Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-491/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, X3 ilə İddiaçı ASC arasında bağlanan xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqaviləyə əsasən bank cavabdehə 3345 ABŞ dolları, xx.xx.2013cü il tarixli, BAL147534/13 saylı müqaviləyə əsasən 800 manat, xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı müqaviləyə əsasən isə 150 manat məbləğlərində kredit verib.Hazırda mərhum X1 Banka ümumi olaraq 1229.75 ABŞ dolları borcu vardır. X3 xx.xx.2016-cı il tarixdə vəfat edib. Cavabdeh X1 qanuni vərəsəsidir. X3 tərəfindən vərəsəsinə qalan miras Bakı şəh, Nizami ray, Babək prospekti ev 95-də yerləşən yaşayış sahəsi 29.11 kv/m olan iki otaqlı 200 nömrəli mənzildən ibarətdir.Bu səbəbdən də, borcun ödənilməsinə dair mərhumun vərəsəsi Cavabdeh qarşı iddia qaldırılıb.Qeyd olunanlara əsasən Cavabdeh bankın xeyrinə xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqaviləyə əsasən 1076.22 ABŞ dolları əsas,153.53 ABŞ dolları faiz borcu,xx.xx.2013-cü i tarixli BAL147534/13 saylı müqaviləyə əsasən 618.04 manat əsas,15.45 manat faiz, xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı müqaviləyə əsasən isə 85.2 manat əsas,2.98 manat faiz borcu,cəmi 1229.75.ABŞ dolları və 721.67 manat kredit borcunun və 49 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,onun bu borclara dair hər hansı bir məlumatı yoxdur.Onda ümuiiyyətlə heç bir sənəd yoxdur, mərhum nə vaxt kredit götürüb, nə qədər ödəyib, nə qədər borcu qalıb. Bundan əlavə hesab edir ki,iddiaçı tərəfindən iddia müddəti də ötürülüb.O,mübahisəyə iddia müddətinin tətbiq olunması bağlı ərizə vermişdir.Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilədən görünür ki, bank cavabdehə 3345 ABŞ dolları kredit vermişdir.Kredit 21.99%lə 22 ay müddətinə verilmişdir. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL147534/13 saylı müqavilədən (kredit kartı) görünür ki, bank cavabdehə 800 manat kredit vermişdir.Kredit 2,5%-lə 1il 6 ay müddətinə verilmişdir. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit sazişindən görünür ki, həmin müqavilənin şərtlərində dəyişiklik edilmiş,kredit xəttinin maksimal məbləği 10000 manat, ilkin olaraq istifadə edilməsi mümkün olan məbləğ 1200 manat, kredit xəttinin maksimal müddəti 10 il müəyyən edilmişdir. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı müqavilədən(bolkart) görünür ki, bank cavabdehə 150 manat məbləğlərində kredit verib.xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilədən görünür ki, bank cavabdehə 150 manat kredit vermişdir.Kredit 2,5%-lə 12 ay müddətinə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki,həmin kredit müqavilələri üzrə cavabdehin banka xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqaviləyə əsasən 1076.22 ABŞ dolları əsas,153.53 ABŞ dolları faiz borcu,xx.xx.2013-cü i tarixli BAL147534/13 saylı müqaviləyə əsasən 618.04 manat əsas,15.45 manat faiz, xx.xx.2013cü il tarixli, DK085524/13 saylı müqaviləyə əsasən isə 85.2 manat əsas,2.98 manat faiz borcu,cəmi 1229.75.ABŞ dolları və 721.67 manat kredit borcu vardır. Məxaric qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 49 manat dövlət rüsumu ödəmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə qeyd olunur ki,o,vərəsəliyi 2016-cı il tarixdə,ərindən miras qalmış əmlak isə onun adına xx.xx.2017-cı il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqavilələri bağlanmışdır.Bank həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onun banka cəmi 1229.75.ABŞ dolları və 721.67 manat kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə hesab edir ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilə və xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı müqavilə(bolkart) üzrə iddia müddəti ötürülmüşdür. Cavabdeh isə mübahisəyə iddia müddəti tətbiq olunması barədə ərizə vermişdir. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL147534/13 saylı müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir.Belə ki,tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişindən görünür ki,həmin müqavilənin şərtlərində dəyişiklik edilmiş,kredit xəttinin maksimal məbləği 10000 manat,ilkin olaraq istifadə edilməsi mümkün olan məbləğ 1200 manat,kredit xəttinin maksimal müddəti 10 il müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən, xx.xx.2013-cü il tarixli, BAL147534/13 saylı müqavilə üzrə 721.67 manat kredit borcu və 49 manat dövlət rüsumunun tutulması hissəsində təmin,qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 721.67 manat kredit borcu və 49 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-491/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-491/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver