Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3641/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan “borcunun tutulması” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı olan “borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 148.73 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilmədi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli, e-2(007)-1605/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindəki 108 manat, xx.xx.2021-ci il tarixindəki 109 manat, xx.xx.2021-ci il tarixindəki 171 manat, xx.xx.2021-ci il tarixindəki 144.50 manat, xx.xx.2021-ci il tarixindəki 58 manat, xx.xx.2021ci il tarixindəki 150 manat, xx.xx.2021-ci il tarixindəki 134 manat, xx.xx.2021-ci il tarixindəki 88 manat, xx.xx.2021-ci il tarixindəki 31.05 manat məbləğİndəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 148.73 manat məbləğində xidmət haqqı ödənilmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi : 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
8. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.
9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
10. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “hüquqi xidmət haqqında” müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ona göstərilən xidmətə görə dəymiş maddi zərərin ödənilməsi tələbini irəli sürmüşdür. Lakin iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan “maddi zərərin ödənilməsi” tələbinin faktiki əsasını təşkil edən “hüquqi xidmət haqqında” müqavilənin əsli iş materiallarına əlavə edilməmişdir.
11. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbini təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
Nəticə :
12. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan “borcun tutulması barədə” kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.
13. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.
14. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (“X1 Azərbaycan” QSC, VÖEN: **********, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************; transaksiya nömrəsi: **********20, tarix: xx.xx.2023, saat: 12:13) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı "borcunun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (“X1 Azərbaycan” QSC, VÖEN: **********, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************; transaksiya nömrəsi: **********20, tarix: xx.xx.2023, saat: 12:13) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Starə Əliyeva