Məhkəmə qərarları › İş №e-2(007)-465/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-465/2024

30.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-465/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Təcili və X3 Stansiyası” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və “Təcili və X3 Stansiyası” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7144 manat dəymiş ziyanın və ödənilmiş 105 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirqasımov keçəsinin kəsişməsində X7 markalı **-JH- *** dövlət nömrə nişanlı xüsusi təyinatlı təxirə salınmaz tibbi yardım avtomobili ilə onun idarə etdiyi Lada Granta markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində xəsarət almışdır. xx.xx.2023-cü il tarixdə onun sərxoşluq vəziyyəti yoxlanılmış və 2/21449 saylı aktla təsdiq edilmişdir ki, onda sərxoşluq vəziyyəti olmamışdır və ayıq göstərilmişdir. İş üzrə MTE-nın xx.xx.2023-cü il tarixli 964 saylı rəyində qeyd edildiyi kimi sağ qalça darağı nahiyəsində, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsi nahiyəsinin qançırı aşkar edilmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilməmişdir. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Saleh Salahzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına görə hadisədə təqsirli olan X2 İXM-nin 327.2-ci maddəsi əsasında inzibati protokol tərtib olunmuşdur. "xxxx" ASC-nin zərərin qiymətləndirilməsinə dair hesabatına görə 12144 manat ziyan dəymiş, sığorta təşkilatı tərəfindən cəmi 5000 manat pul ödənilmişdir. 7144 manat dəymiş ziyanı isə cavabdehlər ödəmir. Cavabdeh AR SN-nin TTTYS-na məxsus avtomobili idarə etdiyini və həmin müəssisənin işçisi olduğunu nəzərə alaraq vurulmuş ziyana görə birgə məsuliyyət daşıyırlar. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və X2 cavabdehlər siyasından çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbi müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində iddiaçıya 12144 manat ziyan dəymişdir, bu məbləğ "xxxx" ASC-nin qüsur aktında da təsdiq olunur. Həmin qüsur aktının əsli məhkəməyə təqdim edilmişdir. Ziyanın 5.000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 7.144 manat isə cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə, iddiaçı məcburiyyət qarşısında qalaraq, avtomobili öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Göründüyü kimi, iddiaçıya hadisə nəticəsində 7.144 manat ziyan ödənilməmiş qalmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, düzdür, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymiş, həmçinin nəqliyyat vasitəsini hüquqi şəxsin sürücüsü idarə etmişdir. Lakin, tələb olunan məbləğlə razı deyillər və həmin məbləğə münasibətdə qeyd edir ki, həmin məbləğ həddindən artıq şişirdilmiş məbləğdir. Belə ki, sığorta şirkətləri 5.000 manatadək sığorta ödənişi etməli olduqda, bu zaman qüsur aktını dəqiqliklə tərtib etməkdə maraqlı olurlar. Ödənilməli məbləğ 5.000 manatdan yuxarı olduqda isə sığorta şirkətləri onsuzda 5.000 manat pulu ödəməli olduqları üçün, qüsur aktını dəqiqliklə tərtib etməkdə maraqlı olmurlar, həmçinin dəymiş ziyanı şişirdilmiş şəkildə yazırlar. Hazırkı qüsur aktından da görünür ki, iddiaçıya 12144 manat ziyan dəymişdir. Lakin, məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir ki, “Lada Granta” markalı avtomobilin modelinə və növünə baxdıqda, 12.144 manat ziyan dəyməsi ağlabatan deyil, həddindən artıq şişirdilib. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 826344 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. - BA 048293 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir. - “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” ƏN-Vİ № 286142 saylı, xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən X6 tərəfindən İddiaçı "Lada Granta" minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2032-ci il tarixinədək etibarnamə verilmişdir. - AC 496537 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X7” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi “Təcili və X4 Stansiyası” publik hüquqi şəxsin balansındadır. - BA 028879 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə 20 il müddətinə sürücülük vəsiqəsi verilmişdir. - “Təcili və X4 Stansiyası” publik hüquqi şəxsi tərəfindən verilmiş 05417 nömrəli Yol vərəqəsinin surətindən görünür ki, “X7” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2032-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yol vərəqəsi əsasında sürücü X5 verilmişdir. O, tibbi müayinələrdən keçməklə sürücü kimi işə buraxılmışdır. - Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “X7” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təxirə salınmaz təcili tibbi yardım avtomobilinin sürücüsü X2 inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material və qərarının surəti Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 202570 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələri və zəhmət haqqı nəzərə alınmaqla, cəmi 12144 manat məbləğində maddi ziyan dəymişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə qəbzindən görünür ki, X1 hesabına 5.000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - Məhkəməyə “Lada Granta” markalı avtomobilə dəymiş ziyanı əks etdirən fotoşəkillər təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 105 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı idarə etdiyi "Lada Granta" minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh “Təcili və X3 Stansiyası” publik hüquqi şəxsin sürücüsünün yol vərəqəsi əsasında idarə etdiyi “X7” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təxirə salınmaz təcili tibbi yardım avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin işçisinin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxs işəgötürən olaraq dəymiş ziyanın ödənilməsinə görə məsuliyyət daşıdığından, dəymiş ziyanın əvəzini Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Bu zaman nəzərə alınmalıdır ki, yüksək təhlükə mənbəyinə sahiblik edən hüquqi şəxs - işəgötürənin (hazırkı cavabdehin) iddiaçıya dəymiş ziyanı ödədikdən sonra, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq, zərərin vurulmasında təqsiri olmuş işçiyə qarşı dəymiş ziyanın ödənilməsinə dair reqres (tələb) hüququ vardır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 105 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Təcili və X3 Stansiyası” publik hüquqi şəxsindən 7144 manat pul və 105 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Təcili və X3 Stansiyası” publik hüquqi şəxsindən 7144 manat pul və 105 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar