Məhkəmə qərarları › İş №e-2(007)-389/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-389/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-389/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Bank ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 338384-1-30736 saylı “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılan müqavilə üzrə illik 23,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 14210 manat məbləğində kredit verilib. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməyib və bunun nəticəsində cavabdehin banka, ümumilikdə 15643,58 manat məbləğində borcu qalıb. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli 338384- OVR- 19520 saylı “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə 2200 (iki min iki yüz) manat məbləğində kredit verilib. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2022-ci il tarixdən icra etməyib və nəticəsində cavabdehin Banka ümumilikdə 1729,20 manat məbləğində borcu qalıb. Tərəflər arasında bağlanan kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilib, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməyib və öhdəliklər lazımınca icra edilmyibr.Cavabdehə pretenziya qaydasında müraciət olunub.Qeyd olunanlara əsasən “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 338384-1-30736 saylı “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılan müqavilə üzrə xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 13628.53 manat əsas borc, 1239.60 manat faiz borcu,1239.60 manat cərimə olmaqla ,cəmi 15643.58 manat borcun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli 338384- OVR- 19520 saylı “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 1427.33 manat əsas borc,150.77 manat faiz borcu 151.10 manat cərimə olmaqla cəmi 1729.20 manat borcun, 142.12 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, nümayəndənin bildirdiyi kimi o, bankdan kredit götürmüşdür.İlk vaxtlar borcu vaxtında ödəyirdi, lakin son zamanlar krediti ödəyə iblməmişdir. Hal-hazırda işlə təmin olunmuşdur və çalışacaq ki, tez bir zamanda borcu ödəsin. Lakin xahiş edir ki, əsas borcumun üstünə hesablanan cərimə və faiz borcunun silinməsinə köməklik edilsin. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 338384-1-30736 saylı “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi”-dən görünür ki, ofertaaksept qaydalarına uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə əsasında bank tərəfindən cavabdehə illik 23,5 faizlə 60 ay müddətinə 14210 manat məbləğində kredit verilib. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 338384-OVR-19520 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 25 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə 2200 (iki min iki yüz) manat məbləğində kredit verilib. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2022-ci il tarixli 338384- 1-30736 saylı müqavilə üzrə cavabdehin banka 13628.53 manat əsas borc, 1239.60 manat faiz borcu, 1239.60 manat cərimə olmaqla, cəmi 15643.58 manat borcu, xx.xx.2022-ci il tarixli 338384-OVR-19520 saylı kredit xətti müqaviləsi üzrə isə 1427.33 manat əsas borc,150.77 manat faiz borcu, 151.10 manat cərimə olmaqla cəmi 1729.20 manat borcu vardır Mədaxil qəbzindən görünür ki, bank məhkəməyə müraciət etmək üçün 142.12 manat manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqavilələri bağlanmışdır.Bank həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun hər iki üzrə ödənilməmiş borcu qalmışdır. Belə ki,cavabdehin müqvilə öhdəliklərini tam və layiqincə əməl etməməsi nəticəsində onun xx.xx.2022-ci il tarixli 338384-1-30736 saylı müqavilə üzrə banka 13628.53 manat əsas borc, 1239.60 manat faiz borcu,1239.60 manat cərimə olmaqla, cəmi 15643.58 manat borcu, xx.xx.2022-ci il tarixli 338384-OVR-19520 saylı kredit xətti müqaviləsi üzrə isə 1427.33 manat əsas borc,150.77 manat faiz borcu, 151.10 manat cərimə olmaqla cəmi 1729.20 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə işin hallarını tam və hərtərifli araşdırıb,cavabdehin hər iki müqavilə üzrə əsas borcu etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia hər iki müqavilə üzrə əsas və faiz borclarının tələb olunması hissəsində əsaslıdır. Məhkəmə həmin müqavilələr üzrə cərimə borclarının azaldılmasını məqbul hesab edir,belə ki,hesablanmış cərimələr əsas borca nisbətdə mütanasib deyil, ona görə də xx.xx.2022-ci il tarixli 338384-1-30736 saylı müqavilə üzrə hesablanmış 1239.60 manat cərimənin azaldılaraq 100 manat, xx.xx.2022-ci il tarixli 338384-OVR-19520 saylı kredit xətti müqaviləsi üzrə hesablanmış 151.10 manat cərimənin azaldılaraq 20 manat müəyyən olunmasını ədalətli və ağlabatan hesab edir. Beləliklə iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli 338384-1-30736 saylı müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 13628.53 manat əsas borc, 1239.60 manat faiz borcu,100 manat cərimə olmaqla , cəmi 14968.13 manat borc, xx.xx.2022-ci il tarixli 338384-OVR-19520 saylı kredit xətti müqaviləsi üzrə isə 1427.33 manat əsas borc,150.77 manat faiz borcu, 20 manat cərimə olmaqla cəmi 1598.1 manat, hər iki müqavilə üzrə ümumilikdə 16566.23 manat kredit borcu və 142.12 manat dövlət rüsumu tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli 338384-1- 30736 saylı müqavilə üzrə 13628.53 manat əsas borc, 1239.60 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 14968.13 manat borc, xx.xx.2022-ci il tarixli 338384-OVR- 19520 saylı kredit xətti müqaviləsi üzrə 1427.33 manat əsas borc, 150.77 manat faiz borcu, 20 manat cərimə olmaqla cəmi 1598.1 manat, hər iki müqavilə üzrə ümumilikdə 16566.23 manat kredit borcu və 142.12 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar