Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3816/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 31 may 2021-ci ildə bağlanmış 129792 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1421 manata nisyə watch satmışdır. Müqavilə bağlanarkən alıcı 89 manat ilkin ödəniş həyata keçirmiş, qalan 1332 manat məbləğində pulu hər ay 111 manat ödəmək şərti ilə 12 ay müddətinə hər ayın 31-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən, alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada 17.08.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 1332 manat əsas, həmin gün üçün hesablanmış 53,28 (111x1%=1,11x65 gün=72,15} manat cərimə, 1385,28 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmışdır.Nəticədə onun 1332 manat əsas, 03.09.2021-ci il tarixədək hesablanmış 72,15 (111x1%=1,11x65gün=72,15) manat cərimə borcu, cəmi 1404,15 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh 1404,15 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "Ventto Elektroniks” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli 129792 nömrəli nisyə satış müqaviləsindən görünür ki, MMC tərəfindən Cavabdeh 1421 manata “Apple” markalı saat satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 1421 manat olan “Apple” markalı saat üçün 12 ay müddətinə hər ayın 30-dan gec olmayaraq 111 manat ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 03.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03.09.2021-ci il tarixə İddiaçı MMC-yə 1332 manat əsas, 72,15 manat cərimə borcu, cəmi 1404,15 manat borcu vardır. İşə əlavə olunmuş 31.05.2021-ci il tarixli 513325 nömrəli qəbzdən görünür ki, Cavabdeh ilkin ödəniş olaraq 89 manat ödəmişdir. İşə əlavə olunmuş 17.08.2021-ci il tarixli 646 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 31.05.2021-ci il tarixli nisyə satış müqaviləsinə görə İddiaçı MMC-yə olan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İşə əlavə olunmuş 06.09.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan sənədlərlə müəyyən olundu ki, Cavabdeh 31 may 2021-ci il tarixli 129792 nömrəli nisyə satış müqaviləsinə əsasən, İddiaçı MMC-dən müvafiq əşya almış, lakin müqavilə üzrə ödənişi tam həyata keçirməmiş, öhdəliyi vaxtında icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1332 manat əsas, 72,15 manat cərimə borcu, cəmi 1404,15 manat, həmçinin 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-3816/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3816/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver