Məhkəmə qərarları › İş №e-2(007)-451/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-451/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-451/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı MMC-nin (KATV1) nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 59 manat 10 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 189 manat 50 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 13 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 3763 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 3763 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 3763 N saylı qanunsuz qoşulma aktı tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə faktın aşkar edildiyi xx.xx.2015-ci il tarixədək olan müddət 197 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 59 manat 10 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC“ Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubuı çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddianı qəbul etmir. Heç bir qanunsuz qoşulmadan söz gedə bilməz. O, 2 ay əvvəl KATV-dən imtina etmiş və eyvana “Krosna” antenası (peyk antenası) qoydurmuşdur. Hal-hazırda Azadlıq prospekti 108B, mənzil 97 ünvanında yaşayır. İki ildir ki, bu ünvanda KATV-dən istifadə edir. 3680 saylı müqavilə üzrə indiyə kimi heç bir problem olmamışdır. Nə ödəmə gecikməsi, nə də qanunsuz qoşulma var. Baxmayaraq ki, onun mərtəbəsində KATV-nin məftilləri açıq şəkildədir, qapsı da yoxdur. Heç vaxt da KATV ilə problemi olmamışdır. O, KATV-in rəhbərinin iş otağında da olmuşdur. Ondan 2015-ci il tarixdə işçilərindən birinin evə baxış keçirməsini, onun öz peyk antenasına qoşulduğunun müəyyən edilməsini xahiş etmişdir. Müdir ona inanaraq, arxayılıqla onu yolda salmış və bu işi bağlamağı vəd etmişdir. 7 il sonra, bina söküldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Binaya baxarkən aydın şəkildə görünür ki, onun evinə peyk antenası quraşdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, onun tərəfindən heç bir qanunsuz qoşulma olmamışdır. İddiaçının öz işçiləri bilərəkdən qanunsuz qoşulma edir, sonra da buna dair akt tərtib edərək, ondan pul tələb edirlər. Məhkəmə təqdim edilmiş video görüntülər qeydə alınana zaman onların iştirakı təmin edilməmişdir. İddiaçı sübut etsin ki, qanunsuz qoşulma işçilər tərəfindən deyil, məhz onun tərədindən edilmişdir. “K@TV1” xidmətlərindən istifadəni xidmətdən narazı olduğu, görüntünün qane etməməsi səbəbindən ayrılmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, o, cavabdehi tanıyır, onun evinə gedib-gəlir. Cavahdehin yaşadığı bina 3 il əvvəl sökülmüşdür. 2017-ci ildə cavabdehin evinə gedərkən uşaqlarla birlikdə çizgi filmə baxdıqlarını və bu zaman görüntüdə problemlər olduğunu xatırlayır. Görüntü aydın olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatların və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2015-ci il tarixli, 3763 N nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşları X4, X3 və X1 iştirakı ilə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospketi 80 ünvanda yerləşən mənzil kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 15 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması müəyyən edilmişdir. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamış, akt və bildiriş mənzilin qapısına qoyulmuşdur. Binaya baxış keçirdikləri zaman aşkar edilmişdir ki, mənzil KATV-nin söndürülmüş abunəçisi olduğu halda KATV-nin şəbəkəsinə qanusuz qoşulmuşdur. Şəbəkədən çıxan kabel borcu vasitəsi ilə yuxarı mərtəbəyə qalxır. Borudan çıxan kabel blokun divarı ilə mənzilə tərəf gedir. Kabel mənzilin qapısının sol üst küncündən divarın üçü ilə mənzilə daxil olur; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Sultanova Elmira arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini etmiş, və xx.xx.2014-cü il tarixində borcsuz olaraq şəbəkədən ayrılmışdır; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında 3763 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2014-cü il tarixində həmin binaya baxışı keçirilmişdir; - 13 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 300 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2003-cü il tarixdən bu günə kimi ünvan 4 ünvanında yerləşən mənzilin sahibidir. Onun mənzildə qeydiyyatı olmamışdır, hazırda mənzil pilot layihə çərçivəsində sökülmüşdür; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh işi ilə bağlı İddiaçı MMC tərəfindən "xxxx" hüquq firmasının (VÖEN **********) hesabına 100 manat pul ödənilmişdir; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; - Məhkəməyə 1 ədəd disk (iddiaçının nümayəndəsi tərəfindən) təqdim edilmişdir. - Məhkəməyə fotoşəkillər (cavabdeh tərəfindən) təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096-cı maddəsinin mahiyyətindən görünür ki, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.2. maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə akt tərtib olunmuşdur. İddiaçı iddia tələbində xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə faktın aşkar edildiyi xx.xx.2015-ci il tarixədək olan zərər məbləğin tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, akt hər hansı hərəkət və faktı təsdiq edən sənəddir və tərtib edilmiş hər akt bir faktı təsdiq edir və iş üzrə də xx.xx.2015-ci il tarixdə akt qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 9 manat olduğundan (həmin vaxt), cavabdehdən həmin abunə haqqı qismində vurulmuş zərər tutulmaqla iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında şahid kimi dindirilmiş X2 2017ci ildə, yəni cavabdehin şəbəkədən ayrıldığı vaxtdan sonra da KATV1 kabel televiziyası xidmətindən istifadə etdiyini bildirmişdir. Bu hal, həmçinin məhkəməyə təqdim edilmiş videogörüntülər cavabadeh tərəfindən qanunsuz qoşulma halını təsdiq etmişdir. Bundan əlavə iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi tələb olunan 100 manat məbləğində pul vəsaiti iddia tələbi qismən təmin edildiyindən həmin məbləğdən 40 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla bərabər, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 9 manat, hüquqi xidmət göstərilməsinə görə 40 manat və dövlət rüsununa görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 79,40 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 9 manat, hüquqi xidmət göstərilməsinə görə 40 manat və dövlət rüsununa görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 79,40 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar