Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-407/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********39 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 59 ay müddətinə illik 21.9 faiz ödəmək şərtilə 25300 məbləğində nağd kredit verilmişdir, BPM**********22 nömrəli, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 4700 məbləğində kredit xətti açılmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü ii tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh nağd kredit üzrə banka borcu - 25300 manat əsas, 3136.54 manat faiz borcu və 0.02 manat cərimə borcu olmaqla, cəmi 28436.56 manat, kredit xətti üzrə banka borcu- 4699.82 manat əsas, 523.76 manat faiz borcu olmaqla, cəmi 5223.58 manat təşkil edir. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 33660.14 manat olduğundan, tərəfimizdən 190.98 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçı "xxxx" ASC~nin xeyrinə nağd kredit üzrə 25300 manat əsas, 3136.54 manat faiz borcu və 0.02 manat cərimə borcu olmaqla, cəmi 28436.56 manat, kredit xətti üzrə 4699.82 manat əsas, 523.76 manat faiz borcu olmaqla, cəmi 5223.58 manat borcun, ödənilmiş 190.98 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli ərizələrlə müraciət edərək, iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddia tələbini qəbul edir. O, bundan əvvəl də 25000 manat kredit götürmüş və vaxtında ödənişlər etmişdir. Sadəcə bu dəfə işləri alınmadığı üçün ödənişləri edə bilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********22 saylı tam kart müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 4700 manat məbləğində kredit xətti açılmışdır. - "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********39 saylı istehlak kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 21.9 faiz ödəmək şərti ilə 25300 manat məbləğində kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********39 saylı istehlak kredit müqaviləsi üzrə ödənilməmiş 25300 manat əsas borc, 3136.54 manat faiz borcu, 0.02 manat cərimə borcu mövcuddur. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********22 saylı tam kart müqaviləsi üzrə ödənilməmiş 4699.82 manat əsas borc, 523.76 manat faiz borcu mövcuddur. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh yaranmış borcu xəbərdarlığı aldığı vaxtdan 3 gün müddətində ödəmədiyi təqdirdə məhkəmə qaydasında tələb olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 190.98 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BPM**********22 saylı tam kart müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 4700 manat məbləğində kredit xətti açılmışdır. Bundan başqa "xxxx" ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, BPM**********39 saylı istehlak kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 21.9 faiz ödəmək şərti ilə 25300 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı vaxtından əvvəl tələb etmə hüququndan istifadə edərək məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli, BPM**********22 saylı tam kart müqaviləsi və xx.xx.2024-cü il tarixli, BPM**********39 saylı istehlak kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25300 manat əsas, 3136.54 manat faiz, 0.02 manat cərimə borcu olmaqla, cəmi 28436.56 manat borc və xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi üzrə 4699.82 manat əsas, 523.76 manat faiz borcu olmaqla, cəmi 5223.58 manat borcu və dövlət rüsumu olaraq ödənilmiş 190.98 manat pul vəsaiti və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25300 manat əsas, 3136.54 manat faiz, 0.02 manat cərimə borcu olmaqla, cəmi 28436.56 manat borc və xx.xx.2023cü il tarixli tam kart müqaviləsi üzrə 4699.82 manat əsas, 523.76 manat faiz borcu olmaqla, cəmi 5223.58 manat borcu və dövlət rüsumu olaraq ödənilmiş 190.98 manat pul vəsaiti və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-407/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-407/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver