Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-52/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayədəsi X9) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi ******* ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2000 manat məbləğində pulun və 2589 (1726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin iyun ayında cavabdehlərdən biri olan Cavabdeh2 ilə birlikdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təsis etmişdir. Cəmiyyətin fəaliyyət göstərəcəyi obyekt həmin vaxt Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və üzərində yerləşən 1502,1 kv.m olan istehsalat obyekti (zavod) olması tərəflərindən razılaşdırılmışdır. Lakin həmin istehsalat obyekti istifadəyə tam yararsız olduğundan obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi hər iki təsisçi tərəfdən razılaşdırılaraq qərara alınmışdır. Bu məqsədlə cavabdehlərlə olan anlaşmalarına əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün onun tərəfindən cavabdehlərə ******* ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh2 zavodun yenidən tikintisi üçün pulları onun yaxın qohumu olan Cavabdeh1 verilməsini bildirmişdir. Pulların ondan cavabdehlərin şəxsən özü tərəfindən götürülməsini şəxsi imzaları da təsdiq edir. Yəni bu barədə cavabdehlərin imzaları ilə təsdiq olunmuş siyahı əlyazma da vardır. Qeyd olunan pullar onlara hissə-hissə olmaqla 21 iyun 2016-cı il tarixdən 06 iyun 2017-ci il tarixədək təhvil verilmişdir. Lakin qeyd olunan pulların xərclənməsi ilə bağlı bu günədək dəfələrlə cavabdehlərdən müvafiq hesabat tələb etməyinə baxmayaraq onlar həmin hesabatı ona təqdim etməmişdir. Onda cavabdehlərin pulları öz şəxsi ehtiyaclarına ödənilməsinə dair əsaslı dəlillər var. Çünki istehsalat obyektinə xərclənən pullar oraya çəkilən real xərcdən qat-qat çoxdur. Bu barədə cavabdehlərə müraciətlər olunmuş, lakin onlar öz etirazları ilə pulu ödəmək və bu barədə hesabat verməkdən imtina etmişlər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki qanunvericiliynə əsasən cavabdehlərlə aralarında tapşırıq müqavilə münasibətləri olmuş və o, cavabdehlərə ******* ABŞ dolları məbləğində pulu vermişdir. Cavabdeh isə aralarında olan razılaşmanın və qanunvericiliyin tələblərini pozaraq nə görülmüş işlər barədə ona hesabat vermir, nə də artıq aldığı pulları ona qaytarmır. Ona görə də, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Eləcə də hesab edir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun məbləği və vəkilə ödənilmiş pul da tutulmalıdır. Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayədəsi X9) nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı 20 iyul 2017-ci il tarixinədək "xxxx" MMC-nin təsisçisi olmuşdur. İddiaçı öz payını 20 iyul 2017-ci il tarixində X1. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir. İddiaçı dedikləri doğru olsa idi, o, öz payını 20 iyul 2017-ci il tarixində X3 onlara qarşı məhkəmədə iddia qaldırardı. Əslində İddiaçı formal olaraq "xxxx" MMC-də təsisçi olmuşdur. İddia ərizəsində qeyd edilən pulun da ona heç bir aidiyyəti yoxdur. Həmin pulun ******* manatı Cavabdeh1 tərəfindən (bu faktı "xxxx" MMC-nin direktoru Abdulla Hüseynovun səs yazısı və İddiaçı məhkəməyə təqdim etmiş olduğu sənəddə Ramiz verən pul qeydinin olması da təsdiq edir), 850000 manatı isə Əsədov İlqar tərəfindən "xxxx" MMC-nin kassasına mədaxil edilmişdir. İddiaçı Əsədov İlqarın yaxını olduğundan sənədləşmə formal olaraq onun adına aparılmışdır. 20 iyul 2017-ci il tarixində isə İddiaçı "xxxx" MMC-dəki payını Əsədov İlqarın göstərişi əsasında X1. Əsədov İlqarın təşkilatçılığı ilə bir qrup şəxs onların küllü miqdarda əmlaklarını mənimsəmişdir. Əsədov İlqarın və digərlərinin qanunsuz əməlləri hal-hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Bundan əlavə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 onlara göndərmiş olduğu 15 sentyabr 2022-ci il tarixli iddia ərizəsində "xxxx" MMC-nin əmlaklarının ümumi dəyərinin 7324942,5 manat olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ******* ABŞ dolları məbləğində pul istehsalat obyektinin qurulmasına xərclənməsə idi, onda "xxxx" MMC-nin əmlaklarının ümumi dəyəri 7324942,5 manat təşkil etməzdi. Həmçinin, dividendin ödənilməsi üçün "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 133 nömrəli məktubda iddia ərizəsində qeyd edilənlərin həqiqəti əks etdirmədiyini bir daha təsdiq edir. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmədiyindən, həmçinin iddia müddəti keçdiyindən də iddia tələbindən imtina olunmalıdır. Hazırkı vəziyyətdə də iddiaçı qanun ilə müəyyən olunmuş iddia müddətini əldən vermişdir və bu səbəbdən də Mülki Məcəllənin 375-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ******* ABŞ dolları məbləğində pul tələbinə dair iddiasından iddia müddətinin keçməsi səbəbindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2016-cı ilin iyun ayından başlayaraq 06 iyun 2018-ci il tarixinədək İddiaçı pulları hissə-hissə cavabdehlərə vermişdir. 2016-cı ilin iyun ayının əvvəllərində tərəflər razılığa gələrək Cavabdeh2 məxsus olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən armatur istehsalı zavodunun nəzdində sözügedən MMC-ni yaratmışlar. Həmin zavodun yenidən qurulmasının və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər. Bu məqsədlə tərəflər arasında, yəni İddiaçı ilə Cavabdeh2 arasında razılıq əldə olunaraq 2016-cı ilin iyun ayında "xxxx" MMC-ni yaradırlar və tərəflərin razılaşmasına əsasən iddiaçı cavabdehə iddia tələbində göstərilən ******* ABŞ dolları məbləğində pul vəsaitini verməyə başlayır. Daha sonra 21 iyunda 9900 dollar, 26 iyunda 160 dollar, 30 iyunda 98 dollar, 01 iyulda 18750 dollar, 02 iyulda 47000 dollar və.s pul vəsaitləri verməklə, 2018-ci ilin iyun ayına qədər davam etmişdir. Cavabdeh qeyd olunan vəsaitlərin hara xərclənməsi ilə bağlı hesabat verməli idi. Eyni zamanda, tərəflər arasında müvafiq işlərin görülməsinin başa çatmasından sonra hesabatın verilməsi ilə bağlı razılıq olmuşdur. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh verilən pul vəsaitlərinin hara xərclənməsi ilə bağlı hesabatı verməmişdir. Bununla bağlı cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıqlar olunmuşdur. Tərəflərindən cavabdehə 01 fevralda müraciət olunmuş, cavabdeh isə 02 fevralda müraciət adı ilə cavab məktubu göndərmişdir. Müəssisənin mühasibatlıq hesabatında hesablaşmalar görünmür, lakin iki təsisçi öz aralarında olan kitab vasitəsilə müəyyən hesablaşmalar aparmışlar. Qeyd edir ki, 2016-cı ildə "xxxx" MMC yaradılan zaman tərəflər razılığa gəlmişlər ki, iddiaçı yararsız zavodu yararlı vəziyyətə gətirmək üçün müəyyən məbləğdə vəsait ayıracaq və cavabdeh də həmin zavodu MMC-nin balansına keçirəcəkdir. Bu anlaşmaya görə iddiaçı pul vəsaitlərini hissə-hissə cavabdehə vermişdir. Lakin zavodu MMC-nin balansına keçirmək istəyərkən, notariat orqanı həmin zavodun qeyri-yaşayış sahəsi olması və ərazisinin böyük olmasını əsas gətirərək 45-50 min manat arasında vergisinin oldugunu bildirmişdir. Vəsait çox böyük olduğuna görə hər iki tərəfin həmin vəsaiti ödəməyə imkanları olmamışdır. Ramiz müəllim həmin əmlakın qiymətləndirilməsini keçirdərək, Sumqayıt Vergi İdarəsində sözügedən zavod MMC-nin balansına qoyulmuşdur. İmzalar Cavabdeh1 məxsusdur. Əmlak Qabil tərəfindən girov qoyulmamışdır. Başqa şirkət tərəfindən girov qoyulmuşdur. Qiymətləndirmə olaraq ******* manat dəyərində girov qoyulmuş, lakin yararlı olmamışdır. O zaman yararlı ola bilər ki, sözügedən zavod fəaliyyət göstərmiş olsun. Zavodun özünün anbarı, torpağı, həyətində ofis binası vardır. Qiymətləndirmə zamanı bunların hamısını nəzərə almaq lazımdır. Sözügedən qiymətləndirməni Ramiz müəllimin özünün təyin etdiyi direktor qiymətləndirmiş və həqiqətə uyğun olmayan məlumatlar əks olunmuşdur. Cavabdeh1 bu işə 192000 manat pul qoymuşdur. Mühasib də həmin pulun qoyulduğunu təsdiq edir. Audit araşdırmasını görməmişdir. Qabil müəllim özünün pay hissəsini 2017-ci ildə satmışdır. Satdığı qiymət onu qane etmişdir. Krediti başqa müəssisə götürmüşdür. Ələkbərov Əbülfət adlı işçi olduğunu bilir, lakin Şaiq Babaxanovu tanımır. Onlar tərəfindən audit araşdırılmasının aparılmasını görməmişdir. Qeyd olunan dövrlərdə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlər mövcuddur. Cavabdehlərə tərəflərindən rəsmi müraciət olunmamış, lakin qarşı tərəflə dəfələrlə söhbətlər aparılmışdır. Eyni zamanda, 2018-ci ilin sentyabr-oktyabr aylarında o, Ramiz müəllim, Qabil müəllim və digər şəxslər görüşərək söhbət etmişlər. Kənar xərclərin hara xərclənməsini təsisçi özü bilir, lakin gətirilmiş avadanlıqların və qurğuların yararsız olması, tez bir zamanda sıradan çıxması onlara onu deməyə əsas verir ki, verilən pullar başqa yerlərə xərclənmiş və onlardan şişirdilmiş rəqəmlərlə pullar alınmışdır. Əldə etdiyi məlumata görə zavoda cəmi 100000-200000 manat xərclər çəkilmişdir. Həmçinin bildirir ki, 2018-ci ilin iyun ayından sonra zavodda əsaslı işlər aparılmışdır. Zavod hazırda Cavabdeh2 mülkiyyətindədir. "xxxx" MMC hazırda zavoddan hər iki təsisçinin verdiyi razılıq əsasında istifadə edir. Hər iki tərəf arasında icarə müqaviləsi bağlanmışdır. ******* manatlıq dəyər 2018-ci il iyun ayından sonra qoyduqları vəsaitlə yaranmışdır. Həmin vaxt əmlak onların nizamnamə kapitalında olmuşdur. Verilən pulları Ramiz özü təsdiq etmişdir. Hazırda "xxxx" MMC-nin direktoru Abdulla Hüseynovdur. 2020-ci ilin mart ayından sonra Abdullanı tanımışdır. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayədəsi X9) nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, həmin sözügedən zavod 2009-cu ildən Cavabdeh1 məxsusdur. Həmin zavodda Ramiz müəllim özü tək şəkildə armatur istehsalı aparmışdır. Zavodun əsas üstünlüyü ondan ibarətdir ki, ərinti üçün böyük enerji sərfiyyatı lazım olur və həmin şərait də zavodda vardır. Orada transformatorun qurulması üçün təxminən ******* manata yaxın pul vəsaiti lazımdır. Zavodda ərintini həyata keçirmək üçün də transformatorun qurulmasına ehtiyac vardır. Daha sonra 2012-ci ildə müəyyən səbəblərə görə digər kənar sexlərə armatur istehsalı ilə məşğul olmaq qadağan olunur. Bildirir ki, Cavabdeh2 Cavabdeh1 doğma qardaşı oğludur. Həmçinin, Ramiz müəllim həmin zavodu öz adında saxlamaq istəmədiyindən zavodu Cavabdeh2 adına keçirmişdir. 2016-cı ildə yenidən digər sexlərə armatur istehsalı ilə məşğul olmaq şəraiti yaradılmışdır. Eyni zamanda, Ramiz müəllim İlqar ilə şərikli investisiya qoymaq məsələsində İlqar satış işini yaxşı bacardığı üçün razılığa gəlmişlər. Razılıq əsasında zavodun qurulması üçün 850000 manatı İlqar Əsədov, ******* manatı isə Cavabdeh1 qoymuşdur. Bu zaman nizamnamə kapitalı 100 manat olan müəssisə yaradılmışdır. Tərəflər razılığa gələrək zavodun qurulmasını Ramizə həvalə etmişlər, satış işlərini isə İlqar həyata keçirməli olmuşdur. Şəriklər tərəfindən qoyulan pullar "xxxx" MMCnin kassasına qoyulmuşdur. Kassaya nəzarət etibarlı adam kimi İddiaçı verilmişdir. Hissəhissə verilən pullarda Azər müəllimin də imzası vardır. Çünki, Azər müəllim sözügedən zavod yarandığı gündən həmin zavodun hüquqşünası olmuş və müəyyən xərclər də onun tərəfindən həyata keçirilmişdir. Həmçinin, Ramiz müəllimin nəzarəti altında pullar xərclənmişdir. Tərəf özü də bugünki gün zavodun qiymətinin ******* manat olduğunu təsdiq edir. Nəzərə çatdırır ki, zavodda yenidən qurulma işlərinə başlamamışdan qabaq İlqar Ramizi aldadaraq, Ramizin adına olan mövcud zavodu Avropa Yenidənqurma və İnkişaf Bankına girov qoymuş və ******* manatdan çox kredit götürərək Mehdiabadda özünə zavod tikmişdir. Cavabdeh1 dəfələrlə onun pulunu mənimsədiyini bildirmiş və bununla bağlı 2021-ci ilin əvvəlində Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polis İdarəsi bu işin mülki məsələ olduğunu və onlara aid məsələ olmadığını bildirərək rədd cavabı vermişdir. Yenidən Ramiz müəllimin şikayətləri əsasında Baş Prokurorluq işi nəzarətə götürmüş, rədd qərarı ləğv olunmuş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Müəyyən araşdırmalardan sonra iş yenidən Baş Prokurorluğun nəzarəti altında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilmişdir. Orada 6 ay yoxlamalar həyata keçirilərək 24000000 manat mənimsəmənin olduğu öz təsdiqini tapmışdır. İddia müddətinin tətbiqi ilə bağlı bildirmək istəyir ki, podrat ilə bağlı iddia müddəti 3 ildir və bu əsasdan hesab edir ki, iddia rədd olunmalıdır. Eyni zamanda, iş üzrə sözügedən kitab Qabilə aid kitab deyil, həmin kitab "xxxx" MMC-nin qara mühasibatlığını özündə əks etdiri. Həmin kitabda ******* manatın Ramizə aid olması öz təsdiqini tapmışdır. Audit 23 aprel 2021-ci ildə keçirilmişdir. Tərəflər arasında razılaşmaya əsasən tikintini Ramiz həyata keçirməli idi. Zavod 2012-ci ilə kimi işləmişdir. Zavod əvvəlcədən yararlı olmuş, lakin yenidən qurulmasına ehtiyac olmuşdur. Əgər yararlı olmasa idi, Avropa Yenidənqurma və İnkişaf Bankı həmin əmlakı ******* manat dəyərində qiymətləndirməzdi. Zavod yararlı olsa da, investisiya qoyulmasına zərurət var idi. Həmin dövrdə sözügedən investisiyanı qoymağa tək olaraq nə Ramizin, nə də ki İlqarın gücü çatmamışdır. Ona görə şərikli investisiya qoymuşlar. Hesab edir ki, məhkəməyə təqdim edilmiş səs yazısı Abdullaya məxsusdur. Lakin səs yazısında dedikləri əsassızdır. Çünki, Abdulla tərəflərin arasında mübahisə yaranan vaxtlarda zavodda olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 tanıyır, cavabdeh onun müdiri olmuşdur. Zavod qurulması üçün onu Türkiyədən çağırmışlar, o gələrək müəyyən fikirlərini bildirmişdir. O, gəldiyi zaman zavodda işlək vəziyyətdə ləvazimatlar olmuşdur. Lakin zavodun yenidən fəaliyyət göstərməsi üçün yeni ləvazimatlar lazım olmuşdur. Bu zaman ondan lazım olan ləvazimatların siyahısını istəmişlər və o, həmin ləvazimatların siyahısını təqdim etmişdir. Bundan sonra Ramiz müəllim lazım olan ləvazimatları alaraq gətirmiş və onda həmin ləvazimatlar vasitəsilə zavodu yenidən işlətməyə başlamışdır. Lakin bir müddətdən sonra Türkiyəyə getməli olmuşdur və təxminən 1 il keçdikdən sonra Müşfiqabadda olan zavoda gəlmişdir. Qayıdıb gəldikdən sonra zavodda olan ləvazimatların heç birini görməmişdir. Bugünki gün zavodun yenidən qurulması üçün ******* dollardan çox vəsait lazımdır. Zavodda armatur istehsal edirdilər. Ramiz müəllim ilə 2016-cı ilin oktyabr-noyabr aylarında tanış olmuşlar. Zavodda rəsmi işçi olmuşdur. Mühəndisdir. Zavodu yenidən quraraq dövriyyəyə gətirməklə məşğul olur. Kompleks olaraq qazılması, montajı, betonları ilə birlikdə armatur zavodunu o qurmuşdur. Siyahı üzrə olan pulların hara xərcləndiyini bilmir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehləri tanıyır. Qabil müəllimi 20 ildən çoxdur ki, həmçinin İlqar müəllimi 10 ildən də çoxdur ki, tanıyır. 2016-cı ildə zavod yarandıqdan sonra zavodda armatur əridərək satırdılar. Zavod yarandığı vaxtdan orada işləmişdir. Zavodun tikilməsinə ******* manatdan çox pul xərclənmişdir. Həmin pulun ******* manatını o, gətirmişdir. Zavodda olan bütün kranlarla özü işləmişdir. Zavod 2016-cı ildən də qabaq armatur istehsal edirdi. Cəbrayıl sexin rəisi idi. Reduktorları Cəbrayıl düzəldirdi. Zavoda İlqar müəllim gəlirdi, amma Qabil müəllim gəlmirdi. ******* manatı Ramiz müəllimdən almışdır və zavodun tikintisinə xərcləmişdir. Həmin pulu 2016-cı ilin aprel-may ayından 2018-ci ilə kimi almışdır. İlk öncə Alüminium zavodundan stoykaları, yəni dayaqları gətirmişlər. 1 tonu 700-800 manat olurdu. Həmin zavoddan 150000 manatlıq ləvazimat gətirmişdir. Dayaqları 1 ilə yaxın müddət ərzində gətirdilər. Reduktorun birinin qiyməti 32000 manat olurdu. Həmin pulları da Cəbrayıl müəllimə verirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 tanıyır. Ramiz müəllim ona pul vermiş və o da Dərnəgül yolunda Çay fabriki adlanan yerə apararaq Qabil müəllimə təhvil vermişdir. Pulları təhvil verərkən sənədə imza atmışdır. Ramiz müəllimdən pulu alanda qol çəkib almışdır. Pulu Qabil müəllimə verərkən təhvil alması barədə harasa qol çəkdiyini bilmir. Bu məsələ 2016-cı ildə olmuşdur. Ramiz müəllim ona etibar etdiyinə görə qol çəkmirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-i il tarixli xəbərdarlıq məktubundan görünür ki, 2016-cı ilin iyun ayında o və Cavabdeh1 adından rəsmi işlərdə adı qeyd olunan yaxın qohumu Cavabdeh2 ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətini təsis etmişlər. Cəmiyyətin fəaliyyət göstərəcəyi obyekt həmin vaxt Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və üzərində yerləşən istehsalat obyekti olması tərəflərindən razılaşdırılmışdır. Lakin həmin istehsalat obyekti istifadəyə tam yararsız olduğundan (bu barədə müvafiq video çəkilişlər və fotoşəkillər vardır) obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi hər iki təsisçi (eyni zamanda Cavabdeh1) tərəfindən razılaşdırılaraq qərara alınmışdır. Bu məqsədlə Cavabdeh1 olan anlaşmaya əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün onun tərəfindən ******* ABŞ dolları məbləğində pul verilmişdir. Pulların ondan Cavabdeh1 şəxsən özünün tərəfindən götürülməsini şəxsi imzaları da təsdiq edir. Hesab edir ki, bu halı özü də təsdiq edə bilər. Qeyd olunan pullar Cavabdeh1 hissə-hissə olmaqla 21 iyun 2016-cı il tarixdən 06 iyun 2017-ci il tarixədək təhvil verilmişdir. Lakin qeyd olunan pulların xərclənməsi ilə bağlı bu günədək dəfələrlə Cavabdeh1 müvafiq hesabat tələb etməyinə baxmayaraq həmin hesabat ona təqdim edilməmişdir. Tərəflərindən istehsalat obyektinin yenidən qurulması və genişləndirilməsi üçün xərclənmiş pulların hesabatını 3 gün ərzində ona təqdim edilməsi sonuncu dəfə tələb edilmiş, əks halda müvafiq olaraq hüquq mühafizə orqanlarına müraciətlər olunacağı barədə xəbardar olunmuşlar. - Cavabdeh2 nümayəndəsi Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış müraciətdən görünür ki, İddiaçı 01 fevral 2022-ci il tarixli müraciətinə cavab olaraq bildirir ki, yazdıqlarının heç bir əsası yoxdur. Belə ki, onunla birgə işə başladıqdan sonra dəfələrlə törətdiyi qanunsuz əməlləriin aşkar olunması üçün zavodda auditor yoxlaması keçirilməsini tələb etmiş, bu məqsədlə ayrı-ayrı vaxtlarda tərəfindən auditorlar göndərilmişdir. Lakin onun da daxil olduğu İlqar Əsədovun dəstəsi həmin auditorların zavoda daxil olmasına icazə verməyib onları qovmuşlar. Bu barədə videoçəkilişlər də vardır. İddiaçı tərəfindən ona verilmiş ******* ABŞ dollarına (1870863 manat) gəldikdə isə bildirir ki, həmin məbləğin 1042.000 manatı (942.000 manat şəxsən ona, 100.00 manat isə mühasib Maisə təqdim olunmuşdur) ona məxsusdur. Eyni vaxtda İddiaçı tərəfindən qoyulmuş 850000 manat pul və onun tərəfindən verilmiş ******* manat pul müvafiq sənədləşmə aparılmaqla "xxxx" MMC-yə mədaxil olunmuşdur. Bundan sonra o, həmin məbləğdə pulu ayrı-ayrı vaxtlarda ondan qəbul edərək zavodda nəzərdə tutulmuş əlavə təmir-tikinti işlərinə xərclərniş və bu barədə onu məlumatlandırmışdır. Aldığı pulların təyinatı üzrə xərclənməsi barədə hesabat tərəfindən əvvəllər mühasib işləmiş Mətləb Piriyev və hazırda mühasib işləyən Maisə təqdim olunmuş, o, bu barədə mühasibatlıqda müvafiq sənədləşmə aparılmışdır. Bundan əlavə, qarşılıqlı razılaşmalarına əsasən 23 aprel 2021-ci ildə zavodda mütəxəssislər Əbülfət Ələkbərov və Şaiq Babaxanov tərəfindən daxili audit keçirilib xərclərin tərtib edilmiş rəydə əks olunmasına baxmayaraq, həmin rəy tərəfindən heç bir əsas olmadan qəbul olunmamışdır. Zavodun yararsız halda olması barədə fikriniz də tam əsassızdır və onunla təkzib olunur ki, zavod deyildiyi kimi yararsız olsaydı, onu girov qoymaqla bankdan 3719167,78 manat məbləğində kredit alına bilməz və həmin vəsaiti özünə məxsus digər istehsalat sahələrinə qoya bilməzdi. Göstərilənlərlə yanaşı, nəzərə çatdırır ki, onun hüquq-mühafizə orqanlarına müraciət etməyinə də hər hansı əsas yoxdur. Belə ki, qanunsuz əməlləri barədə müraciətləri hazırda hüquqmühafizə orqanlarından biri olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılır və araşdırma zamanı təyin olunacaq audit yoxlaması ilə zavoda qoyulmuş vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsi dəqiq müəyyən olunacaqdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış surətindən görünür ki, Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1502,1 kv.m olan əmlak kompleksi kimi müəssisə və sahəsi 1 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 133 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin təsisçilərin 04 avqust 2021-ci tarixdə keçirilmiş Ümumi Yığıncağının iclasını protokoluna əsasən "xxxx" MMC-nin təsisçilərinə onların cəmiyyətin inkişafı və idarəçiliyinə qoyduqları xərclər çıxıldıqdan sonra nizamnamə kapitallarındakı paylarına uyğun olaraq aşağıdakı proporsiyada dividend ödənilməsi qərara alınmışdır: X6 91295,86 manat, X17 60863,91 manat, Cavabdeh2 91295,86 manat. - Azərbaycan Respublikasının Baş prokuoru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli ********* saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 313, 188.4.2 və 213.3-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixi 21/55 saylı Müstəqil Auditor hesabatı rəyindən görünür ki, onlar "xxxx" MMC-nin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətinin hesabatdan, məcmu gəlirlər hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışlar. Hesab edirlər ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini vo göstərilən tarixdə başa çalan il üçün pul vəsaitlərinin hərəkətini X4 Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspeklərdə ədalətli əks etdirir (və ya düzgün və -ədalətii təsəvvür yaradır). Rəy üçün əsaslar: “Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir. Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti: Rəhbərlik maliyyə hesabatlarının BAS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti: “Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir. - İcarə verən Cavabdeh2 ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cəfərov X11 rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1502,1 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2027-ci il tarixədək "xxxx" MMC-yə icarəyə verilmişdir. - Məhkəməyə iki ədəd disk təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində 28 iyun 2016-cı il taridə qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçiləri İddiaçı və Cavabdeh2 olmuşlar. "xxxx" MMC-nin məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsi ilə (3-cü redaksiya) müəyyən edilir ki, cəmiyyətin təsisçiləri X8 və Cavabdeh2 olmuşdur. Hazırda isə cəmiyyətin təsisçiləri X8, Cavabdeh2 və X20, hüquqi ünvanı isə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsidir. "xxxx" MMC yaradılarkən, təsisçilər arasında cəmiyyətin fəaliyyət göstərəcəyi obyektin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və üzərində yerləşən 1502,1 kv.m olan istehsalat obyekti (zavod) olması razılaşdırılmışdır. Lakin həmin istehsalat obyekti istifadəyə tam yararsız olduğundan obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi ilə bağlı təsisçilər razılaşmışlar. İddiaçı bu məqsədlə cavabdehlərlə olan anlaşmalarına əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün cavabdehlərə ******* ABŞ dolları məbləğində pul verildiyini, Cavabdeh2 zavodun yenidən tikintisi üçün pulları yaxın qohumu olan Cavabdeh1 verdiyini, pulların ondan cavabdehlər şəxsən özü tərəfindən götürülməsini şəxsi imzaları ilə təsdiq edildiyini bildirmişdir. İddiaçı qeyd olunan pullar cavabdehlərə hissə-hissə olmaqla 21 iyun 2016-cı il tarixdən 06 iyun 2017-ci il tarixədək təhvil verildiyini, lakin qeyd olunan pulların xərclənməsi ilə bağlı bu günədək dəfələrlə cavabdehlərdən müvafiq hesabat tələb etməyinə baxmayaraq, onlar həmin hesabatı təqdim etmədiyini, onda cavabdehlərin pulları öz şəxsi ehtiyaclarına ödənilməsinə dair əsaslı dəlillər olduğunu qeyd etmişdir. Onunla cavabdehlər aralarında tapşırıq müqavilə münasibətləri olduğundan, cavabdehlərin öhdəliklərini icra etmədiklərini və bununla ona maddi ziyan dəydiyini qeyd edərək, cavabdehlərdən ******* ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun məbləğinin və vəkilə ödənilmiş pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçı "xxxx" MMC-nin təsisçisi olduğu vaxt, yəni 21 iyun 2016-cı il tarixdən 06 iyun 2017-ci il tarixədək (iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclaslarında həmin tarixi xx.xx.2016-xx.xx.2018 kimi göstərmişdir) obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün cavabdehlərə ******* ABŞ dolları məbləğində pulun verdiyini, həmin pulun isə təyinatı üzrə istifadə edilmədiyini qeyd edərək, iddia tələbini əsaslandırmışdır. Cavabdeh1 isə göstərilən ******* ABŞ dolları (1870963 manat) məbləğin ******* manatın ona, 850000 manatının isə iddiaçıya məxsus olduğunu, həmin pulların da cəmiyyətə mədaxil edildiyini və həmin pulları iddiaçıdan qəbul edərək təmir-tikinti işlərinə xərclədiyini və bununla bağlı iddiaçını məlumatlandırdığını qeyd etmişdir. Baxmayaraq ki, iddiaçı tərəf obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün cavabdehlərə verdiyi pul məbləğinin həcminə dair məhkəməyə mötəbər hesab olunacaq sübutlar təqdim etməmişdir, göründüyü kimi, cavabdeh tərəf müvafiq hissədə belə təyinatda pulun iddiaçı tərəfindən verildiyini qəbul və etiraf edir. Lakin məhkəmə tədqiqi ilə müəyyən edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə tərəflər arasındakı hüquq münasibətləri və hazırda irəli sürülən tələb üzrə müəyyən edilmiş işin faktiki halları tapşırıq müqaviləsinin təsiri altına düşmür. Məhkəməyə təqdim edilmiş sübutlara gəldikdə isə (üzərində “Abdulla və Ramizin danışığı” qeydli və zavodun videogörüntüləri və fotoşəkilləri olan iki ədəd disk, şahid ifadələri) onların əsaslı olub-olmaması məhkəmənin aşağıda gəldiyi nəticəyə təsir etmir. Nəzərə alınmalıdır ki, İddiaçı ilə Cavabdeh2 cəmiyyət yaradılarkən onun təsisçiləri olmuşlar. İddiaçı sonradan, 20 iyul 2017-ci il tarixdə öz payını X2, cəmiyyətin hazırkı təsisçiləri X8, Cavabdeh2 və X12r. Bu qeyd olunanlar işin mübahisəsiz halıdır, tərəflər öz izahatları ilə bunu inkar etmirlər. MM-in: 93.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı tərəflər arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan alğı-satqı müqaviləsi bağlayaraq cəmiyyətdə ona məxsus olan pay hissəsini satmışdır. Alıcı şəxs həmin payın (əmlakın) dəyərini hazırki iddiaçıya ödəməklə satıllan payı (əmlak hissəsini) qəbul etmiş və sonrakı hərəkətləri edərək əmlakı mülkiyyət hüququ üzrə adına qeydiyyata aldırmışdır. Bununla aydın olur ki, iddiaçı satdığı payın (əmlak hissəsinin) mövcud vəziyyətini, maliyyə risklərini, satışın ona hansı mənfəət gətirəcəyini, gəlirlərini qiymətləndirərək, müəyyən olunmuş və razılaşdırılmış məbləğə öz payını satmışdır. Hansı ki, bu satış həyata keçirilərkən artıq iddiaçının iddia etdiyi kimi, obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün müvafiq vəsait ayırmış, işlər görülmüşdür, iddiaçı bunu bildiyi halda da alğı-satqı əməliyyatını həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, bu alğı-satqı məhz 20 iyul 2017-ci il tarixdə həyata keçirilmişdir, həmin dövrdən ötən müddətdə iddiaçı həmin müqaviləni hər hansı əsasla mübahisələndirməmiş, yanıldığını ifadə etməmiş, eləcə də cavabdehlərə qarşı hazırda baxılan tələb üzrə məsələləri də mübahisələndirməmişdir. Nəticədə, iddiaçı öz payını razılaşdığı, onu qane etdiyi məbləğə satdığından və cavabdehlər tərəfindən iddia tələbində göstərilən qaydada iddiaçıya maddi ziyan vurulması halı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərin nümayəndəsi və vəkili müddətin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən üç illik iddia müddətinin ötürüldüyünü bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından iddiaçı hazırkı iddia üzrə Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən iddia müddətini ötürməmişdir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia üzrə iddia müddətinin ötürülməsinə dair dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin ilkin hissəsi əsassız hesab olunaraq təmin edilmədiyindən ondan irəli gələn törəmə tələblər də (vəkilə hüquqi yardım üçün ödənilən 2000 manat məbləğində pul və 2589 (1726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumu) təmin edilməməli, iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi ******* ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2000 (iki min) manat məbləğində pulun və 2589 (1726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi ******* ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2000 (iki min) manat məbləğində pulun və 2589 (1726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-52/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-52/2023
15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver