Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-467/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X6 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 1204 manat məbləğində pul vəsaitinin Cavabdeh "xxxx" X3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli Əlizadə küçəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd 2 çıraqlı işıq dirəyini və işıq dirəyinin özül hissəsini sıradan çıxararaq müəssisəyə 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər, Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada "xxxx" X3 bank hesabına 1215.66 (bir min iki yüz on beş manat altmış altı qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddialarını qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisələrinə dəymiş 2420 (ikimin dörd yüz iyirmi) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 1204.34 (bir min iki yüz dörd manat otuz dörd qəpik) manat hissəsi cavabdehdən tutularaq "xxxx" X7 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisələrinə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X3 nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh Xəzər RPİ DYPŞ-də xx.xx.2022-ci il tarixdə saat 17:30-da verdiyi izahatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xəzər rayonu, Hövsan qəsəbəsindən Binə qəsəbəsinə olan istiqamətdə hərəkətdə olan zaman qarşısından “stop” nişanı gördüyündə dayanmışdır. Soldakı nəqliyyat vasitəsi ona yol vermiş və hərəkətə başlamışdır. Binəq qəsəbəsində düzünə hərəkətdə olan “Mercedes Benz minik” markalı avtomobilə görmədiyi şəkildə zərbənin təsirindən işıq dirəyinə çırpılmışdır. - xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2059.40 manat zərər dəymişdir. - “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işiq dirəyinin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, işıq dirəyinin bərpasına 2420 manat vəsait sərf olunmuşdur. - "xxxx" X3 "xxxx" Şirkətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsindəki işıq dirəkləri "xxxx" X3 balansındadır. xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində naməlum sürücünün idarə etdiyi “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıq dirəyi vurulub sıradan çıxarılmış və nəticədə müəssisəyə 2420 manat maddi ziyan dəymişdir. Avtomobil "xxxx" Şirkətində icbari sığortalıdır. Dəymiş ziyanın müəssisənin bank hesabına köçürülməsi xahiş edilmişdir. - xx.xx.2022-ci il tarixli, 7E-907 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X8 “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibar etmişdir. - AD seriyalı, 307922 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır. - PXA 112618 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" Şirkəti "xxxx" X3 hesabına 1215.66 manat pul köçürmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1195 nömrəli ekspert rəyindən görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X4 dəymiş ziyan təxminən 2420 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X4 məxsus işıq dirəklərinə ziyan dəymişdir. Həmin işıq dirəklərinin bərpa olunmasına 2420 manat pul vəsaiti sərf olunmuşdur. “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortalandığı "xxxx" Şirkəti tərəfindən "xxxx" X3 hesabına 2420 manat dəymiş ziyanın məbləğindən 1215.66 manat pul vəsaiti köçürülmüşdür. Lakin cavabdeh tərəfindən qalıq məbləğ 1204.34 manat pul vəsaiti isə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquq la və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yə hərəkətsizlikdir).” 1096.2-ci maddəsinə əsasən “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” 1097.1-ci maddəsinə əsasən “mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.” 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.” 1108.2-ci maddəsinə əsasən “yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. 1108.3–cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən, “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı "xxxx" X4 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, “Mercedes Benz C200 minik” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işiq dirəyinin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, işıq dirəyinin bərpasına 2420 manat pul vəsaiti sərf olunmuşdur. Həmin avtomobil "xxxx" Şirkətində icbari sığortalandığı üçün "xxxx" Şirkəti tərəfindən "xxxx" X3 hesabına 1215.66 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" X4 məxsus işıq dirəklərinə dəymiş ziyanın məbləği ilə bağlı işıq dirəklərinə nə qədər ziyan dəyməsinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X4 dəymiş ziyan təxminən 2420 manat müəyyən edilmişdir. Göründüyü kimi dəymiş zərər iddiaçıya tam şəkildə ödənilməmişdir. Odur ki, 2420 manat dəymiş zərərdən qalıq 1204.34 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin mübahisəli məsələyə münasibət bildirməməsini, hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan maddi ziyanın məbləği məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddia tələbinin həcmi müqayisə edildikdə görünür ki, tələb olunan zərərin məbləği ekspert rəyi ilə eynilik təşkil edir, bu səbəbdən də cavabdehdən 1204.34 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçının ödəməkdən azad edildiyi 32.04 (otuz iki manat dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1204.34 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X4 ödənilməlidir. Bundan başqa, iddia təmin edildiyindən, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1204.34 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X4 ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddiaçının ödəməkdən azad edildiyi 32.04 (otuz iki manat dörd qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-467/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-467/2023
03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver