Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-558/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh оğlunа qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh оğlunа qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə 1654,26 manat zərərin, hüquqi yardım üçün nəzərdə tutulmuş 400 manat və iddiaçı tərəfindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə isə 2096,56 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 08/33784 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********300032 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ZENNER G4T SMART **********281 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 331,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 331,20 manat ziyan vurulmuşdur. Cavabdeh akt üzrə borcdan 16,14 manat məbləğində ödəniş etmiş və hal-hazırda cəmi 1654,26 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən edilir (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 1654,26 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı iləməişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının DövlətNeft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, evdən 2016-cı ildə köçmüşdür və o qazdan istifadə etməmiş, qanunsuz qoşulma halı olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abonentin saldosundan görünür ki, abonent kodu **********00032 sayla qeydiyyata alınmış istehlakçı Cavabdeh məxsus Bakı, Xətai, Babək prospekti 23, 32 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2022-ci il tаriхdə “ZENNER G4T SMART” tipli sаyğаc qurаşdırılmışdır. - İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 08/33784 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Cavabdeh ünvanına İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00032 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1302AZ**********21 nömrəli qaz sayğacı quraşdırılmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, 10576486 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan sayğacdan kənar istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ-4, QSSQ, Radiator qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 2x24x90=2592, 5x24x90=3240, 0.8x24x90=1728, cəmi 7560 kub metr sərfiyyat hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, 10576486 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan sayğacdan kənar istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ-4, QSSQ, Radiator qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x24x30=432, 1.5x24x30=900, 0,8x24x30=864, cəmi 2520 kub metr sərfiyyat hesablanmışdır. - İddiaçı Bakı X2 Departamentinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, abonent kodu **********00032 sayla qeydiyyata alınmış istehlakçı Cavabdeh məxsus Bakı, Xətai, ünvan 4 ünvanında kənar xətt qaynaqla ləğv edilmişdir. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, 10576486 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan sayğacdan kənar istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ-4, kombi, Radiator qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x24x30=864, 2.6x24x30=1872, 0,8x24x30=576, cəmi 3312 kub metr sərfiyyat hesablanmışdır. - İddiaçı Bakı X2 Departamentinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, abonent kodu **********00032 sayla qeydiyyata alınmış istehlakçı Cavabdeh məxsus Bakı, Xətai, ünvan 4 ünvanında sayğacdan kənar xətdən istifadə edildiyi üçün kənar xətt qaynaq vasitəsi ilə dayandırılmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, abonet təbii qazdan sayğacdan kənar istifadə edir. Qaz işlədici avadanlıqlar - PQ-4, kombi, Radiator qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 1,2x24x30=864, 2.6x24x30=1872, 0,8x24x30=576, cəmi 2212 kub metr sərfiyyat hesablanmışdır. - İddiaçı Bakı X2 Departamentinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, abonent kodu **********00032 sayla qeydiyyata alınmış istehlakçı Cavabdeh məxsus ünvanda əlavə xətt qaynaqla ləğv olunmuşdur. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün - İddiaçı İB tərəfindən xx.xx.2022-ci il tarixdə 42 manat dövlət rüsumu ödənilmiş və 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23, 32 ünvanında yerləşən fərdi yaşayış evinə sayğac quraşdırılmış, sayğac vasitəsilə təbii qazdan istifadə edilmişdir. Lakin cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı istifadəsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Hazırda cavabdeh tərəfindən cəmi 1670,4 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu və cavabdehin akt üzrə borcundan 16,14 manat ödəniş etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”na əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, hаbеlə “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli 08/33784 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin tələblərini riayət etməyərək təbii X1nın pozulmuş, təbii qazdan qeyriqanuni şəkildə istifadə etmiş, buna dair xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş və həmin aktlar üzrə cavabdehin 1670,4 manat məbləğində borcunun olduğu aydın olmuşdur. Bundan sonra cavabdeh ödənişlər etmiş və hazırda cavabdehin 1654,26 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş edərək, xx.xx.2017-ci il tarixli 08/33784 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirmişdir. Məhkəmə iclası tərəflərin iştirakı ilə ərizənin müzakirəsi edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixinə təxirə salınmış və həmin məhkəmə iclasında cavabdeh iştirak etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən dəfələrlə cavabdehə vaxt verilərək qanunsuz qoşulma halı aşkar edilmiş evdə yaşamamasına, evdən 2016-cı ildən köçməsinə və s. dair sübutlarını məhkəməyə təqdim etməsi üçün şərait yaradılsa da, cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 1654,26 manat məbləğində zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi qismində 400 manatın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma görə 400 manat ödədiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilən hallara qаnunvеriciliyin qеyd еdilən tələbləri bахımındаn qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı İB-yə vurulmuş 1654,26 manat məbləğində zərər və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 36,55 manatı tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı İB-yə vurulmuş 1654,26 manat məbləğində zərər və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 36,55 manatı tutularaq İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5,45 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-558/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-558/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver