Məhkəmə qərarları › İş №e-2(007)-4306/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4306/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4306/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.04.2021-ci il tarixli AZK00310 müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,borcluya 303.45 manat(borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla)dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir.Müqavilənin və tərəflər arasında tərtib olunmuş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş,borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir.Cavabdehə dəfələrlə yazılı və şifahi qaydadaq xəbərdar olunsa da o,öhdəliyini yerinə yetirməmişdir.Cavabdehin iddiaçıya müqavilə üzrə qalıq borcu 288.45 manat təşkil edir.Onun müqavilə üzrə cərimə borcu 118.55 manat təşkil edir.Lakin cavabdehə güzəşt tətbiq olunduğu üçün cərimə borcunun 30% məbləğində,yəni,35.57 manat tələb edilir.Qeyd olunanlara əsasən cavbdedən iddiaçının xeyrinə 288.45 manat qalıq borc və 35.57 manat cərimə olmaqla cəmi 324.02 manat borcun,32.84 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.04.2021-ci il tarixli AZK00310 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki,borcluya 303.45 manat(borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla)dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə aldığı malın dəyərini razılaşdırılmış qrafik əsasında vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 03.06.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki,borclu 12 ay müddətinə hər ay 24 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-nə 288.45 manat qalıq borcu və 35.57 manat cərimə olmaqla cəmi 324.02 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC borcun ödənilməsi barədə borclunu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 17.04.2021-ci il tarixli saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17.04.2021-ci il tarixli AZK00310 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 17.04.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 12 ay müddətinə hər ay 24 manat ödəniş etməyi öhdəsinə götürsə də,öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 17.04.2021-ci il tarixli AZK00310 saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 288.45 manat qalıq borcu və 35.57 manat cərimə olmaqla cəmi 324.02 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar