Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-502/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “öhdəliyin icra edilməməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “öhdəliyin icra edilməməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsi üzrə 9109.31 USD (doqquz min bir yüz doqquz ABŞ dolları 31 sent) əsas borca hesablanmış 5% həcmində 4499.41 USD (dörd min dörd yüz doxsan doqquz usd. 41 sent) borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 96.48 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsi üzrə 6666.13 USD əsas borca xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək hesablanmış 5% həcmində 196.28 USD borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 96.48 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə, illik 20 % olmaqla 24000 USD (iyirmi dörd min ABŞ dolları) məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 611/f-15 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh məxsus olan “X5”, Ban JTMDU09J2B4048628, ağ mirvari rəngli, buraxılış ili 2011-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Kredit borclu tərəfindən xx.xx.2022-ci il tarixində bağlanmışdır. Hal-hazırda borclu Cavabdeh İddiaçı ASC-yə gecikdirilmiş 9109.31 USD (doqquz min bir yüz doqquz ABŞ dolları 31 sent) əsas borca hesablanmış 5% faiz həcmində 4499.41 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borclu öhdəliyi zamanında və lazımınca icra etmədiyi üçün tərəflərindən borcalan və girov qoyan Cavabdeh qarşı Nizami Rayon Məhkəməsində iddia qaldırılmış, xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsi üzrə 9109.31 USD (doqquz min bir yüz doqquz ABŞ dolları 31 sent) əsas, 300 USD (üç yüz ABŞ dolları) cərimə borcu olmaqla, cəmi 9409.31 USD (doqquz min dörd yüz doqquz ABŞ dolları 31 sent) cavabdehdən tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilərək, həmin əmlakın açıq hərracda satışı hesabına əldə ediləcək vəsaitin kredit borcunun ödənişinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-209/2021 saylı xx.xx.2021-ci il tarixdə qətnamə çıxardaraq cavabdehdən 9109.31 USD (doqquz min bir yüz doqquz ABŞ dolları 31 sent) əsas, 100 USD (bir yüz ABŞ dolları) cərimə borcu olmaqla, cəmi 9209.31 USD (doqquz min iki yüz doqquz ABŞ dolları 31 sent) borcun tutularaq, ipoteka qoyulmuş əmlakın açıq hərracda satışı hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2044/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuşdur. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsi 36 ay müddətə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə müqavilə bitmiş, faizlər həmin tarixədək hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq Banka ödənilməsi qənaətinə gəlmişdir. xx.xx.2018-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə borcunu 4 ildən çox müddət keçdikdən sonra xx.xx.2022-ci ildə ödəməmiş, eyni zamanda borcun tutulması, ipoteka predmetinin satışı hesabına banka ödənilməsi ilə bağlı məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verməklə kredit borcunun qaytarılmasına maneələr yaratmışdır. Bununla da cavabdeh Bankı haqqıçatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. İş materiallarından və iddiaya əlavə edilmiş, xx.xx.2018-ci il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin banka 9109.31 USD (doqquz min bir yüz doqquz ABŞ dolları 31 sent) əsas, 100 USD (bir yüz ABŞ dolları) cərimə borcu olmaqla, cəmi 9209.31 USD (doqquz min iki yüz doqquz ABŞ dolları 31 sent) borcu olmuşdur. Hazırda xx.xx.2022-ci il tarixə cavabdehin Banka əsas borcunun qalığı 9109.31 USD (doqquz min bir yüz doqquz ABŞ dolları 31 sent) olmuşdur. Hesab edir ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun qalığına görə illik 5% həcmində məbləğ cavabdehdən tutularaq Banka ödənilməlidir. Beləliklə təqdim edilmiş sənədlərdən və xx.xx.2018-ci il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla ödəniş cədvəlinə uyğun ödəniş etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 30 ay müddətinə, illik 20 % olmaqla 24000 ABŞ dolları məbləğində kredit vermişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-209/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 9109,31 ABŞ dolları məbləğində əsas borc, 100 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 9209,31 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 12,76 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 17,24 manatının iddiaçıya aid edilməsi, tutmanın **-NX-*** dövlət nömrə nişanlı, Ağ mirvari rəngli, 2011-ci il buraxılışlı, Ban № JTMDU09J2B4048628 olan “TOYOTA LAND-CRUİSER" markalı avtomobilə yönəldilməsi, ipoteka predmeti olan **- NX-*** dövlət nömrə nişanlı, Ağ mirvari rəngli, 2011-ci il buraxılışlı, Ban № JTMDU09J2B4048628 olan “TOYOTA LAND-CRUİSER" markalı avtomobilin ilkin satış qiyməti 26000 ABŞ dolları müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitinin “TuranBank" ASC-yə ödənilməsi, “Turan Bank" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq Cavabdeh qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (yüz əlli) manat məbləğində pulun 86,88 manatı “TuranBank" ASC-dən və 63,12 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2044/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsinin əsas borcun tutulması hissəsində dəyişdirilməsi, tutulmalı olan əsas borcun məbləğinin 6666,13 (altı min altı yüz altmış altı dollar on üç sent) ABŞ dolları müəyyən edilməsi qət edilmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsi üzrə 6666.13 USD əsas borca xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 5% həcmində 196.28 ABŞ dolları məbləğində faiz borcu vardır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2044/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli rəyindən görünür ki, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla 02 noyabr 2022-ci il tarixinə faiz borcu 1038.55 ABŞ dolları müəyyən edilir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 96.48 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 30 ay müddətinə, illik 20 % olmaqla 24000 ABŞ dolları məbləğində kredit vermişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-209/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh 9109,31 ABŞ dolları məbləğində əsas borc, 100 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 9209,31 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2044/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsinin əsas borcun tutulması hissəsində dəyişdirilməsi, tutulmalı olan əsas borcun məbləğinin 6666,13 ABŞ dolları müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 5% həcmində 196.28 ABŞ dolları məbləğində faiz borcunu və ödənilmiş 96,48 manat dövlət rüsumunu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, Bank Cavabdeh xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsinə əsasən yalnız əsas borcu və cəriməni tələb etmişdir. İddiaçı cavabdehdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5% məbləğində faiz borcunu tələb etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək banka olan borcunu ödəməmişdir. Ona görə də icranın gecikdirilməsinə görə hesablanmış 5% həcmində 196.28 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsində cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 196.28 ABŞ dolları kimi göstərilmişdir. Məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 may 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehin 02 noyabr 2022-ci il tarixinə faiz borcu 1038.55 ABŞ dolları təşkil edir. Cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı faiz borcunun məbləği 196.28 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 196.28 ABŞ dolları faiz tələbi əsaslıdır və iddia təmin edilməlidir. Bununla yanaşı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 96.48 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5% məbləğində 196.28 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 96.48 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5% məbləğində 196.28 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 96.48 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-502/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-502/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver