Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-388/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddai tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 2022/00075-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 21 600 manat məbləğində kredit verilmişdir.Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 50.2 kv.m fərdi yaşayış evi (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Reyestr № **********10-05301-093076, Qeydiyyat № **********, tarix: xx.xx.2012ci il) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 04 aprel 2022-ci il tarixli, 2022/00075- 01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır.Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat № **********).İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri ipoteka müqaviləsi ilə 70 000 manat məbləğində müəyyən edilmişdir.Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir.19 oktyabr 2022-ci il tarixinə kreditin əsas borcu 20 836,80 manat məbləğində qalıq, ona hesablanmış 2 736,78 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2 311,20 manat məbləğində dəbbə pulu, cəmi 24 922,71 manat məbləğində borc yaranmışdır.Qeyd olunanlara əsasən Tərəflər arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 2022/00075-01 №-li İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi,Cavabdeh1 kreditin əsas borcu 20 836,80 manat məbləğində qalıq, ona hesablanmış 2736,78 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2311,20 manat məbləğində dəbbə pulu, cəmi 24 922,71 manat borc və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pulun tutulması,tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 50.2 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 70 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 20 836,80 manat məbləğində qalıq, ona hesablanmış 2 736,78 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2 311,20 manat məbləğində dəbbə pulu, cəmi 24 922,71 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi,ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə nümayəndəsini göndərməmişdir.Bank tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçı iddianı müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 2022/00075-01 №-li İstehlak Kredit Müqaviləsindən görünür ki,bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 21 600 manat məbləğində kredit verilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 2022/00075-01EY №-li ipoteka müqaviləsindən görünür ki,qeyd olunan kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 50.2 kv.m fərdi yaşayış ev bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.İpoteka müqaviləsi bağlanarkən tərəflər ipoteka predmeti olan mənzilin dəyərini 70000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 20 836,80 manat məbləğində qalıq, ona hesablanmış 2 736,78 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2 311,20 manat məbləğində dəbbə pulu, cəmi 24 922,71 manat borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC məhkəməyə müraciət etmək üçün 164.77 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış xəbərdarlııq məktybundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşin hallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 04 aprel 2022-ci il tarixli, 2022/00075-01 №-li İstehlak Kredit Müqaviləsi bağlanmış,kredit təşkilatı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 21 600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 50.2 kv.m fərdi yaşayış ev bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.Bu barədə İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 04 aprel 2022-ci il tarixli, 2022/00075-01EY №-li ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi bağlanarkən tərəflər ipoteka predmeti olan mənzilin dəyərini 70000 manat müəyyən edilmişlər. İddiaçı tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl olunaraq tərəflər arasında razılaşdırılmış kredit məbləği cavabdehə verilsə də,sonuncu öz müqavilə öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Belə ki,həmin müqavilə üzrə Cavabdeh1 20 836,80 manat məbləğində əsas, 2736,78 manat məbləğində faiz, 2311,20 manat məbləğində dəbbə pulu, cəmi 24 922,71 manat borcu vardır. Məhkəmə kredit müqaviləsinin ləğvi,əsas və faiz borcunun tutulması,tutmanın ipoteka predmetinə yönəldilməsi və dövlət rüsumunun tələb olunması hissəsində iddianı əsaslı hesab edir. 2311,20 manat dəbbə pulunu əsas borca nisbətdə ağlabatan hesab etmir,ona görə də dəbbə pulunun azaldılaraq 200 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 2022/00075-01 №-li İstehlak Kredit Müqaviləsi ləğv olunmalı, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 20836,80 manat əsas borc, 2736,78 manat faiz borc, 200 manat məbləğində dəbbə pulu, cəmi 23773.58 manat borc və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat tutulmalı,tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 50.2 kv.m fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın likvid dəyəri 70 000 AZN müəyyən olunmaqla açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 23773.58 manat borc,dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pul İddiaçı BOKT ASC-yə ödənilməli,ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır.Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 2022/00075-01 №-li İstehlak Kredit Müqaviləsi ləğv olunsun. Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 20836,80 manat əsas borc, 2736,78 manat faiz borc, 200 manat məbləğində dəbbə pulu, cəmi 23773.58 manat borc və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat tutulsun. Tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 50.2 kv.m fərdi yaşayış evinə yönəldilsin, həmin əmlakın likvid dəyəri 70 000 AZN müəyyən olunmaqla açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 23773.58 manat borc,dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pul İddiaçı BOKT ASC-yə ödənilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın. Qalan hissədə iddia təmin olunmamsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-388/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-388/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver