Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-385/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 237,30 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3272/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(007)- 1492/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X3 Azərbaycan” QSCnin "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 100 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 882 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 237.30 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.” Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı qətnaməsi ilə 1369.03 manat məbləğində əsas borcun, 159.58 manat məbləğində faiz borcunun, 13 manat məbləğində cərimə borcunun, 3.40 manat məbləğində cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərclərinin, cəmi 1553.01 manat və dövlət büdcəsinə köçürülmüş rüsumun 27.26 manat hissəsinin ondan, yəni Cavabdeh alınaraq “X3 Azərbaycan” QSCnin xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, e-2(007)-1492/2021 saylı qətnaməsi üzrə çıxarılmış icra vərəqəsi üzrə borc öhdəliyi tam səkildə tərəfindən ödənilmişdir. Hazırki kiçik mübahisələr üzrə iddia ərizəsində də iddiaçı tərəf borcun tam şəkildə tərəfindən ödənilməsini qeyd edir. Hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı icra vərəqəsi üzrə heç bir borc öhdəliyi mövcud deyildir. Üzərindən 2 ildən çox vaxt keçdikdən sonra iddiaçı Bank ona qarşı “borcun tutulması tələbi” nə dair yeni bir iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olduqda məlum olur ki, hazırki mübahisə predmetinin əsasını 237.30 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı banka ödənilməsi təşkil edir. Borcun yaranma səbəbini isə iddiaçı “X3 Azərbaycan” QSC iddia ərizəsində “İnternational Legal Service“ MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilə ilə nəzərdə tutulmuş xidmətin göstərilməsinə dair öhdəlikdən irəli gəldiyini göstərmişdir. Nəzərə çatdırır ki, onunla iddiaçı “X3 Azərbaycan” QSC arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq” müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Aralarında bağlanmış müqavilənin heç bir bəndində tərəfindən “İnternational Legal Service“ MMC-yə xidmət haqqı ödəyəcəyinə dair vəzifə öhdəliyi nəzərdə tutulmamışdır. Göründüyü kimi xidmət haqqına dair müqavilə “X3 Azərbaycan” QSC ilə “İnternational Legal Service“ MMC arasında onunla bağlanan xx.xx.2012-ci il tarixdə “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq” müqavilədən 4 il sonra, yəni xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Buradan da aydın şəkildə görünür ki, iddiaçının hazırki iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Həmçinin onu da qeyd etmək istəyir ki, iddiaçı Bank vaxtı ilə ona qarşı borcun qaytarılması ilə tələbi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərkən qeyd edilən xidmət haqqının, yəni 237.30 manat məbləğində maddi zərərin tutulmasını tələb etməmişdir. Odur ki, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xx.xx.2023cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh etirazında göstərdiklərini müdafiə edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, icra məmuru ilə əlaqə saxlayıb borcunu tam bağlamışdır və 7% də ödəmişdir. Hazırda isə yarımştat işləyir və səhhətində də problem vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.19-cu bəndinə əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbul, bəyan və təsdiq edir. - “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin surətindən görünür ki, “X3 Azərbaycan” QSC məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin şərtlərinə uyğun olaraq “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2012-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 1582 manat məbləğində pul vəsaitinə görə “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC -yə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. - Təhvil aktlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 882 manat məbləğində ödəniş etmişdir. "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 237.30 manat məbləğində xidmət haqqı ödəmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 200 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 100 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 882 manat məbləğlərindəki vəsait "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC -yə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bu səbəbdən də tərəflərindən "xxxx" MMC-yə köçürülmüş 237.30 manat məbləğində xidmət haqqı cavabdeh tərəfindən ödənilməlidir. Mübahisənin məhkəməyədək həll olunmasına dair mövcud olan qanunvericiliyin tələblərinə əsasən hazırki “pretenziya məktubu” göndərilir. Pretenziyada göstərilənlər icra olunmadığı təqdirdə “X3 Azərbaycan” QSC qanunla nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında iddia qaldırmağa müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsi və pulun ödənilməsinə dair iddiasını müdafiə etməkdə haqlıdır. Bu halda tələb olunan məbləğə əlavə olaraq məhkəmə xərcləri də əlavə olunacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 5 (beş) iş günü müddətində pretenziyada göstərilən cəmi 237.30 manat məbləği “X3 Azərbaycan“ QSC-yə ödənilməsi xahiş edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)- 1492/2021 saylı məhkəmə qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 1369.03 məbləğində əsas borc, 159.58 məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 13 manat məbləğində cərimə borcu, 8.00 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya borcu, 3.40 məbləğində cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 1553.01 manat və dövlət büdcəsinə köçürülmüş rüsumun 27.26 manat hissəsi "X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 2.74 manatı iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. - “X3 Azərbaycan” QSC tərəfindən Nizami Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh məhkəmə qətnaməsi üzrə borcu “X3 Azərbaycan” QSC-nin xeyrinə bağlanmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrədin Şahhüseynovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)- 1492/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən “İnternational Legal Service“ MMC-yə onu məhkəmələrdə təmsil etmək və icra işləri ilə məşğul olmaq üçün etibarnamə verilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X3 Azərbaycan” QSC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən olundu ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilə bağlanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-1492/2021 saylı qətnaməsi ilə Cavabdeh 1553.01 manat pulun “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC tərəfində göstərilən hüquqi yardım nəticəsində, qət edilmiş 1553.01 manatın “X3 Azərbaycan” QSC-yə ödənilməsi təmin edilmişdir. Göstərdiyi hüquqi yardıma görə “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 237.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda “X3 Azərbaycan” QSC "xxxx" MMC-yə ödədiyi 237.30 manat məbləğində xidmət haqqının Cavabdeh tutulmasını xahiş edir. İş materiallarından görünür ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə "Hüquqi xidmət haqqında" müqavilə bağlanmışdır və “X3 Azərbaycan” QSC tərəfindən “İnternational Legal Service“ MMC-yə xx.xx.2021-ci il tarixdə onu məhkəmələrdə təmsil etmək və icra işləri ilə məşğul olmaq üçün etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin 4.19-cu bəndinə əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbul, bəyan və təsdiq edir. “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5-ci bəndinə əsasən istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya kredit kartlarla bağlı qarışıq müqavilələrinə (müqavilə) əsasən istifadə edilən kreditlərdən yaranan borcların qaytarılması (yığılması) ilə əlaqədar ödəniş və xərclər: 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən (istehlak və kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2012-ci il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sinin 4.20-ci bəndinin tələbinə əməl etmədiyi üçün 237.30 manat məbləğində borcu ödəməlidir. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi “onunla iddiaçı “X3 Azərbaycan” QSC arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq” müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Aralarında bağlanmış müqavilənin heç bir bəndində tərəfindən “İnternational Legal Service“ MMC-yə xidmət haqqı ödəyəcəyinə dair vəzifə öhdəliyi nəzərdə tutulmamışdır” fikrinə münasibətdə qeyd edir ki, xx.xx.2012-ci il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sinin 4.19-cu bəndində kart sahibinin bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq etməsi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh həmin müqaviləni imzalamaqla bunu qəbul etmiş sayılır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı onu məhkəmələrdə təmsil etmək və icra işlərini həyata keçirmək üçün “İnternational Legal Service“ MMC-yə etibarnamə vermişdir. İddiaçı "xxxx" MMC-yə Cavabdeh tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 237.30 manat məbləğində xidmət haqqı ödəmişdir. Bu səbəbdən 237.30 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 237.30 manat məbləğində maddi zərər və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 237.30 manat məbləğində maddi zərər və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-385/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-385/2024
16.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver