Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-567/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı Kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Daha dəqiq desələr, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 19.5 faiz dərəcəsi ilə 9156 manat məbləğində kredit verilmişdir. Daha dəqiq desələr, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziva qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığı bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit müqaviləsinə əsasən 210 manat əsas; 33.98 manat faiz; cəmi 243.98 manat borcu, xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı müqaviləsinə əsasən 8596.04 manat əsas; 928.23 manat faiz; cəmi 9524.27 manat, ümumilikdə 9768.25 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit müqaviləsinə əsasən 210 manat əsas; 33.98 manat faiz;cəmi 243.98 manat borcu, xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı müqaviləsinə əsasən 8596.04 manat əsas; 928.23 manat faiz;cəmi 9524.27 manat, ümumilikdə 9768.25 manat borcun və ödənilmiş 117.68 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizələrlə müraciət edərək, iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdeh X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə, 210 manat məbləğində birkart müqaviləsi üzrə kredit xətti açılmışdır. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 19.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 9156 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə, 210 manat məbləğində birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 210 manat əsas, 33.98 manat faiz, cəmi 243.98 manat ümumi borc, gecikmə günü 72 gün olmaqla 52.29 manat məbləğində gecikmə yaranmışdır. Bundan başqa bank ilə borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 19.5 faiz hesablanmaqla, 9156 manat məbləğində gündəlik tələbat krediti verilmiş, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 8596.04 manat əsas, 928.23 manat faiz, cəmi 9524.27 manat ümumi borc, gecikmə günü 138 gün olmaqla 1523 manat məbləğində gecikmə yaranmışdır. Cavabdehdən qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq barənizdə müvafiq tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir - xx.xx.2024-cü il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit müqaviləsinə əsasən 210 manat əsas, 33.98 manat faiz, cəmi 243.98 manat borcu, xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı müqaviləsinə əsasən 8596.04 manat əsas, 928.23 manat faiz, cəmi 9524.27 manat, ümumilikdə 9768.25 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 117.68 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit xətti müqaviləsi və xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı Kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit xətti müqaviləsi üzrə 210 manat, xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı Kredit müqaviləsi üzrə 9156 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləğləri kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, kredit müqavilələrinə əsasən, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə layiqincə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə, 210 manat məbləğində birkart müqaviləsi üzrə kredit xətti açılmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 19.5 faiz hesablanmaqla, 9156 manat məbləğində gündəlik tələbat krediti verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli BRCB4605404B299 saylı kredit müqaviləsi üzrə 210 manat əsas, 33.98 manat faiz, cəmi 243.98 manat borcu, xx.xx.2024-cü il tarixli RGRR5694661B299 saylı müqaviləsi üzrə 8596.04 manat əsas, 928.23 manat faiz, cəmi 9524.27 manat, ümumilikdə 9768.25 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 210 manat əsas, 33.98 manat faiz, cəmi 243.98 manat və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 8596.04 manat əsas, 928.23 manat faiz, cəmi 9524.27 manat olmaqla ümumilikdə 9768.25 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 117.68 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 210 manat əsas, 33.98 manat faiz, cəmi 243.98 manat və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 8596.04 manat əsas, 928.23 manat faiz, cəmi 9524.27 manat olmaqla ümumilikdə 9768.25 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 117.68 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-567/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-567/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver