrəli kredit müqaviləsi üzrə 14553.15 manat əsas borc, 2626.2 manat faiz borcu və 26 sentyabr 2022-ci il tarixli 106797-PC********** nömrəli kredit müqaviləsi üzrə 2090.5 manat əsas borc, 290.65 manat məbləğində faiz borcu olmaqla, cəmi 19560.5 manat borc və ödənilmiş 148.68 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 15 avqust 2022-ci il tarixli 106804-227077/5 nömrəli kredit müqaviləsi üzrə 14553.15 manat əsas borc, 2626.2 manat faiz borcu və 26 sentyabr 2022-ci il tarixli 106797-PC********** nömrəli kredit müqaviləsi üzrə 2090.5 manat əsas borc, 290.65 manat məbləğində faiz borcu olmaqla, cəmi 19560.5 manat borc və ödənilmiş 148.68 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayəti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-354/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-354/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver