Məhkəmə qərarları › İş №e-2(007)-3866/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3866/2024

29.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3866/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160,20 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2018-ci il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanıb. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməyib, iddiaçıya olan borcunu ödəməkdən imtina edib. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilib, xx.xx.2019-cu il tarixli, e-2(007)-1728/2019 saylı məhkəmə qətnaməsi çıxıb. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC-yə sifariş edib. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin edib. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 1068 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilib və buna görə də, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 160,20 manat məbləğində xidmət haqqı ödənilib. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 160,20 manat məbləğində xidmət haqqı ödəyib. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-cu bəndində qeyd edilib ki bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq vəya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh illik 20 faizlə, 12 ay müddətinə ödəmək şərti ilə 1100 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) müqavildə müəyyən edilmiş şərtlərlə ilə “X1 Azərbaycan” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1728/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edərək, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 932,72 (doqquz yüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində əsas, 87,92 (səksən yeddi manat doxsan iki qəpik) manat hesablanmış və ödənilməmiş faiz, 17 (on yeddi ) manat cərimə, cəmi, 1.037.64 (bir min otuz yeddi manat altmış dörd qəpik) manat təşkil etmiş borcun, 90 qəpik) müqavilə üzrə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xərçləri və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. - “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi Xidmət haqqında” müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən bank qarşısında yaranan borcların alınması üçün “X1 Azərbaycan” QSC-yə hüququ xidmət göstərilir. - “X1 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq "X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2021-ci ilə təmin edilmiş 1068 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 160,20 manat məbləğində xidmət haqqı ödənilmişdir. - “X1 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 5 iş günü ərzində 160,20 manat məbləğində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldıracalığı barədə xəbərdar olunmuşdur. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün X1 Azərbaycan” QSC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1728/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edərək, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 932,72 (doqquz yüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində əsas, 87,92 (səksən yeddi manat doxsan iki qəpik) manat hesablanmış və ödənilməmiş faiz, 17 (on yeddi ) manat cərimə, cəmi, 1.037.64 (bir min otuz yeddi manat altmış dörd qəpik) manat təşkil etmiş borcun, 90 qəpik) müqavilə üzrə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xərçləri və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 160,20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh cəmiyyətə olan borcunun vaxtında və lazimi qaydada geri qaytarılmamasına görə cəmiyyətin çəkdiyi xərclərinin ödənilməsini öz üzərinə götürdüyündən, iddiaçı "xxxx" QSC tərəfindən ödənilmiş 160,20 manat məbləğində xidmət haqqı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 160,20 manat məbləğində maddi zərər və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar