Məhkəmə qərarları › İş №e-2(007)-452/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-452/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-452/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 75 manat 00 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 205 manat 40 qəpik məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 14 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan Qəribov Azər ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə 11,40 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 3752 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.015-ci il tarixədək 9 (doqquz) manat, xx.xx.2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixə qədər olan müddət 250 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 75 manat 00 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə ünvanlayaraq iddianı qəbul edilməməsini, iş üzrə iddia müddətinin tətbiq olunması ilə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 59, ünvanında yerləşən 4 saylı mənzilin onun tərəfindən alınması notariat qaydada xx.xx.2014-cü il tarixdə reallaşdığından həmin vaxta qədər olan pul tələbinin ona heç bir aidiyyəti yoxdur. Həmçinin, mülki qanunvericiliyə əsasən müqavilələrdə nəzərdə tutulan öhdəliklərdən irəli gələn pul tələbləri ilə əlaqədar qanunda 3 il müddət nəzərdə tutulduğundan 8 ildən sonra pul tələbinin qaldırılması təəccüb doğurur. İddia ərizəsində qeyd edilən xx.xx.2015-ci il tarixli 3572 saylı aktın birtərəfli qaydada yazılaraq ötən illər əzində qarşı tərəf məlumatlandırılmadan aktın 7 ildən sonra zühur etməsi heç bir məntiqə uyğun gəlmir. Əlavə olaraq iddiaçının “Ədalət A” hüquq şirkətinə ödəməli olduğu 100 manat pul məbləğinin də ondan tələb edilməsi mülki qanunvericlikdə yenilikdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsi barədə vəsatətin məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd olunan mənzil uçurulub yerində yeni bina tikilmiş və oradan onlara mənzil verilmişdir. İddiada göstərilən aktdan onların məlumatları yoxdur. Bu akt ümumiyyətlə onlara təqdim edilməmişdir. Bundan başqa həmin xətt onlardan əvvəl kiminsə xətti olsa da onların olmamışdır və həmin xətti onlara yazmamalıdırlar. Həmin mənzilin alınması cavabdeh tərəfindən Notariat qaydada xx.xx.2014-cü ildə reallaşdığından həmin vaxta qədər olan pul tələbi cavabdehə aidiyyətı yoxdur. Həmçinin, iddiaçı 8 il sonra borcun olması barədə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə saat 10.40-a təyin edilmiş məhkəmə baxışı iclasında Nərimanov Rayon Məhkəməsində keçirilən digər məhkəmə baxışı iclaslarında iştirakı ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb həmin məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2015-ci il tarixli, 3752 N saylı aktın surətindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşlarının iştirakları ilə həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 59/1 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 4 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Qəribov Azər arasında bağlanmış müqaviləyə əsasən Katv 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində bu ünvan Katv 1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixədək isə son ödəməsini etmiş, xx.xx.2014-cü il tarixində 11, 40 manat borc ilə şəbəkədən ayrılmışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət və nəzarət edilməsindən ötrü “Ədalət“ MMC-yə 100 manat məbləğində vəsait ödənilmişdir. - xx.xx.2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 ona məxsus ünvan 3 ünvanına 66500 manata Cavabdeh satmışdır. Məhkəmə ilk öncə cavabdehin vəsatətində “mülki qanunvericiliyə əsasən müqavilələrdə nəzərdə tutulan öhdəliklərdən irəli gələn pul tələbləri ilə əlaqədar qanunda 3 il müddət nəzərdə tutulduğundan 8 ildən sonra pul tələbinin qaldırılması təəccüb doğurur.” dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi müqavilədə nəzərdə tutulan öhdəliklərdən yaranmadığından, iddiaçı tərəfindən cavabdehə qarşı qanunsuz qoşulma ilə bağlı ziyanvurmadan (deliktdən) irəli gələn tələb irəli sürdüyündən, belə iddialar üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən iddia tələbi on il təşkil etdiyindən və qeyd olunan akt xx.xx.2015-ci il tarixdə tərtib edildiyindən hazırda iddiaçı tərəfindən iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli, 3752 N saylı ak tərtib edilərək İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşlarının iştirakları ilə həmin tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 4 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması aşkar edilmiş, mənzilin qapısını açan olmadığından aktın surəti mənzilin qapısına qoyulmuşdur. Lakin həmin Akta cavabdeh imza etməmiş, həmçinin iş materiallarında iddia tələbində qeyd edilən qanunsuz olaraq KATV1 kabel şəbəkəsinə qoşulmanı təsdiq eən video görüntü, yaxud fotoşəkillər də müəyyən olunmamışdır. Odur ki, iddiaçının tələbi mötəbər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə həmçinin bildirir ki, qanunsuz qoşulma ilə bağlı ziyan tələbi rədd edildiyindən MPM-in 119-cu maddəsinə əsasən nümayəndəyə çəkilən xərclərə görə 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat məbləğində xidmət haqqının, tutulub iddiaçıya verilməsi barədə tələb də əsassızdır. Məhkəmə cavabdehin “Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 59, ünvanında yerləşən 4 saylı mənzil onun tərəfindən alınması notariat qaydada xx.xx.2014-cü il tarixdə reallaşdığından həmin vaxta qədər olan pul tələbinin ona heç bir aidiyyəti yoxdur” dəlilə münasibətdə bildirir ki, 3752 N saylı akt xx.xx.2015-ci il tarixdə tərtib olunmuş və tərəf artıq bu vaxt həmin mənzildə yaşamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 75 manat 00 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 205 manat 40 qəpik məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 75 manat 00 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 205 manat 40 qəpik məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar