Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4439/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- " X1 Azərbaycan” QSC. Cavabdeh- Cavabdeh. Müqavilələr – "X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsi və "X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə. Tələb olunan məbləğ- 143,87 manat əsas borc və 30 manat dövlət rüsumu. Sübutlar- Hüquqi xidmət haqqında müqavilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2357/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələri. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən istehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İddiaçının verdiyi məlumata əsasən “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq borcalan Cavabdeh tərəfindən borcun banka ödənilməsini "xxxx" MMC təmin etmişdir. Cavabdehə ödətdirilmiş məbləğ 786,93 manat, bank tərəfindən "xxxx" MMC-yə ödənilmiş xidmət haqqının məbləği isə 143,87 manat təşkil edir. İddiaçı "xxxx" MMC-yə edilmiş ödənişlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(007)-1468/2020 saylı qətnaməsi ilə Cavabdeh əsas məbləğ üzrə borc 873,54 AZN (səkkiz yüz yetmiş üç manat əlli dörd qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 17,72 AZN (on yeddi manat yetmiş iki qəpik), cərimə borcu 40 AZN (qırx manat) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3,40 AZN (üç manat 40 qəpik), cəmi borc 934,66 AZN (min altı yüz iyirmi beş manat əlli beş qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 24,51 AZN (iyirmi dörd manat əlli bir qəpik) dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrəd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdehlə bağlı heç bir müddəa öz əksini tapmayıb. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 143,87 manat pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsinə heç bir aidiyyəti yoxdur. Buna görə də, hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-4439/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4439/2025
05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver