Məhkəmə qərarları › İş №e-2(007)-3931/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3931/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3931/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ i Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 oktyabr 2019-cu il tarixdə bağlanmış 119941 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən,iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 538.65 manata nisyə telefon satmışdır. Cavabdehin həmin məbləği hər ay 44.89 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 14-dək ödəməyi öz üzərinə götürmüşdür.Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 8 ay toplam olaraq 359.42 manat ödəniş etmiş və qalıq 179.25 manat bor cunu ödəməkdən yayınmışdır.Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev nömrələrinə xəbərdarlıq edilmiş,həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada 09.11.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 179.25 manat əsas borcun,həmin gün üçün hesablanmış 53(44.89 x 1%=40.5 manat cəriməni,cəmi 219.75 manat borcu yaranmışdır.Qeyd olunanlara əsasən Cavabdeh 179.25 manat əsas borcun,həmin gün üçün hesablanmış 40.5 (44.89 x 1%=40.5 x 90 gün= 40.5) manat cəriməni,cəmi 219.75 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" MMC-nin (əvvəlki«Venetto Elektroniks) xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş, Venetto Telekom» MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 119941 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdehə 538.65 manata nisyə telefon satılmışdır. Cavabdeh həmin məbləği hər ay 44.89 manat ödəmək şərti ilə 12 ay müddətinə,hər ayın 14-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 8 ay toplam olaraq 359.42 manat ödəniş etmiş və qalıq 179.25 manat bor cunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin 179.25 manat əsas borcu 40.5 cərimə,cəmi 219.75 manat borcu yaranmışdır. İşə əlavə olunmuş cavabdehə göndərilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdar olunmuşdur. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 179.25 manat əsas, borcu 40.5 cərimə,cəmi 219.75 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh oğlundan 179.25 manat əsas borc 40.5 cərimə,cəmi 219.75 manat borc 20 manat məbləğində ödənilmiş dövlıət rüsumu Venetto Telekom» MMC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar