Məhkəmə qərarları › İş №e-2(007)-38/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-38/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-38/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0405/15/PB saylı kredit müqaviləsi üzrə 3685 EUR əsas borc, 15157.25 EUR faiz, 16177.15 EUR dəbbə, cəmi 35019.40 EUR kredit borcunun və 269 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin xx.xx.2015-ci il tarixli, 0405/15/PB saylı kredit müqaviləsi üzrə Cavabdeh özünə məxsus olan buraxılış ili 2010-cu il, rəngi Qara, Ban nömrəsi JTJHY00W1A4046430 olan, mühərrik nömrəsi 3UR3060582 olan, Lexus-LX570 markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin dəyərinin 47000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən tərəflər:

2. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə verərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Nəzərə çatdırır ki, mövcud mübahisə tərəflər arasında öz həllini tapmışdır. Bu səbəbdən iddiaçi “PARA BOKT ASC”-nin iddiasının baxılmamış saxlanılmasına etiraz etmirlər, eyni zamanda tərəflərindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

3. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

Məhkəmənin mövqeyi:

6. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

7. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

8. İş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən (İddiaçı BOKT ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 1, büdcə təsnifat kodu: 142211, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********05, qəbz nömrəsi: 971274719, tarix: xx.xx.2022, saat: 10:54:49) görünür ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 269 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Nəticə:

11. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 269 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

12. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Ərizə təmin edilsin. İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 269 manat (İddiaçı BOKT ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 1, büdcə təsnifat kodu: 142211, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********05, qəbz nömrəsi: 971274719, tarix: xx.xx.2022, saat: 10:54:49) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar