Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4383/2025 04.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin ləğvedı̇ cisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin ləğvedı̇ cisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC-nin ləğvedı̇ cisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2019-cu il tarixli NBNP ***-******* FİMSA(B)040719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 14.726,06 (on dörd min yeddi yüz iyirmi altı manat 06 qəpik) manat məbləğində borcunbundan 14.270,58 (on dörd min iki yüz yetmiş manat 58 qəpik) manatı əsas borcun, 168,38 (bir yüz altmış səkkiz manat 38 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 287,10 (iki yüz səksən yeddi manat 10 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 134.18 (yüz otuz dörd manat 18 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 may filialı ilə Cavabdeh3 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 04 iyul 2019-cu il tarixli NBNP ***-******* FİMSA(B)040719-01 nömrəli kredit müqaviləsinə əsasən 29 yanvar 2015-ci il tarixli 03-MK/01140 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası üçün Cavabdeh3 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 15361,78 (on beş min üç yüz altmış bir manat 78 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 04 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 1 noyabr 2024-cü il tarixli 12-5/2-H-41-4190/2024 saylı bildirişin göndərilməsinə baxmayaraq cavabdehlər kredit borcunun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bu səbəbdən də Cavabdeh3 04 iyul 2019-cu il tarixli NBNP ***-******* FİMSA(B)040719-01 nömrəli kredit müqaviləsi üzrə 29 noyabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi 14.726,06 (on dörd min yeddi yüz iyirmi altı manat 06 qəpik) manat məbləğində borcu vardır. Bundan 14.270,58 (on dörd min iki yüz yetmiş manat 58 qəpik) manatı əsas borc, 168,38 (bir yüz altmış səkkiz manat 38 qəpik) manatı müqavilə müddəti üçün hesablanmış faiz borcu və 287,10 (iki yüz səksən yeddi manat 10 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, borclula tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixində 100 manat ödənilmişdir, ondan sonra cavabdehlər tərəfindən heç nə ödənilməmişdir, bu barədə əsas borcluya və zaminlərə rəsmi və şifahi qaydada müraciət etmişlər. Cavabdeh tərəf bildirir ki fonda müraciət edəndə ona 6000 manat ödəniş etməsini, qalan məbləği isə aybaya ödəməsini qeyd ediblər. Bu cür ödənişlər belə olur ki, tərəf müraciət edəndə Komitəyə çıxarılır, 4000-5000 mnat ödəniş edilir, qalanı qrafikı bölünür. Lakin bu qaydanı bu vətəndaşa tətbiq edə bilmirlər. Tərəfin krediti restruktruzasiya olmuş, onlar tələbində olan borcu müqavil müddəti bitəndən sonra hesablamışlar. Məhkəmə iclasında Cavabdeh3 bildirdi ki, bankın əməkdaşları əlaqə saxlamışdır ki, bank bağlanıb ödənişləri edə bilməyəcəklər, bir müddət ödəməmiş, sonra Bankın baş ofisinə yaxınlaşmışlar. Orada onlardan tələb, tələb etdilər ki, 9000 manat pulu bir dəfəyə ödəsinlər, sonra borc aybaay qrafikə bölünsün. Onların da ödəmək üçün bir dəfəyə imkanları olmamış, sonradan o, hissə-hissə ödəniş etməyə başlamış, ödədiyi pulun isə faiz borclara çıxıldığını görmüşdür. Müqavilə 5 il müddətinə uzadılmış, tərəfindən 1 ildən çox vaxtında ödəniş edilmiş, Bank bağlanmış, borc ilə bağlı tələb olmadığından isə hara ödəyəcəklərini bilməmişdir. Sonradan məlum olmuşdur ki, Bankın səlahiyyətləri Əmanətlərin Sığortalanması Fonduna keçmişdir. Fondun nümayəndələri onlarla əlaqə saxlamış, o da imkan daxilində 200, 300, 400 manat ödəniş etmiş, ödədiyi məbləğ faizə çıxdığı və əsas borc qaldığı üçün ödəniş edə bilməmişdir. O, əməkdaşlarla əlaqə saxlayıb bildirmişdir ki, əmək haqqı alır, hər ay 300-500 manat maaşından tutulsun, onlar razılaşmadılar və bir dəfəlik 6000 manat ödəməsini bildirmişlər. Borc onun borcudur, ona şərait yaradılsın, o da borcunu ödəsin. O, müqavilə ilə “Azfen” şirkətində işləyir, 715 manat əmək haqqı alır. Bəzən elə olur ki, 6 ay boş qalırlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli NBNP ***-******* FİMSA(B)040719-01 saylı Güzəştli şərtlərlə kredit verilməsinə dair müqaviləyə əsasən 29 yanvar 2015-ci il tarixli 03-MK/01140 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası üçün 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 15361,78 (on beş min üç yüz altmış bir manat 78 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh3 da öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq 04 iyul 2019-cu il tarixli NBNP ***-******* FİMSA(B)040719-01/ZM/2 və NBNP ***-******* FİMSA(B)040719-01/ZM/3 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuş, razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə), yəni 168,38 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. "xxxx" QSC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 14270,58 manat əsas borc, 168,38 manat faiz borcu, 287,10 (iki yüz səksən yeddi manat 10 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, ümumilikdə cəmi 14726 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1, 449.2 739.1-ci, 739.3-cü, 448.1-ci, 470.1-ci, 472.1 və 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh3 iddiaçı "xxxx" ASC ilə bağladığı 04 iyul 2019-cu il tarixli müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh3 iddiaçı "xxxx" ASC ilə bağladığı 04 iyul 2019-cu il tarixli müqavilə üzrə götürdüyü öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixdən sonra illik 5 faizlə hesablanmış 287,10 manat məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən birgə qaydada, yəni borcalan Cavabdeh3 ilə yanaşı, zaminlər Cavabdeh1 və Cavabdeh2 da tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə iddiaçı arasında bağlanılmış kredit müqaviləsi və 04 iyul 2019-cu il tarixdə 5 il müddətinə, yəni 04 iyul 2024-cü il tarixədək bağlanılmışdır. Həmçinin ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri də 04 iyul 2019-cu il tarixdə bağlanmışdır. İddiaçı tərəfindən iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 01 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməli, yaranmış borc Cavabdeh3 tutulmalı, zaminlərə münasibətdə isə təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, iddia tələbi qismən təmin edilərək Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə 14.270,58 manat əsas borcu, 168,38 manat faiz borcu, 287,10 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, ümumilikdə 14726,06 manat məbləğində kredit borcu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyindən 134,18 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 14.270,58 manat əsas borcu, 168,38 manat faiz borcu, 287,10 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, ümumilikdə 14726,06 manat borc və ödənilmiş 134,18 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-4383/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4383/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver