Məhkəmə qərarları › İş №e-2(007)-57/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-57/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-57/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixli, 375 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 1897 (min səkkiz yüz doxsan yeddi) manat əsas borc, 425,25 (dörd yüz iyirmi beş manat, 25 qəpik) faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1242,28 (min iki yüz qırx iki manat, 28 qəpik) manat faiz borcu, cəmi 3564,53 (üç min beç yüz altmış dörd manat, 53 qəpik) manat, 56 (əlli altı manat) dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “VAZ-2106” markalı (Tip: sedan, Ban:XTK**********9295, rəngi Qara, Buraxılış ili-2004, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 375 nömrəli kredit müqaviləsinə əsasən “VAZ- 2106” markalı (Tip: sedan, Ban:XTK**********9295, rəngi Qara, Buraxılış ili-2004, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 4066 (dörd min altmış altı) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “VAZ-2106” markalı (Tip: sedan, Ban:XTK**********9295, rəngi Qara, Buraxılış ili-2004, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 23 aprel 2007-ci il tarixli 375 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunmasına barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 23 aprel 2007-ci il tarixli 375 nömrəli kredit müqaviləsinə əsasən 30 noyabr 2021-ci il tarixə 1897 (min səkkiz yüz doxsan yeddi) manat əsas borc, 425,25 (dörd yüz iyirmi beş manat 25 qəpik) faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1242,28 (min iki yüz qırx iki manat 28 qəpik) manat faiz borcu, cəmi 3564,53 (üç min beç yüz altmış dörd manat 53 qəpik) təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, 2007-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona kredit verilmişdir. Ona qarşı qaldırılan iddia tələbi müddəti 10 ildən çox olaraq ötürülməklə verilmişdir, buna görə də həmin iş barədə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini, borcunun olmadığını, borcu bağladığını və bankın razılığı ilə avtomobilin ipotekadan çıxarılaraq üçüncü şəxsə satıldığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 375 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 18 ay müddətinə illik 29% ödəməklə 4066 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 375 nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq girov saxlayan girov qoyana “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün 18 ay müddətinə illik 29% ödəməklə 4066 manat məbləğində kredit vermiş, tərəflərin razıılığı ilə girov predmeti 5039 manat dəyərində qiymətləndirilmişdir. - İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 1897 manat əsas borc, 425,25 faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1242,28 manat faiz borcu olmaqla cəmi 3564,53 manat borc müəyyən edilmişdir. - AR DİN BDYPİ-nin Girov müqaviləsinin qeydiyyatı haqqında 88639 nömrəli şəhadətnamənin surətindən görünür ki, “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci il tarixdə girov qoyulmuş və müqavilə xx.xx.2008-ci ilədək qüvvədə olmuşdur. - Cavabdeh adına olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadəıtnaməsinin surətindən görünür ki, “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi girov müqaviləsinə əsasən özgələşməsi qadağan edilmişdir. - AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 016-73464/1222 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi girov müqaviləsi əsasında İddiaçı ASC-nin 8 saylı filialında girov qoyulmuş, həmin bankın xx.xx.2011-ci il tarixli məktubu ilə mübahisəli avtomobil xx.xx.2011-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından çıxarılaraq özgəninkiləşdirilmişdir. - “Yeni Dövr” Qİymətləndirmə mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı avtomobilin bazar dəyəri 5250 manat, likvid dəyəri 4200 manat müəyyən edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4167 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh banka olan əsas və faiz borcunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 375 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci il tarixli 375 saylı ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuşdur. “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi əsasında avtomobilin bazar dəyərinin 5250 manat və likvid dəyərinin 4200 manat qiymətləndirilməsi müəyyən edilmişdir. “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında girov saxlayanın razılığı ilə Cavabdeh adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmçinin zəruri sənədlər təqdim edilmədiyi üçün keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində əsas borc və faiz borcunun dəqiq məbləği müəyyən edilə bilməmişdir. Lakin İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh 3564,53 manat borcu olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, AR MM-nin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Həmin Plenum qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Plenum qərarında qeyd edilir ki, kredit münasıbətlərindən yaranan mübahisələrə AR MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilir. AR MM-nin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqavilələrinda başqa hal nəzərdə tutulmayəbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdırılmış bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Cavabdeh oğlu hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir, kiqanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi 18 ay müddətinə bağlanılmış, kredit müqaviləsinin son müddəti xx.xx.2008-ci il tarix olduğu halda iddiaçı tərəf tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4). 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “AR MM-nin 375.2-ci və “İpoteka haqqında” AR Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Plenum qərarında qeyd edilir ki, AR MM-nin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. AR MM-nin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olunmasına səbəb olmur. KM-nin formalaşdığı hüquqi mövqəyə görə iddia müddətinin keçməsi iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. AR KM-nin B.Mürsəlovun şikayəti üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd edir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin bildirir ki, hazırkı mülki iş üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi girovla təmin edilmişdir. Hazırki mülki işdə isə girov predmeti olan “VAZ-2106” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin razılığı ilə xx.xx.2011ci il tarixdə Cavabdeh adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Lakin hazırki işdə iddiaçı girov predmetinin özgəninkiləşdirilməsinə razılıq verməklə öhdəliyin icrasını təhlükəyə məruz qoymuşdur. İddiaçı ipoteka predmetinin yüklülükdən azad edilməsinə razılıq vermiş və ipoteka predmetinin yenidən yüklü edilməsi barədə isə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh xx.xx.2007-ci il tarixli, 375 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 1897 (min səkkiz yüz doxsan yeddi) manat əsas borc, 425,25 (dörd yüz iyirmi beş manat, 25 qəpik) faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1242,28 (min iki yüz qırx iki manat, 28 qəpik) manat faiz borcu, cəmi 3564,53 (üç min beç yüz altmış dörd manat, 53 qəpik) manat, 56 (əlli altı manat) dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “VAZ-2106” markalı (Tip: sedan, Ban:XTK**********9295, rəngi Qara, Buraxılış ili-2004, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ASC-dən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 20,0 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakın qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləği tutularaq "X2 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh xx.xx.2007-ci il tarixli, 375 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 1897 (min səkkiz yüz doxsan yeddi) manat əsas borc, 425,25 (dörd yüz iyirmi beş manat, 25 qəpik) faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1242,28 (min iki yüz qırx iki manat, 28 qəpik) manat faiz borcu, cəmi 3564,53 (üç min beç yüz altmış dörd manat, 53 qəpik) manat, 56 (əlli altı manat) dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “VAZ-2106” markalı (Tip: sedan, Ban:XTK**********9295, rəngi Qara, Buraxılış ili-2004, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 20,0 manat İddiaçı ASC-dən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləği İddiaçı ASC-dən tutularaq "X2 Mərkəzi” MMC-yə (Hesablaşma hesabı: “Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: **********, H\H AZ30AZRT******************** SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar