Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-515/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı LPO "xxxx" KB QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən LPO "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111900692 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6858.51 (altı min səkkiz yüz əlli səkkiz manat əlli bir qəpik) manat məbləğində əsas borc, 221.01 (iki yüz iyirmi bir manat bir qəpik) manat məbləğində faiz borcu, 0.69 (altmış doqquz) qəpik məbləğində cərimə olmaqla, cəmi 7080.21 (yeddi min səksən manat, iyirmi bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90.81 (doxsan manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh1 (bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM111900692 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/94878/15 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 6858.51 (altı min səkkiz yüz əlli səkkiz manat 51 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra – Zamin) xx.xx.2019-cu il tarixli, LM111900692 saylı zaminlik müqaviləsi əsasında restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx.xx.2019-cu il tarixli, LM111900692 saylı restrukturizasiya müqaviləsi üzrə 6858.51 (altı min səkkiz yüz əlli səkkiz manat 51 qəpik) manat məbləğində əsas borc, 221.01 (iki yüz iyirmi bir manat, 01 qəpik) manat məbləğində faiz borcu, 0.69 (69 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7080.21 (yeddi min səksən manat, 21 qəpik) manat məbləğində borcu qalmışdır. Bu iş üzrə isə cavabdeh tərəfindən öhdəliklərin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə borcluya və zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.
İş materialları :
3. İddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Restrukturizasiya müqaviləsinə əsasən müəyyən olunur ki, həmin müqavilə ilə Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/94878/15 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 6858.51 (altı min səkkiz yüz əlli səkkiz manat 51 (əlli bir) manat qalıq borc məbləği illik 1% dərəcəsi ilə 60 ay müddətinə restrukturizasiya olunmuşdur.
4. İddiaçı LPO "xxxx" KB QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh2 LPO "xxxx" KB QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111900692 nömrəli Restrukturizasiya müqaviləsində nəzərdə tutulan 60 ay müddətinə verilmiş 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat 51 (əlli bir) manat borc məbləğinin və ona hesablanılmış faizlərin və restrukturizasiya müqaviləsinən irəli gələn digər ödənişlərin qaytarılmasını öhdəsinə götürmüşdür.
5. LM111900692 saylı xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh1 restrukturizasiya müqaviləsinə uyğun olaraq 60 ay müdətinə, illik 1% dərəcəsi ilə, ayda 117.24 manat ödəmək şərti ilə, xx.xx.2019-cu tarixindən başlayaraq xx.xx.2024-cü il tarixədək 6858.51 manat məbləğində əsas borc ödənişi etməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlandırdığı bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən restrukturizasiya müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə olan ümumi borc qalığı 7082.89 manat təşkil edərək bundan 6858.51 manat əsas, 223.67 manat faiz və 0.71 (sıfır manat yetmiş bir qəpik) manat cərimə borcu olmuşdur. Cavabdehlər müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.
7. İddiaçı LPO "xxxx" KB QSC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü tarixli, **********558 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111900692 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 6858.51 manat əsas borc, 221.01 manat faiz borcu 0.69 manat cərimə olmaqla, cəmi 7080.21 manat borcu vardır.
8. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı LPO "xxxx" KB QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 90.81 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
9. İddiaçı LPO "xxxx" KB QSC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və cavabdehlər gəlməmələrin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, mübahisəyə müvafiq prosessual maraq göstərməmiş və iddiaya heç bir etiraz etməmişlər.
10. İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə1 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir.
11. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasənmülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində LM111900692 saylı Restrukturizasiya müqaviləsi, LPO "xxxx" KB QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli LM111900692 saylı Zaminlik müqaviləsinin bağlanması, Cavabdeh1 Restrukturizasiya müqaviləsindən və Cavabdeh2 Zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
18. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
20. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
21. Belə ki, iş materiallarına əlavə edilmiş LPO "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Restrukturizasiya müqaviləsi və LM111900692 saylı xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/94878/15 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 6858.51 manat məbləğində qalıq borcu restrukturizasiya edilmiş və Cavabdeh1 ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 1 % dərəcəsi ilə, hər ayın 15-dən gec olmayaraq ayda 117.24 manat ödəmək şərtilə 6858.51 manat məbləğində əsas borc ödənişi etməyi öhdəsinə götürmüşdür.
22. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Restrukturizasiya müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
23. Həmçinin Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayarq məhkəmə iclasına gəlməmiş və iddia ərizəsi üzrə tələb edilən məbləği mübahisələndirməmiş, iddia tələbinə etiraz etməmişdir.
24. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
25. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Restrukturizasiya müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 6858.51 (altı min səkkiz yüz əlli səkkiz manat 51 qəpik) manat və faiz borcu qismində 221.01 (iki yüz iyirmi bir manat, 01 qəpik) manat pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.
26. Müqavilələrin 1.1.10-cu bəndində nəzərdə tutulmuşdur ki, güzəştli kredit müqaviləsi ilə müəyyənləşdirilən, dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır.
27. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 0.69 (69 qəpik) manat təşkil edən cərimə məbləğini məqsədəmüvafiq hesab edir.
Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :
28. Məhkəmə qeyd edir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin iddia tələbi zamin Cavabdeh2 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
29. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki “Ləğv prosesində olan bank”la “Borclu” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM111900692 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat 51 (əlli bir qəpik) manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.
32. Həmçinin həmin müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, “Borclu” restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi təmamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “Ləğv prosesində olan bank” qarşısında restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsio üçün birgə məsuliyyət daşıyırlar.
33. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Restrukturizasiya müqaviləsi üzrə 6858.51 (altı min səkkiz yüz əlli səkkiz manat 51 qəpik) manat əsas borc, 221.01 (iki yüz iyirmi bir manat, 01 qəpik) manat faiz borcu və 0.69 (69 qəpik) manat cərimə olmaqla, cəmi 7080.21 (yeddi min səksən manat, 21 qəpik) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" KB QSC-yə ödənilməlidir.
Məhkəmə xərcləri :
34. İddiaçı LPO "xxxx" KB QSC məhkəməyə müraciət etmək üçün ödənilmiş 90.81 (doxsan manat, 81 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
35. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 90.81 (doxsan manat, 81 qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2019-cu il tarixli, LM111900692 saylı restrukturizasiya müqaviləsi və xx.xx.2019-cu il tarixli, LM111900692 saylı Zaminlik müqaviləsi üzrə 6858.51 manat əsas borc, 221.01 manat faiz borcu və 0.69 manat cərimə olmaqla, cəmi 7080.21 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90.81 (doxsan manat, 81 qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" KB QSC-nin hesabına ödənilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6858.51 (altı min səkkiz yüz əlli səkkiz manat 51 qəpik) manat məbləğində əsas borc, 221.01 (iki yüz iyirmi bir manat, 01 qəpik) manat məbləğində faiz borcu, 0.69 (altmış doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7080.21 (yeddi min səksən manat, 21 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90.81 (doxsan manat, 81 qəpik) manat məbləğində pul vəsaiti ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva