Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4048/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qüvvəyə minmiş e-2(007)- 2434/2021 nömrəli, xx.xx.2021 tarixli qətnaməsi ilə ləğv edilmiş xx.xx.2015 tarixli, 1xx/xx/97176/15 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin cavabdeh QSC “Bank Standart” KB-nın (ləğv prosesindədir) hüquqi varisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kredit reyestrində silinməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə müraciət edilmişdir. Hansı ki mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilməlidir.
6. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, hazırki mübahisə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsindən irəli gələn müvafiq öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə bağlıdır. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilmiş, iddia tələbinin yönəldiyi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı ünvan 1 Məhkəmə İnformasiya sistemindən əldə edilmiş sorğu məlumatından görünür ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı ünvan 2d edir ki, iddia cavabdehin hüquqi ünvanı üzrə, yəni Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.
Nəticə :
9. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
10. İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva