Məhkəmə qərarları › İş №e-2(007)-51/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-51/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-51/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X9 cəlb olunmaqla Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbi ) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X9 cəlb olunmaqla Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110541,21 manat əsas, 176,55 manat faiz, 829,08 manat cərimə və 1765,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113312,09 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 404 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 m2 ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 110541,21 manat əsas, 176,55 manat faiz, 829,08 manat cərimə və 1765,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113312,09 manat məbləğində kredit borcunun və ödənilmiş 404 manat məbləğində dövlət rusumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə baxışı zamanı "xxxx" Mənzil Tikinti Kooperativi və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 039 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, illik 15% faiz ödənilmək şərtilə 131100 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 120/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və Cavabdeh ilə xx.xx.2008-ci il tarixli, 038/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 110541.21 manat əsas, 176.55 manat faiz, 829.08 manat cərimə və 1765.25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113312.09 manat məbləğində borcu mövcuddur.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi, əlavə olaraq krediti götürəndən sonra ödəniş edə bilmədiyini bildirib krediti və "xxxx" MTKdan aldığı mənzili geri qaytarmışdı. Bildirir ki, "xxxx" MTK İddiaçı ASC-nin idarə heyyətinin sədri Nadir İsmayılovun bacısının idi. Kredit götürüb mənzil almağı ona Nadir İsmayılov təklif etmişdi. O, özü də İddiaçı ASC-nin filial müdiri olub. Düşünüb ki, pulu və mənzili qaytaranda özləri rəsmiləşdiriblər. Uzun müddət keçəndən sonra onu məhkəməyə verib pulu tələb edirlər. Mənzil onda yoxdu elə həmin vaxtdan.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini bildirdi. Həmçinin qeyd etdi ki, İddiaçı ASC-nin idarə heyyətinin sədri Nadir İsmayılov həbs olunub. İddiaçı ASC isə ləğv prosesindədir. Cavabdeh krediti qaytarıb, lakin bank ləğv olunduğundan ona heç bir arayış verilməyib və sistemdən borcu silinməyib.

8. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativinə və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X7 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativinin və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 039 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 180 ay müddətinə, illik 15% faiz ödənilmək şərtilə 131100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

11. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 30-dan gec olmayaraq 180 ay müddətinə hər ay 1834,86 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

12. “Lalə MTK” ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2008-ci il tarixli, 120/R nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzil Cavabdeh tərəfindən alınmışdır. Mənzilin dəyəri 131100 manatdır.

13. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 038/1 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2008-ci il tarixli, 039 saylı kredit müqaviləsinin təminatı olmaqla Cavabdeh məxsus Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzil ipoteka ilə yüklü edilmiş və 131100 manat dəyərində qiymətləndirilmişdir.

14. 29 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29 avqust 2023-cü il tarixinə 110541,21 manat əsas, 176,55 manat faiz, 829,08 manat cərimə, 1765,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113.312,09 manat borcu vardır.

15. 13 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, 16 mart 2023-cü il tarixə 110541,21 manat məbləğində əsas, 176,55 manat məbləğində faiz, 0 manat məbləğində cərimə, 0 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 110717,76 manat məbləğində kredit borcu vardır. Borc öhdəlikləri icra edilmədiyi halda kredit müqaviləsi üzrə bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

16. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilən arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzil 30 aprel 2008-ci il tarixli, 120/R nömrəli müqaviləyə əsasən Cavabdeh satılmışdır. 16 may 2014-cü il tarixli, 79/R saylı müqaviləyə əsasən X2. Daha sonra bu müqavilə ləğv olunmuş və mənzil 24 mart 2016-cı il tarixli, 79/R saylı müqaviləyə əsasən https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X3. Hal-hazırda həmin mənzildə https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X9 yaşayır və mənzil onun mülkiyyətindədir.

17. “Lalə MTK” ilə https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X9 arasında bağlanmış 24 mart 2016-cı il tarixli, 79/R nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının B blokunda 15-ci mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzil https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X9 tərəfindən alınmışdır. Mənzilin dəyəri 48717 manatdır.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2025-ci il tarixli, 9/8541 nömrəli ekspert rəyi Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə əsas borc 110467,29 manat, faiz borcu 214504,76 manat, xx.xx.2023-cü il tarixə əsas borc 110467,29 manat, faiz borcu 214504,76 manat, faiz borcu 5% ilə 1994,55 manat.

İşin faktiki halları:

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 039 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədilə 180 ay müddətinə, illik 15% faiz ödəmək şərtilə 131100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında xx.xx.2008-ci il tarixli, 038/1 saylı nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzil 131100 manat dəyərində qiymətləndirilmişdir. Lakin qeyd olunan mənzil "xxxx" MTK tərəfindən başqa şəxslərə satılmış və hazırda məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X1 və istifadəsindədir. Cavabdeh həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək öhdəliyi götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. 29 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29 avqust 2023-cü il tarixinə 110541,21 manat əsas, 176,55 manat faiz, 829,08 manat cərimə və 1765,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113312,09 manat təşkil etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:

34.1.1-ci və 34.1.3-cü maddələrinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarı:

Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

25. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Bu səbəbdən Cavabdeh xx.xx.2008-ci il tarixli, 039 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır.

26. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, 13 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh LPO İddiaçı ASC-yə 16 mart 2023-cü il tarixə 110541,21 manat məbləğində əsas, 176,55 manat məbləğində faiz, 0 manat məbləğində cərimə, 0 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 110717,76 manat borcu vardır. 06 mart 2025-ci il tarixli, 9/8541 nömrəli ekspert rəyinə əsasən isə Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə əsas borc 110467,29 manat, faiz borcu 214504,76 manat, xx.xx.2023-cü il tarixə əsas borc 110467,29 manat, faiz borcu 214504,76 manat, faiz borcu 5% ilə 1994,55 manat.

28. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alınaraq hesab edir ki, əsas məbləğ ekspert rəyində müəyyən olunan 110467,29 manat, faiz məbləği isə bildirişdə tələb olunan 176,55 manat tutulmalıdır.

29. Məhkəmə, tələbin dəbbə pulunun tutulmasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

30. Belə olan halda kreditorun borcluya ünvanladığı 13 aprel 2023-cü il tarixli bildirişlə o, müqaviləyə xitam vermiş olur. Bildirişdən göründüyü kimi müqaviləyə xitam verilən zaman kreditor borcludan dəbbə pulu tələb etməmişdir.

31. Məhkəmə, tələbin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 1765,25 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

32. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06 mart 2025-ci il tarixli rəyindən görünür ki, illik 5% dərəcəsi ilə faiz borcu 1994,55 manat müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində 1765,25 manat tələb edir. Belə olan halda tələbin Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən hesablanmış 1765,25 manat faiz borcunun tutulması hissəsi təmin olunmalıdır.

33. Məhkəmə, tələbin “tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

34. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzil hal-hazırda https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X1 və istifadəsindədir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilən arayışdan görünür ki, “Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı 83 saylı mənzil 30 aprel 2008-ci il tarixli, 120/R nömrəli müqaviləyə əsasən Cavabdeh satılmışdır. 16 may 2014-cü il tarixli, 79/R saylı müqaviləyə əsasən X2. Daha sonra bu müqavilə ləğv olunmuş və mənzil 24 mart 2016-cı il tarixli, 79/R saylı müqaviləyə əsasən https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X3. Hal-hazırda həmin mənzildə https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2534535X9 yaşayır və mənzil onun mülkiyyətindədir.” Həmçinin Cavabdeh izahatında bildirdi ki, krediti götürəndən sonra ödəniş edə bilmədiyi üçün "xxxx" MTK-dan aldığı mənzili geri qaytarmışdı.

35. Göründüyü kimi ipotekaya qoyulmuş mənzil hazırda başqa şəxsin sahibliyində və istifadəsində olduğu üçün tutma həmin mənzilə yönəldilə bilməz. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

Məhkəmə baxışının hədləri:

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

37. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 404 manat dövlət rüsumunun 400 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməlidir.

38. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 99,20 manatı Cavabdeh, 0,80 manatı iddiaçı LPO İddiaçı ASC-dən tutularaq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

39. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 110467,29 manat əsas, 176,55 manat faiz və 1765.25 manat Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği və ödənilmiş dövlət rüsumunun 400 manatı tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir.

40. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə,

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 110467,29 manat əsas, 176,55 manat faiz və 1765.25 manat Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği və ödənilmiş dövlət rüsumunun 400 manatı tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 99,20 manatı Cavabdeh, 0,80 manatı iddiaçı LPO İddiaçı ASC-dən tutularaq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar