Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4188/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"nın Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/100N05A01934322 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 3233,07 (üç min iki yüz otuz üç manat, 7 qəpik) manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 117,15 (bir yüz on yeddi manat, 15 qəpik) manat məbləğində adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 63,77 (altmış üç manat, 77 qəpik) manat məbləğində penya, cəmi 3413,99 (üç min dörd yüz on üç manat, 99 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, iddia ərizəsinin verilməsinə görə 54,14 (əlli dörd manat, 14 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən tərəflər:
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"nın nümayəndəsi ərizə verərək “kredit borcunun ödənilməsi” tələbi ilə bağlı verdiyi iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
4. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə hesab edir ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"nın Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatına xitam verilməlidir.
8. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir.
9. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.
10. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, (Açıq Səhmdar Cəmiyyəti "xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, Transaksiya kodu: 100İNT**********, xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2025, saat: 11:30:26) görünür ki, hazırki iş üzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 54,54 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
11. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"nın Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatına xitam verilməli və mülki iş üzrə icraata xitam verilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"nın iddiadan imtinası qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"nın Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" tərəfindən ödənilmiş 54,54 manat dövlət rüsumu (Açıq Səhmdar Cəmiyyəti "xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, Transaksiya kodu: 100İNT**********, xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2025, saat: 11:30:26) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova