Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-373/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 saylı müqaviləyə əsasən 1228.12 ABŞ dolları əsas, cəmi 1228.12 ABŞ dolları borcun və 41 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 İskəndər oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 saylı müqaviləyə əsasən bank ona 8556 ABŞ dolları məbləğlərində kredit vermişdir. Hazırda mərhum X3 İskəndər oğlunun Banka 1228.12 ABŞ dolları borcu vardır. X3 İskəndər oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh2 (arvadı) X3 İskəndər oğlunun qanuni vərəsəsidir. X3 İskəndər oğlu tərəfindən vərəsəsinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X3 İskəndər oğluna verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0867 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 240.5 kv/m olan fərdi yaşayış evindən və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2011 tarixli AB642982 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********1151, mühərrikin nömrəsi 23055009 və buraxılış ili 2002 olan “QAZ 2752” yük markalı ** MJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014 tarixli AC330179 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi mühərrikin nömrəsi R372793 və buraxılış ili 1997 olan “Renault 12” minik markalı ** TA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh1 (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün əsas cavabdeh X3 İskəndər oğlu ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı əsas cavabdeh X3 İskəndər oğlunun bütün öhdəliklərini icrа еtməlidirlər. Cavabdeh2 ərizə verərək Bank of Baku” ASC tərəfindən iddia müddəti ötürüldüyü üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, bank tərəfindən iddia müddətinin ötürülmədiyini bildirmişdir. Belə ki, 26 oktyabr 2016-cı il tarixli məhkəmə əmri borclu sağ ikən verilmişdir. Bununla bağlı icra qərarı var və borclu öldüyündən icraata xitam verilmişdir. Bu səbəbdən iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini, iddia vermək üçün müddətin ötürüldüyünü bildirərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 İskəndər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 21 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 8556 manat kredit verilmişdir. X3 İskəndər oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 İskəndər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 İskəndər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 11-dən gec olmayaraq hər ay 502.96 manat, sonuncu ay 504.72 manat ödəniş etməlidir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsinə əsasən banka 1228.12 ABŞ dolları əsas borcu vardır. - AZ-İ seriyalı, 998878 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 İskəndər oğlu 21 yanvar 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində təsdiq edilmiş 30 iyul 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 İskəndər oğlunun vərəsəsi arvadı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2dır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak X3 İskəndər oğluna verilmiş **********90- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0867 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 240.5 kv/m olan fərdi yaşayış evindən, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2011 tarixli AB642982 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********1151, mühərrikin nömrəsi 23055009 və buraxılış ili 2002 olan “QAZ 2752” yük markalı ** MJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014 tarixli AC330179 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsimühərrikin nömrəsi R372793 və buraxılış ili 1997 olan “Renault 12” minik markalı ** TA *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən ibarətdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli, 2(007)- 7676/2016 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan X3 İskəndər oğlundan və xx.xx.1962-ci il təvəllüdlü Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yaşayan Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit məbləği üzrə 4405.39 ABŞ dolları əsas borc, 1294.7 ABŞ dolları faiz borcu, cəmi 5700.09 ABŞ dolları məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 30 dekabr 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli, 2(007)-7676/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 İskəndər oğlu arasında xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 İskəndər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən X3 İskəndər oğluna 21 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 8556 manat kredit verilmişdir. X3 İskəndər oğlu qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etmədən vəfat etmişdir. X3 İskəndər oğlunun arvadı Cavabdeh2 miras əmlakı qəbul edən vərəsəsi olduğundan və xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durduğundan iddiaçı kredit müqaviləsi üzrə qalan borcun Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə X3 İskəndər oğlu arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği müqavilə üzrə borclu X3 İskəndər oğluna versə də sonuncu öz öhdəliklərinə əməl etmədən vəfat etmişdir. Cavabdeh2 borcalanın qanun üzrə vərəsəsi olduğundan borcalanın miras əmlakı ilə birlikdə, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 İskəndər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürdüyündən onun öhdəlikləri üzrə məsuliyyət daşıyırlar. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X3 İskəndər oğlu arasında 11 mart 2015ci il tarixində bağlanmış kredit müqaviləsindən görünür ki, X3 İskəndər oğluna 21 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 8556 manat kredit verilmişdir. Lakin, borcalan müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. X3 İskəndər oğlunun arvadı Cavabdeh2 miras əmlakı qəbul edən vərəsəsi olduğundan və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, DP/16018/50/3 nömrəli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürdüyündən borcalanın banka olan borcunu müştərək qaydada ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 4 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Qanunvericiliyə əsasən borclu öldüyü halda kreditorun vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbində borclulardan müştərək qaydada 1228.12 ABŞ dolları məbləğində əsas borcun tutlması xahiş edilir. İş materiallarına əlavə edilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 İskəndər oğlunun vərəsəsi arvadı Cavabdeh2dır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak X3 İskəndər oğluna verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0867 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 240.5 kv/m olan fərdi yaşayış evindən, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2011 tarixli AB642982 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********1151, mühərrikin nömrəsi 23055009 və buraxılış ili 2002 olan “QAZ 2752” yük markalı ** MJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014 tarixli AC330179 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi -, mühərrikin nömrəsi R372793 və buraxılış ili 1997 olan “Renault 12” minik markalı ** TA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. “Vipemlak.az” elan saytında çıxarılmış elanlardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ünvanında yerləşən evlərin dəyəri 90000-260000 manat arası dəyişir. Miras əmlak olaraq qəbul edilmiş fərdi yaşayış evində Cavabdeh2 1/1 hissədə payı vardır. Bu da borclunun banka ödəməli olduğu 1228.12 ABŞ dolları məbləğindən kəskin surətdə yüksəkdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, X3 İskəndər oğlundan qalmış miras əmlakın dəyəri açıq-aşkar iddia tələbindən çoxdur. Belə olan halda məhkəmə prosessual qənaət prinsipi baxımından miras əmlakın qiymətləndirilməsinə zərurət görmür. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1228.12 ABŞ dolları məbləğində əsas borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumu 41 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1228.12 ABŞ dolları məbləğində əsas borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumu 41 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-373/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-373/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver