Məhkəmə qərarları › İş №e-2(007)-3877/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-3877/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3877/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 159160 (bir yüz əlli doqquz min bir yüz altmış) AZN əsas borc məbləği, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, cavabdehdən 158160 (bir yüz əlli səkkiz min bir yüz altmış) AZN əsas borc məbləği, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra İcarəyə verən) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra İcarəçi) arasında 08 iyun 2024-cü il tarixli, 090/2024 №-li, 09 sentyabr 2024-cü il tarixli, İM 0182/2024 №-li, 27 oktyabr 2024-cü il tarixli, İM 0224/2024 №-li, 12 noyabr 2024-cü il tarixli, İM 0245/2024 №li, 30 noyabr 2024-cü il tarixli, İM 0265/2024 №-li, 08 dekabr 2024-cü il tarixli, İM 0278/2024 №-li, 10 yanvar 2025-ci il tarixli, İM 0337/2024 №-li “Satınalma şərti ilə İcarə Müqaviləsi” (bundan sonra Müqavilə) imzalanıb. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyə verən səhnə və şou kostyumlarını/dekor ləvazimatlarını (bundan sonra “icarə predmeti”) İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində Müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndində İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan müəyyənləşdirilmişdir. Müqavilənin 4.1-ci bəndində görə Tərəflər Müqavilə üzrrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Müqavilənin 2.2-ci bəndinə görə İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1% miqdarında əlavə ödəniş etməlidir. Qeyd olunan Müqavilələr üzrə, aşağıda göstərilən məbləğlərdə İcarəçinin İcarəyə verən qarşısında borc öhdəliyi yaranmışdır: 1. 08 iyun 2024-cü il tarixli, 090.2024 №-li Müqavilə üzrə 7000 (yeddi min) manat (vergilər xaric); 2. 09 sentyabr 2024cü il tarixli, 0182/2024 №-li Müqavilə üzrə 14994 (on dörd min doqquz yüz doxsan dörd) manat (vergilər xaric); 3. 27 oktyabr 2024-cü il tarixli, 0224/2024 №-li Müqavilə üzrə 13600 (on üç min altı yüz) manat (vergilər xaric); 4. 12 noyabr 2024-cü il tarixli, 0245/2024 №-li Müqavilə üzrə 18747 (on səkkiz min yeddi yüz qırx yeddi) manat (vergilər xaric); 5. 30 noyabr 2024-cü il tarixli, 0265/2024 №-li Müqavilə üzrə 23994 (iyirmi üç min doqquz yüz doxsan dörd) manat (vergilər xaric); 6. 08 dekabr 2024-cü il tarixli, 0278/2024 №-li Müqavilə üzrə 52497 (əlli iki min dörd yüz doxsan yeddi) manat (vergilər xaric); 7. 10 yanvar 2025-ci il tarixli, 0337/2024 №-li Müqavilə üzrə 27328 (iyirmi yeddi min üç yüz iyirmi səkkiz) manat (vergilər xaric). Odur ki, yuxarıda qeyd olunanlara əsasən, ümumilikdə 158160 (bir yüz əlli səkkiz min yüz altmış) manat dəyərində borc məbləği İcarəçi tərəfindən İcarəyə verənə bu günədək ödənilməmiş vəİcarəçi tərəfindən tərəflər arasında imzalanmış Müqavilələr üzrə öhdəliklər pozulmuşdur. Yuxarıda qeyd olunanlarla yanaşı həmçinin, İcarəyə verən tərəfindən İcarəçiyə 1000 (bir min) manat dəyərində ofisin açılması ilə əlaqədar borc məbləği verilmişdir.

İş materialları:

4. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM090/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 35000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.

5. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM090/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 35000 manat dəyərində 24 adda, 174 ədəd geyim əşyası sifarişlə tikilmişdir.

6. xx.xx.2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli TM090/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 35000 manat dəyərində 24 adda, 174 ədəd geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.

7. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli İM090/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılmasıicarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmaqla 3500 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutuluraq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 6 ay müəyyən olunur.

8. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0182/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 10000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.

9. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM0182/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 10000 manat dəyərində 17 adda, 32 ədəd geyim əşyası sifarişlə tikilmişdir.

10. xx.xx.2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli TM0182/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 10000 manat dəyərində 17 adda, 32 ədəd geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.

11. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli İM0182/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılmasıicarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1666 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutuluraq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.

12. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0224/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 10000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.

13. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM0224/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 10000 manat dəyərində 18 adda, 32 ədəd geyim əşyası sifarişlə tikilmişdir.

14. xx.xx.2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli TM0224/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 10000 manat dəyərində 18 adda, 32 ədəd geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.

15. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli İM00224/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılmasıicarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1200 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutuluraq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 5 ay müəyyən olunur.

16. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0245/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 12500 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.

17. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM0245/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 12500 manat dəyərində 19 adda, 38 ədəd geyim əşyası sifarişlə tikilmişdir.

18. xx.xx.2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli TM00245/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 12500 manat dəyərində 19 adda, 38 ədəd geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.

19. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli İM0245/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılmasıicarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 2083 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutuluraq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.

20. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0265/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 16000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.

21. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM0265/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 16000 manat dəyərində 19 adda, 42 ədəd geyim əşyası sifarişlə tikilmişdir.

22. xx.xx.2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli TM0265/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 16000 manat dəyərində 19 adda, 42 ədəd geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.

23. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli İM0265/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılmasıicarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 2666 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutuluraq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.

24. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli TM0337/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 20500 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.

25. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli TM0337/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 20500 manat dəyərində 19 adda, 156 ədəd geyim əşyası sifarişlə tikilmişdir.

26. xx.xx.2025-ci “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli TM0337/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 20500 manat dəyərində 19 adda, 156 ədəd geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.

27. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM0337/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılmasıicarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 3416 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutuluraq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.

28. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0278/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 35000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.

29. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli TM0278/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 35000 manat dəyərində 13 adda, 197 ədəd geyim əşyası sifarişlə tikilmişdir.

30. xx.xx.2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli TM0278/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi İddiaçı bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 35000 manat dəyərində 13 adda, 197 ədəd geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.

31. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli İM0278/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılmasıicarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 5833 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutuluraq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.

32. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, 7 müqaviləsi üzrə ümumilikdə 158160 AZN pulun və 1000 manat borcun 7 gün ərzində İddiaçı ödənilməsi xahiş olunmuşdur.

33. İş materiallarına ödəniş qəbzləri əlavə edilmişdir.

34. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 450 manat dövlət rüsumu ödənilib.

Tərəflərin izahatları:

35. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (həmçinin, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə), onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsin səbəbləri barədə məlumat verməmişdir.

37. Məhkəmə iddiaçının yazılı razılığı əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2.1-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, hallarda ləğv edə bilər. 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü madddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

41. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun: 8-ci maddəsini İ bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir.

İşin faktiki halı:

43. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 7 ədəd “tikiş xidməti müqaviləsi” və “satınalma şərti ilə icarə müqaviləsi” bağlanmışdır. “Tikiş xidməti müqaviləsi”nə əsasən cavabdeh tərəfindən hazır məhsullar (səhnə və şou kostyumları, dekor ləvazimatları) dəyəri nağd şəkildə ödənilməklə iddiaçıya təhvil verilmişdir. “Satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən iddiaçı tərəfindən həmin səhnə və şou kostyumlarının, dekor ləvazimatlarının hər ay icarə haqqı ödəməklə cavabdehə icarəyə verilməsi və sonda icarə predmetinin cavabdeh tərəfindən satın alınmış hesab edilməsi barədə razılaşmışlar. Hazırda tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 7 müqavilə üzrə ödənilməmiş 158160 manat pulun və məhkəmə xərclərinin Cavabdeh MMC tutularaq ona ödənilməsini xahiş etmişdir.

Məhkəmənin mövqeyi:

44. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

45. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.

46. Məhkəmə iddia tələbinin “08 iyun 2024-cü il tarixli, 090.2024 №-li Müqavilə üzrə 7000 (yeddi min) manat (vergilər xaric) pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən icarənin müddəti 6 ay müəyyən edilmişdir. İddiaçının məhkəməyə verdiyi məlumata və iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən cavabdeh 6 aylıq icarə haqqının (hər ay 3100 manat) ödənilməsini təmin edib. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarə müddətinin sonunda tərəflər icarə müddətinin uzadılması barədə razılığa gəlməsələr, İcarəçi icarə predmetini bu müqavilədə nəzərdə tutulmuş qaydada satın almağı öhdəsinə götürür. İcarəçi icarə müddəti boyunca aylıq icarə haqqını ödəməyi və icarə müddətinin sonunda icarə predmetini ilkin qiymətinə satın almağı öhdəsinə götürür və bunun qarşılığında X5 mülkiyyətində olan **-CY-*** nömrə nişanlı “Hyudai Elantra” markalı avtomobil və X1 mülkiyyətində olan **-RJ-*** nömrə nişanlı “Ford Transit” markalı avtomobil icarəyə verən İddiaçı mülkiyyətinə keçirilir və icarə müddəti bitənə qədər Abasov X4 Orxan Elsevər oğluna və X2 notarial qaydada etibarnamə verir. Avtomobillərin toplam-ortalama bazar dəyəri 35000 AZN təşkil edir. İcarə müddəti boyunca (ilk ay da daxil olmaqla) icarə haqqının ödənilməsində və icarə müddətinin sonunda icarə predmetinin ilkin qiymətinə satın alınmasında icarəçi tərəfdən hər hansı yayınma halı yaşanıldıqda və ya icarəçi öz öhdəliyini yerinə yetirmədikdə, İddiaçı mülkiyyətinə keçirilən avtomobillər satışa çıxarıla bilər. İcarə müddəti bu müqavilədə müəyyən edilmiş qaydalarla hər iki tərəfin məmnunluğu ilə yekunlaşarsa, hər iki avtomobilin mülkiyyət hüququ İddiaçı tərəfindən X6 və X3 geri qaytarılmalıdır. İddiaçının vediyi məlumata əsasən müqavilənin müddəti uzadılmayıb və müqavilə predmeti olan əşyaların satınalma dəyəri olan 35000 manat ödənilməyib, bu səbəbdən iki ədəd avtomobil 28000 manat qiymətləndirilərək, iddiaçıya qaytarılıb, qalıq 7000 manat isə ödənilməyib.

47. Məhkəmə qeyd edir ki, ümumiyyətlə hazırda cavabdeh icarə haqqlarının tam şəkildə ödənilməsinə və müqavilələr üzrə müəyyən edilən öhdəliklərin tam şəkildə icra edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

48. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə predmetinin dəyərinin qalan hissəsi olan 7000 manat tutularaq iddiaçıya ödənilməlidir.

51. Məhkəmə iddia tələbinin “09 sentyabr 2024-cü il tarixli, 0182/2024 №-li Müqavilə üzrə 14994 (on dörd min doqquz yüz doxsan dörd) manat (vergilər xaric) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən icarənin müddəti 12 ay müəyyən edilmişdir. İddiaçının məhkəməyə verdiyi məlumata və iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən cavabdeh 3 ay üçün icarə haqqını ödəsə də, sonrakı 9 ay üzrə icarə haqqı ödəməmişdir.

52. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 14994 (1666x9) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

53. Məhkəmə iddia tələbinin “27 oktyabr 2024-cü il tarixli, 0224/2024 №-li Müqavilə üzrə 13600 (on üç min altı yüz) manat (vergilər xaric) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən icarənin müddəti 5 ay müəyyən edilmişdir. İddiaçının məhkəməyə verdiyi məlumata və iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən cavabdeh 2 ay üçün icarə haqqını ödəsə də, sonrakı 3 ay üzrə icarə haqqı ödəməmişdir. Həmçinin, həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə müddəti bitdikdə sonuncu ayın icarə haqqının ödənilməsindən sonrakı 10 gün ərzində icarə predmeti (dəyəri 10000 manat) icarəçi tərəfindən satın alınmalıdır.

54. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 3600 (1200x3) manat məbləğində icarə haqqı və icarə predmeti olan əşyalar icarəçi tərəfindən satın alınmış hesab edildiyindən 1 saylı əlavəyə uyğun olaraq müəyyənləşdirilmiş əşyaların dəyəri olan 10000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

55. Məhkəmə iddia tələbinin “12 noyabr 2024-cü il tarixli, 0245/2024 №-li Müqavilə üzrə 18747 (on səkkiz min yeddi yüz qırx yeddi) manat (vergilər xaric) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən icarənin müddəti 12 ay müəyyən edilmişdir. İddiaçının məhkəməyə verdiyi məlumata və iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən cavabdeh 1 ay üçün icarə haqqını ödəsə də, sonrakı aylar ərzində ödənişlər edilməmiş və bundan sonra iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Hazırda iddiaçı 9 aylıq icarə haqqını tələb edir.

56. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 18747 (2083x9) manat məbləğində icarə haqqı iddiaçının xeyrinə tutulmalıdır.

57. Məhkəmə iddia tələbinin “30 noyabr 2024-cü il tarixli, 0265/2024 №-li Müqavilə üzrə 23994 (iyirmi üç min doqquz yüz doxsan dörd) manat (vergilər xaric) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən icarənin müddəti 12 ay müəyyən edilmişdir. İddiaçının məhkəməyə verdiyi məlumata və iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən cavabdeh 1 ay üçün icarə haqqını ödəsə də, sonrakı aylar ərzində ödənişlər edilməmiş və bundan sonra iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Hazırda iddiaçı 9 aylıq icarə haqqını tələb edir.

58. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 23994 (2666x9) manat məbləğində icarə haqqı iddiaçının xeyrinə tutulmalıdır.

59. Məhkəmə iddia tələbinin “08 dekabr 2024-cü il tarixli, 0278/2024 №-li Müqavilə üzrə 52 497 (əlli iki min dörd yüz doxsan yeddi) manat (vergilər xaric) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən icarənin müddəti 12 ay müəyyən edilmişdir. İddiaçının məhkəməyə verdiyi məlumata əsasən cavabdeh icarə haqqını ümumiyyətlə ödəməmişdir. Bundan sonra iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Hazırda iddiaçı 9 aylıq icarə haqqını tələb edir.

60. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 52497 (5833x9) manat məbləğində icarə haqqı iddiaçının xeyrinə tutulmalıdır.

61. Məhkəmə iddia tələbinin “10 yanvar 2025-ci il tarixli, 0337/2024 №-li Müqavilə üzrə 27328 (iyirmi yeddi min üç yüz iyirmi səkkiz) manat (vergilər xaric) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən icarənin müddəti 12 ay müəyyən edilmişdir. İddiaçının məhkəməyə verdiyi məlumata əsasən cavabdeh icarə haqqını ümumiyyətlə ödəməmişdir. Bundan sonra iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Hazırda iddiaçı 8 aylıq icarə haqqını tələb edir.

62. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 27328 (3416x8) manat məbləğində icarə haqqı iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

63. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 7000 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 14994 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 3600 manat məbləğində pul, icarə predmetinin satınalma dəyəri olan 10000 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 18747 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 23994 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 52497 manat məbləğində pul, xx.xx.2025-ci il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 8 ay üzrə ödənilməmiş icarə haqqı kimi 27328 manat məbləğində pul, cəmi 158160 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

64. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehə aid edilməli, vəkilə ödənilmiş 321 hüquqi xidmət haqqı və ödənilmiş 447,20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalı, ödənilmiş dövlət rüsumunun 2,8 manatı İddiaçı aid edilməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 7000 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 14994 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 3600 manat məbləğində pul, icarə predmetinin satınalma dəyəri olan 10000 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 18747 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 23994 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 9 ay üzrə ödənilməmiş icarə haqqı kimi 52497 manat məbləğində pul, xx.xx.2025-ci il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 8 ay üzrə ödənilməmiş icarə haqqı kimi 27328 manat məbləğində pul, cəmi 158160 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh MMC-yə aid edilsin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 321 manat məbləğində pul, ödənilmiş 447,20 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutulub, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,8 manatı İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar