Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-583/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayonu 50 saylı Notariat ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” tələbi) X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu 50 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: 1.İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu 50 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 saylı Notariat Ofisində M-337 nömrəli reyestr qeydi ilə xx.xx.20224-cü il tarixli “Borc Müqaviləsi“ üzrə 10000 (on min)manat qalıq borcunun tələbkar X3 ödənilməsi barədə xx.xx.2024-cü il tarixli İcra Qeydinin ləğv edilməsi və ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vərəsəliklə ona düşən payın alınması üçün ona pul lazım olmuşdur. O zaman vərəsəliklə müəyyən edilmiş mənzilin qiyməti 91.500 manat müəyyən edilmişdir. O, həmin mənzili öz adına qeydiyyatdan keçirmək istəsə də, lakin pulu olmadığı üçün buna imkanı olmamışdır. Onun mənzilinin olmadığından və həmin mənzili öz adına qeydiyyatdan keçirmək istəsə də, lakin pulu olmadığı üçün buna imkanı olmamışdır. Eyni zaman da onun başqa işləri ilə əlaqədar başqa şəxslərə borcu olmuşdur. Ona görə də o, tanışlar vasitəsi ilə borca pul götürmək istədiyini bildirmişdir. O zaman onun tanışı Namiq vasitəsi ilə Asif Abdullayev adlı şəxsi tanımımışdır. Asif Abdullayev mənzil-alqı-satqısı ilə məşğul olmuş və bir neçə maklerlə əlaqə saxlamış və həmin mənzili minimum 135 min manata satıla biləcəyini bildirmişdir. Ona görə onlar razılığa gələrək faizlə borca pul verəcəyini bildirmişdir. xx.xx.20224-cü ildə biz birlikdə 50 saylı Notariat Ofisində “60000 (altımış) manat məbləğində faizlə borca pul götürməyi barədə M-337 nömrəli reyestr qeydi ilə “Borc Müqaviləsi “ bağlamışlar. Lakin müqavilədə pulu faizə götürməyi barədə qeyd edilməmişdir. Qeyd edir ki, o zaman nəzərdə tutulmuş müddətdə mənzilin alqı-satqısını həyata keçirə bilməmişdir. Eyni zamanda borca götürdüyü pul kifayət etmədiyi üçün o, məcbur olub başqa adamdan əlavə olaraq borca pul almışdır. O zaman o, Asifin borcunu qaytarmaq üçün mənzili Asif tərəfindən satılmasını bildirsə də, lakin Asif bir ay ərzində mənzili sata bilməmişdir. Sonradan mənzili alqı-satqı etsə də, lakin başqa şəxsə böyük məbləğdə borcu olduğu üçün mənzili aldıqdan sonra, həmin şəxsə borcunu qaytaramışdır. Eyni zaman da X3 (Abdullayev Asif) olan borcunun üç dəfəyə 50.000 (əlli min) manat pul ödəmişdir. Digər qalıq məbləğini, yəni 10000 (on min) manat pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırda o, fərdi işlərlə məşğul olura və aylıq əmək haqqı 350,00 (üç yüz əlli) manat təşkil edir. O, tək yaşayır, aldığı əmək haqqı onun təminatını ödəmir. Hazırda onun maddi vəziyyəti çox aşağıdır və aldığı əmək haqqı onun yaşamağına güclə çatır. Lakin buna baxmayaraq o, hər ay aldığı cüzi miqdarda əmək haqqı borcunun ödəyəcəyini bildirmişdir. Tələbkar ondan borcunu tələb edilməsi ilə bağlı Notariat Qeydinin alacağı və işin icra edilməsi üçün İcra Şöbəsinə verilməsi ilə əlaqdar heç bir məlumat verməmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru onunla icra şöbəsinə gəlməyi barədə mesaj göndərmiş və o, xx.xx.2024-cü il tarixində o, icra şöbəsində olmuşdur və həmin vaxtı icra məmuru ona xx.xx.2024-cü il tarixli Ne307886/2024-16-12-004 saylı bildiriş, xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərar və xx.xx.2024-cü il tarixli icra qeydi təqdim etmişdir. O, X3 olan borcunu tədricən qaytarmaq üçün dəfələrlə onun özünə bildirmişdir və hətta onların arasında olan mübahisə bir neçə dəfə öz aralarında müzakirə olunmuşdur. Lakin o zaman Abdullayev rəsmi olaraq icra qeydinin alınması üçün müraciət edib-etməyəcəyi barədə ona heç bir məlumat verməmişdir. Lakin hazırda məlum olmuşdur ki, Abdullayeva Aidə rəsmi olaraq 50 saylı Notariat Ofisinə müraciət etmiş və borcun qaytarılması barədə xx.xx.2024-cü il tarixində İcra Qeydi almışdır. Onunla tələbkar- X4 arasında olan borcun qaytarılması üçün İcra Qeydinin alınması qüvvədə olan Notariat Haqqında Qanun tələblərini ziddir. Notariat Haqqında Qanunun 76-cı maddəsini tələbinə görə icra qeydi barədə ona 20 gün əvvəlcədən məlumat verilməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında miibahisələndirilə bilər. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, X4 borcun qaytarılması üçün rəsmi qayda ona heç bir bildiriş göndərməmiş və ya ona elektron qaydada bildirmədiyindən ləğv edilməlidir. İş materialları:
3. xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 10000 manat pulun və 25 manat dövlət rüsumunun tutulması barədə icra qeydi aparılmışdır.
4. xx.xx.2024-cü il tarixli, 3M-337 reyestr nömrəli Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış, borc müqaviləsinin surətindən görünür ki, X4 ilə İddiaçı arasında 60000 manat məbləğində pulun borc verilməsi barədə müqavilə bağlanmış, borclu İddiaçı borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
5. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail rayon İcra şöbəsinin qərarından görünür ki, 8İ-12683 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
6. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 8İ-12683 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcluya tələbin 10 gün ərzində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir.
7. xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, X4 3M-337 saylı, xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılmasını xahiş etmişdir.
8. xx.xx.2024-cü il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”in surətindən görünür ki, İddiaçı, ünvan 1 ünvanına poçt vasitəsilə və 055 377 68 77 saylı mobil telefona sms vasitəsilə 3M-337 saylı, xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılması barədə bildiriş göndərilmişdir.( xx.xx.2024; Azərpoçt MMC, AZ 1002; dublikat çek əlavə edilmişdir).
9. İddiaçı tərəfindən borcun ödənilməsi barədə qəbzlərin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 35000 manat ödənilmişdir.
Tərəflərin izahatları:
10. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, borcunu imkan daxilində hissə-hissə ödəyir. Bildirişin göndərilməsi barədə sənəd olsa da, işdə bildirişin ona çatdırılması barədə sübut yoxdur. Bildiriş ona çatmamışdır. Azərbaycan Respublikası Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən, icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Lakin ona bildiriş getməmişdir. Bildirişi göndərdiklərini təsdiq edə bilmirlər. Məktub Nizami rayon poçt şöbəsindən çıxan zaman möhür vurulur və Səbail rayon poçt şöbəsinə daxil olan zaman da möhür vurulur. Bildirişin çatması barədə məlumat olmalıdır. Qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmədityindən iddia əsaslıdır. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
11. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
13. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
15. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın:
161. bəndinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 42-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
18. Mülki Prosessual Məcəllənin: 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir.
19. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68).
20. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93).
21. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
İşin faktiki halı:
22. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X4 arasında xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 Maksim Vladimiroviçə 60000 manat pulu borc vermiş, borclu xx.xx.2024-cü il tarixədək həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Borclu İddiaçı tərəfindən həmin borcdan xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 35000 manat geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə X4 tərəfindən İddiaçı borcun ödənilməsi, əks təqdirdə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən icra qeydi aparılmışdır. Hazırda iddiaçı 50 saylı Notariat Ofisində M-337 nömrəli reyestr qeydi ilə xx.xx.20224-cü il tarixli “Borc Müqaviləsi“ üzrə 10000 (on min) manat qalıq borcunun tələbkar X3 ödənilməsi barədə xx.xx.2024-cü il tarixli İcra Qeydinin ləğv edilməsi və ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə işdə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
24. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi göstərdiyi hal, icra qeydinin aparılacağı barədə bildirişin ona çatırılmamasından ibarətdir. Lakin iş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş və həmin bildirişin göndərildiyini təsdiq edən poçt qəbzi ilə müəyyən edilir ki, icra qeydinin aparıldığı xx.xx.2024-cü il tarixdən 1 ay 8 gün qabaq bildiriş tərtib edilərək iddiaçının olduğu ünvan 1 ünvanına göndərilmişdir.
25. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, bildiriş iş materiallarında mövcud olsa da, onun tərəfindən qəbul edilməmişdir və bildirişin ona çatmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. Məhkəmə iddiaçının bu mövqeyinə münasibətdə qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə uyğun olaraq tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir və Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılacağı barədə bildiriş qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilərək, borcluya xx.xx.2024cü il tarixli icra qeydinin aparılmasın qabaq xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Odur ki, bildirişin çatdırılması, icra qeydinin aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir
27. İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
Nəticə:
28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu 50 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. İddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu 50 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov