Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3607/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 paylara mütənasib qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 616.04 manat, cəmi 616.04 manat borcun, 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Fətullayev Məhəmməd Ağabala oğlu ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2020-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən Fətullayev Məhəmməd Ağabala oğluna 15 ay müddətinə 20 faiz dərəcəsi ilə 1340 manat məbləğində nağd kredit verilmişdir. Lakin əldə olunmuş məlumata görə Fətullayev Məhəmməd Ağabala oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, oğlu Cavabdeh1 və arvadı- Cavabdeh2 vərəsə kimi tanınmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən görə Fətullayev Məhəmməd Ağabala oğlunun Banka əsas borc üzrə 616.04 manat olmaqla, cəmi 616.04 manat borc ödənilməmiş qalmışdır. Cavabdehlər Fətullayev Məhəmməd Ağabala oğlunun miras əmlakını qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
İş materialları :
3. İddiaçı "xxxx" ASC ilə Fətullayev Məhəmməd Ağabala oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borc verən borc alana 15 ay müddətində 1340 manat məbləğində kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmaq və ona hesablanmış faizləri borcverənə ödəməyi, həmin kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı "xxxx" ASC ilə Fətullayev Məhəmməd Ağabala oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Fətullayev Məhəmməd Ağabala oğlu illik 20%-lə, 1340 manat məbləğində krediti xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 01-dən gec olmayaraq, xx.xx.2021-ci il tarixədək hər ay 101.80 manat (sonuncu ay 100.17) manat olmaqla, 1340 manat əsas borc, 185.37 manat faiz borcu olmaqla, cəmi 1525.37 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli məxaric orderindən görünür ki, Fətullayev Məhəmməd Ağabala oğluna 1320 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2021-cil il tarixli, “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri arvadı- Cavabdeh2- 3/4 hissədə və oğlu Cavabdeh1 1/4 hissədə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə Fətullayev Məhəmməd Ağabala oğluna verilmiş **********53-093078 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.
7. AZ-İİ seriyalı, 109394 nömrəli “ölüm haqqında şəhadətnamə”nin əslindən görünür ki, Fətullayev Məhəmməd Ağabala oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
8. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Fətullayev Məhəmməd Ağabala oğlunun xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli kredit müqaviləsi üzrə 616.04 maant əsas borcu vardır.
9. İddiaçı "xxxx" KB ASC tərəfindən Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli, BPM**********72 saylı kredit müqaviləsinə əsasən Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri oğlu Cavabdeh1 və arvadı Cavabdeh2 əsas borc-616.04 manat və buna müvafiq hesablanmış faiz borcu mövcuddur. Öhdəliyi 3 gün ərzində yerinə yetirmədiyi təqdirdə tərəflərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı bildirilmişdir.
10. xx.xx.2024-cü il tarixli, 15985767 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları :
11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
12. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 atası, Cavabdeh2 əri Fətullayev Məhəmməd Ağabala oğlu arasında xx.xx.2020-cü il tarixli, BPM**********72 saylı kredit müqaviləsi bağlanmışdır.
14. Fətullayev Məhəmməd Ağabala oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür.
15. Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri arvadı- Cavabdeh2 və oğlu – Cavabdeh1dur.
16. Miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə Fətullayev Məhəmməd Ağabala oğluna verilmiş **********53-093078 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.
17. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 atası, Cavabdeh2 əri Fətullayev Məhəmməd Ağabala oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********72 saylı kredit müqaviləsi üzrə 616.04 manat əsas borc vardır.
Tətbiq edilən hüquq :
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.
23. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 atası, Cavabdeh2 əri Fətullayev Məhəmməd Ağabala oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********72 saylı kredit müqaviləsi bağlanmışdır.
24. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2m) (kredit müqaviləsinin 2023-cü ilin oktyabr ayının 1-dək bağlanılması nəzərə alınmaqla).
25. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
26. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
27. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 atası, Cavabdeh2 əri Fətullayev Məhəmməd Ağabala oğlu arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş etibarlı kredit müqaviləsi bağlanmışdır.
28. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Fətullayev Məhəmməd Ağabala oğluna 15 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 1340 manat məbləğində kredit verilmişdir.
29. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Fətullayev Məhəmməd Ağabala oğlunun xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli kredit müqaviləsi üzrə 616.04 maant əsas borcu vardır.
30. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
31. Belə olan halda iddiaçı "xxxx" ASC ilə tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh1 atası, Cavabdeh2 əri Fətullayev Məhəmməd Ağabala oğluna kredit verilməsi və həmin kredit müqaviləsi üzrə Fətullayev Məhəmməd Ağabala oğlu tərəfindən öhdəliyin tam şəkildə yerinə yetirilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən, iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ mövcuddur.
32. Hazırkı halda isə işin məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməli olan halı iddiaçı "xxxx" ASC-nin həmin pul vəsaitinin ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etmək hüququ olub-olmamasının müəyyən edilməsidir.
33. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbini onların Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsəsi olması ilə əsaslandırmışdır.
34. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbinin qanuni əsasını Azərbaycan respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsi təşkil edir.
35. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
36. Ona görə də, hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərti baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
37. Qeyd olunmalıdır ki, miras qoyan şəxsə müqabil tərəf vərəsə hesab olunur. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir.
38. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
39. Bu zaman vərəsə iki cür – qanun üzrə və vəsiyyət üzrə olur.
40. Qanun üzrə vərəsələr qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür. Yəni müəyyən şəxslər qanunda ifadə edilən göstərişə əsasən vərəsə ola bilərlərsə, həmin şəxslərə qanun üzrə vərəsələr deyilir. Bu kateqoriya vərəsələrin olması məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.
41. Hazırki iş üzrə Cavabdeh1 mərhum Fətullayev Məhəmməd Ağabala oğlunun oğlu, Cavabdeh2 mərhum Fətullayev Məhəmməd Ağabala oğlunun arvadıdır. Bu halın mövcudluğunu Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən cavabdehlərin mərhum Fətullayev Məhəmməd Ağabala oğlunun birinci növbə vərəsələri olması statusunu təsdiq edir.
42. İddiaçı cavabdehə qarşı iddia tələbini ona 52 saylı notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi əsası ilə irəli sürmüşür.
43. İşin faktiki hallarından görünür ki, cavabdehlərə xx.xx.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri arvadı-Cavabdeh2-3/4 hissədə və oğlu Cavabdeh1 1/4 hissədə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə Fətullayev Məhəmməd Ağabala oğluna verilmiş **********53-093078 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.
44. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir.
45. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir.
46. Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi).
47. Konstitusiya Məhkəməsi Plenumunun vərəsələrin məsuliyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
48. İşin hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələridir, ona məxsus olan mirası qəbul etmişdir və miras qoyanın hazırki iş üzrə mövcud olan borcuna görə də məsuliyyət daşıyırlar. Həmçinin qəbul etdiyi miras əmlak iddiaçının onlara qarşı qaldırdığı iddia tələbi üzrə tələb edilən məbləğin ödənilməsi üçün kifayətdir.
49. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
50. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
51. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Fətullayev Məhəmməd Ağabala oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********72 saylı kredit müqaviləsi üzrə Fətullayev Məhəmməd Ağabala oğlunun vəfat etdiyi tarixə (xx.xx.2020-ci il) qalıq 616.04 manat əsas borcu olmuşdur.
52. İddiaçı mərhum Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 paylara mütənasib qaydada borcun və dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
54. Həmçinin Mülki Məcəllənin 507-ci maddəsinə əsasən əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir.
54. xx.xx.2021-ci il tarixli, “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş Fətullayev Məhəmməd Ağabala oğlunun vərəsələri arvadı- Cavabdeh2- 3/4 hissədə və oğlu Cavabdeh1 1/4 hissədə miras əmlakdan irs almalıdırlar. Bu isə o, deməkdir ki, birgə borclu kimi Cavabdeh2 Fətullayev Məhəmməd Ağabala oğlunun kreditoru qarşısında 3/4 hissədə, Cavabdeh1 isə 1/4 hissədə məsuliyyət daşıyırlar.
55. Odur ki, Cavabdeh2 qəbul etdiyi miras əmlakın payına mütənasib olaraq, tutulmalı olan borcun və dövlət rüsumunun 3/4 hissəsi, Cavabdeh1 isə 1/4 hissəsi tutulmalıdır.
Məhkəmə xərcləri :
56. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
57. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
58. Məhkəmə iddiaçı "xxxx" ASC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehlərdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
59. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdeh2 462.03 manat, Cavabdeh1 154.01 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzi olaraq Cavabdeh2 22.80 manat, Cavabdeh1 7.60 manat pul vəsaiti tutulmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh2 462.03 manat, Cavabdeh1 154.01 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzi olaraq Cavabdeh2 22.80 manat, Cavabdeh1 7.60 manat tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva