Məhkəmə qərarları › İş №e-2(007)-4045/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4045/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4045/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki,X2 ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2019-cu il tarixli 051 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə kredit üsulu ilə 12 ay müddətinə 552 manat məbləğində kredit üsulu ilə hər ay 46 manat ödəməkl şərti ilə Xiaomi markalı telefon(model:note 6 pro) satılmışdır. Cavabdeh bağlanmış müqavilənin şərtlərini pozaraq borcu ödəməmiş,nəticədə 374 manat əsas borcu və 187 manat cərimə borcu olmaqla cəmi 561 manat borcu yaranmışdır.Borcun qaytarılması nəticəsində cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq kredit borcu və hesablanmış cərimələr qaytarılmamışdır.Qeyd olunanlara əsasən Cavabdeh 15 iyun 2019-cu il tarixli 051 saylı alqı-satqı müqaviləsi üzrə 374 manat əsas borcu və 187 manat cərimə borcu olmaqla cəmi 561 manat borcun 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan X2 ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2019-cu il tarixli 051 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə kredit üsulu ilə 12 ay müddətinə 552 manat məbləğində kredit üsulu ilə hər ay 46 manat ödəməkl şərti ilə Xiaomi markalı telefon(model:note 6 pro satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay müddətinə hər ay 444 mant ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki,müştəri 12 ay müddətində hər ay 46 manat ödəmək barədə öhdəlik götürsə də cəmi 4 ay ödəniş etmişdir.Borc qalığı 374 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki,cavabdehin 15 iyun 2019-cu il tarixli 051 saylı alqı-satqı müqaviləsi üzrə 374 manat əsas borcu və 187 manat cərimə borcu olmaqla cəmi 561 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən olunan qaydada alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə öhdəliklərinə əməl edərək alqısatqı predmeti olan dəyəri 552 manat məbləğində kredit üsulu ilə hər ay 46 manat ödəməkl şərti ilə Xiaomi markalı telefonu(model:note 6 pro) cavabdehin sahibliyinə və istifadəsinə vermişdir.Sonuncu isə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Hal-hazırda cavabdehin 374 manat əsas borcu və 187 manat cərimə borcu olmaqla cəmi 561 manat borcu qalmışdır.. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15 iyun 2019-cu il tarixli 051 saylı alqı-satqı müqaviləsi üzrə 374 manat əsas borcu və 187 manat cərimə borcu olmaqla cəmi 561 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar