Məhkəmə qərarları › İş №e-2(007)-3734/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3734/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3734/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2033 (iki min otuz üç) manat 92 (doxsan iki) qəpik əsas borc, 203 (iki yüz üç) manat 41 (qırx bir) qəpik məbləğində faiz borcu, 26 (iyirmi altı) manat 55 (əlli beş) qəpik məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu, 43 (qırx üç) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2307 manat (iki min üç yüz yeddi) manat 28 (iyirmi səkkiz) qəpik pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia bir neçə cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

3. “Dövlət rüsumu haqqında” Qanun : 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən əgər qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.

6. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 Ağdam rayonu, Xıdırlı ərazi dairəsi, Xıdırlı kəndində, digər cavabdeh isə Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır.

7. Mülki prosessual qanunvericiliyə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia bir neçə cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər

8. Belə olan halda, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə yəni Ağdam rayon Məhkəmsinə və ya Şuşa rayon Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.

9. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

Nəticə :

10. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyatına dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

11. İddiaçı "xxxx" ASC-yə iddiaçının seçiminə əsasən hazırki iddia tələbi ilə Ağdam rayon Məhkəmsinə və ya Şuşa rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

12. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" ASC VÖEN: **********; qeydiyyat kodu: **********043; qəbzin nömrəsi : **********; büdcə təsnifat kodu: 14221103; büdcə səviyyə kodu: 1; tarix: xx.xx.2023, saat: 17:13) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu (Ödəyici : “Azərbaycan Beynəlxalq Bankı ASC VÖEN: **********; qeydiyyat kodu: **********043; qəbzin nömrəsi : **********; büdcə təsnifat kodu: 14221103; büdcə səviyyə kodu: 1; tarix: xx.xx.2023, saat: 17:13) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Ağdam rayon Məhkəmsinə və ya Şuşa rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar