Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-523/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, mənzil 24-dən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX0814985 saylı Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, mənzil 24 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Yuxarıda qeyd edilən mənzildə onunla yanaşı cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 qeydiyyatdadırlar. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 qəsdən onun oğlu, öz ərini öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və məhkəmə qərarı ilə ləyaqətsiz vərəsə hesab edilmişdir. Cavabdehlərin yuxarıda qeyd edilən mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun əmlakdan qanunla müəyyən edilmiş qaydada istifadə, sahiblik və sərəncam vermək hüquqlarını kobud şəkildə pozur. Çünki mənzillə bağlı hər hansı mülki-hüquqi əqd bağlamaq istədikdə cavabdehlərin razılığı tələb edilir. Cavabdehlərdən mənzildən könüllü qaydada çıxmalarını dəfələrlə tələb etməsinə baxmayaraq, onun qanuni tələbinə heç bir məhəl qoyulmur və qeyd edilən qeyri-qanuni hərəkətlər davam etdirilir. Bu səbəbdən cavabdehlərin qanunsuz hərəkətlərinə son qoymağın və bununla yaranmış mübahisəni kökündən həll etməyin yolunu yalnız ədalətli məhkəmə qərarının qəbul olunmasında görür. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 1(101)-438/2016 nömrəli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini tötərməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 aprel 2015-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli, 2(103)-6698/2018 nömrəli İcra vərəqəsindən görünür ki, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 23 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən, X3 09.07.2014-cü il tarixdə Gürcüstana çıxış etmiş, 17.07.2014-cü il tarixdə Türkiyəyə giriş etmişdir. İş materiallarında olan 120 saylı MKİS tərəfindən verilmiş 06 oktyabr 2011-ci il tarixli 516 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və X3 2003-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan İddiaçı qonşuları X6, X4 və X5 tərəfindən 08 oktyabr 2020-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, onlar Cavabdeh1 və X1 2003-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzildə yaşamadıqlarını bildirmişlər. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 01 iyul 2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 və X3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, mənzil 24 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hazırki cavabdehlər olan, iddiaçının gəlini Cavabdeh1 və nəvəsi X3 həmin mənzildə qeydiyyatdadırlar. İddiaçının gəlini onun oğlunu öldürmüş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini tötərməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018ci il tarixli İcra Vərəqəsindən görünür ki, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunmuşdur. Hazırda İddiaçı cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında vurğulanmışdır ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda o da qeyd edilmişdir ki, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzildən istifadə hüququ əldə edilməsini zəruri edən əsasın, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmiş və müəyyən olunmuşdur ki, cavabdehlərin qeyd olunan mənzildən istifadə hüquqları formal xarakter daşıyır. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehlər 2003cü il tarixdən etibarən həmin mənzildə yaşamamışlar. Bununla bağlı, iddiaçının qonşuları X6, X4 və X5 tərəfindən 08 oktyabr 2020-ci il tarixdə akt tərtib olunmuşdur, hansı ki, qonşular, Cavabdeh1 və X1 2003-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzildə yaşamadıqlarını bildirmişlər. Bundan başqa Cavabdeh1 iddiaçının oğlunu qəsdən ödlürmüş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini tötərməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli İcra Vərəqəsindən görünür ki, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunmuşdur. Bundan başqa, digər cavabdeh olan X3 da sözügedən mənzildə yaşamamaqdadır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 23 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən, X3 09.07.2014-cü il tarixdə Gürcüstana çıxış etmiş, 17.07.2014-cü il tarixdə Türkiyəyə giriş etmişdir. Göründüyü kimi, cavabdehlərin yaşayış sahəsinə ehtiyyac meyyarı aradan qalxmış və mübahisəli mənzilə olan istifadə hüquqları formal xarakter daşıyır. Bu mənada, diqqətə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsini aid edilmişdir. Baxılan işdə iddiaçı, cavabdehin digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi sübuta yetirmişdir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmişlər və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Belə olan halda, cavabdehlər Cavabdeh1 və X1 mübahisəli mənzilə istifadə hüququna həmin sahəyə ehtiyacı aradan qalxdığından onların mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin sözügedən mənzildən qeydiyyatından çıxarılmalarına dair hissəsinə münasibətdə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hər hansı şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması səlahiyyətinə müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) malikdir. Belə olan halda, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekt, ev 58, 24 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh1 və X1 Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 58, 24 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-523/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-523/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver