Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-585/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 və "xxxx" MMMC-nin nümayəndələri X6 və Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1883 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Naxçıvanski küçəsi 2566-cı kvartalda 7 qarajın tikintisi və istismarı üçün yaradılan “Umud” Qaraj kollektivinin nizamnaməsi qeydiyyata alınmışdır. Qeyd olunan sərəncamın 2-ci bəndinə əsasən kooperativ üzvlərinin siyahısı təsdiq edilmişdir. Bundan sonra kooperativin üzvü olan şəxslərə müvafiq orderlər verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli 399/4 nömrəli Sərəncamı ilə daha 6 şəxs “Umud” Qaraj kollektivinə üzv qəbul edilmiş və həmin şəxslərə orderlərin verilməsi nəzərdə tutulmuşdur. “Ümid Qaraj” Kooperativi Azərbaycan Respublikası Dövlət Vergi Xidmətində (keçmiş Vergilər Nazirliyində) kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən “ÜMÜD Qaraj” Kooperativinin qanuni təmsilçisi X1r. Nəzərə alınmalıdır ki, qarajların yaxınlığında yerləşən bəzi bina sakinləri “Umud” Qaraj kollektivinin və kooperativin üzvü olan vətəndaşların qarajlara münasibətdə mülkiyyət o cümlədən sahiblik, sərəncam vermə və istifadə hüquqlarına maneələr və süni münaqişə şəraiti yaradırlar. Belə ki, həmin şəxslər qanunsuz olaraq qarajlarla bağlı hər hansı yenidən qurma, təmir və.s işlərə imkan vermirlər. Həmin şəxslərin qarajlara münasibətdə hər hansı hüquqları mövcud deyil, lakin öz qanunsuz və özbaşına hərəkətləri ilə “Ümid Qaraj” Kooperativinin və həmçinin kooperativ üzvlərinin konstitusion mülkiyyət hüquqlarını kobud pozurlar. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə yerləşən İddiaçınə məxsus olan ərazidə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılan zaman "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Belə ki, 14 mart 2023-cü ildə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı Şəhər İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti” ("xxxx" MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri ”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda icraatda olan hazırki mülki iş birbaşa onların maraqlarına toxunur. Belə ki, yuxarıda qeyd etdiyi kimi ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin ümumi idarəçiliyində və istifadəsindədir. İddiaçı istifadəsini ümumiyyətlə çoxdan dayandırmış kooperativdir. Odur ki, qeyd olunan bu ərazi, bu ərazidə yerləşən qarajlar həmin kooperativə məxsus ola bilməz. Eyni zamanda, qeyd etmək vacibdir ki, İddiaçı bu ərazidən çıxarılması haqqında məhkəmə qətnaməsi vardır. Belə ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-67-ci məhəllə, 81 ünvanda yerləşən 0.7 ha torpaq sahəsindən İddiaçı kənarlaşdırılması barədə Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2016-cı il tarixli 2(103)-748/2016 saylı qətnaməsi qəbul olunmuşdur. Belə ki, bu qətnamə ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli 2(007)-31/2013 saylı qətnaməsi dəyəri razılaşma yolu ilə ödənilmiş 5 ədəd qarajın sökülməsi hissəsində ləğv edilmiş, və dəyəri sahibləri X2, X7 və X8 razılaşma yolu ilə ödənilmiş üç ədəd qaraj sökülməsi və dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi barədə ilkin iddia üzrə tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Odur ki, öz hüquqlarının müdafiəsi üçün bu mülki iş üzrə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, məsələ burasındadır ki, «Atlantik Servis” MTK bina tikintisi ilə məşğul olur, sonradan binanın idarəetməsi ilə bağlı problem yaşanır və vətəndaşlar özləri müştərək cəmiyyət yaradırlar. Burada 7-yə yaxın binanın qabağında hasar var. Qarajlar isə elə bu kooperativin üzvlərinin qarajlarıdır. Burada binanın və qarajın arasında hasarlar var. Məhz bina sakinləri həmin hasarı sökürlər. Hətta sökülən yerdə müəyyən bir ərazinin yaradılması ilə bağlı iddia belə qaldırılır. Bina sakinlərinin hasarı sökməkdə məqsədi ondan ibarətdir ki, futbol meydançası yaratmaq istəyirlər. Təbii ki, onlar buna imkan verməmişlər. "xxxx" MMMC-nin bu iddiaya heç bir aidiyyatı yoxdur. "xxxx" Müştərək Cəmiyyəti bina sakinlərinin cəmiyyətidir. Hansı ki, onların bu binada tanımadıqları bir çox sakin var. Onların tələbi isə cavabdehlərə qarşıdır. "xxxx" MMC bina tikintisi ilə məşğul olur, "xxxx" Müştərək Cəmiyyəti isə sakinlərin toplamıdır. Onların cavabdehlərlə hər hansı bir şəxsi problemi yoxdur. Onlar cavabdehlərə 3-5 metr ərazini verəcəklər. Məsələ orasındadır ki, maneə olaraq sakinlər onların hasarını söküblər. Belə olan halda maşın duracaqda yerləşdirilir. Bundan əlavə o, əvvəlki proseslərdə "xxxx" MMMC tərəfindən təqdim olunmuş materiallarla da tanış olub. "xxxx" MMMC-nin bu məsələ ilə heç bir aidiyyatı yoxdur. MMMC dəlil olaraq sadəcə məhkəmə qətnamələrini göstərirlər, bu isə yetərli deyildir. «Atlantik Servis” MTK iki hündürmərtəbəli bina tikib və bina sakinləri bundan narazılıq etdikdə onlara müştərək cəmiyyət yaratmağı təklif edib. Müştərək cəmiyyət yaradılarkən «Atlantik Servis” MTK-yə məxsus olan torpaq sahələri varsa "xxxx" MMMC-ə keçib. «Atlantik Servis” MTK bina tikərkən arxasında 3-4 metr yol olub. 3 metr yolun arasında olan hasar sökülüb, lakin deyilənə görə katlavan qazılanda hasar uçub. Bu mümkün deyil, hasar qəsdən sökülmüşdür. İddiaçı tələbi hasarın əvvəlki vəziyyətinə qaytarılmasıdır. Nizami Rayon İcra Hakimiyyətinin qarajların ayrılması ilə bağlı sərəncamı var. «Atlantik Servis” MTK burada hektarla torpaq sahəsi alıb. Xüsusilə qeyd etməlidir ki, qarajların keçmiş sahibləri kooperativin üzvləridir. Hər hansı bir binanın və ya mərasim evinin tikilməsinin onlara heç bir aidiyyatı yoxdur. Onlar yalnız dağıdılmış hasarın əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Əlavə yol verilməsi ilə bağlı, İddiaçı olaraq təkliflərini irəli sürüblər. Zənnincə, "xxxx" MMMC-nin sədri cavabdehlərə hasarın sökülməsi ilə bağlı göstəriş verib. Bundan sonra cavabdehlər hasarı söküblər. Qarajlar və yerləşdiyi sahə İddiaçınə məxsusdur. Binanın qarşısında yerləşən və İddiaçınə məxsus olan ərazi əvvəllər hasarlanmışdır. Hasar isə mişar daşlarından tikilib, hündürlüyü təxminən 2 metrdir. Həmin mişar daşlarından sağ tərəf İddiaçı ərazisidir. Həmin ərazini bina sakinləri sökməyə başladılar və buranın onlara məxsus olduğunu və gələcəkdə burada abadlaşdırma, yaxşılaşdırma işləri aparacaqlarını, bina sakinlərinin uşaqları üçün futbol meydançası tikəcəklərini və şəxsi istifadələri üçün şərait qurmaq istədiklərini bildirdilər. Şirkət isə həmin ərazinin onların əmlakı olduğunu və orada qaraj sahiblərinin olduğunu, həmin qaraj sahiblərinin də İddiaçı üzvləri olduqlarını və onlara məxsus orderlərin olduğunu bildirdi. Həmin ərazi İddiaçınə məxsus olduğundan hesab edirlər ki, mişar daşından olan hasar sökülməməlidir. Dəfələrlə bununla bağlı bina sakinləri ilə kooperativ üzvləri arasında mübahisə yaranıb, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. "xxxx" MMMC İddiaçı mövcud olduğunu və onun müəyyən ərazisinin olduğunu etiraf edir, lakin sonra bildirir ki, "xxxx" MTK-ya məxsusdur. "xxxx" MMMC özünü "xxxx"in hüquqi varisi hesab edir. "xxxx" MTK-nın 1 milyon manatlıq əmlakı var, onun istifadəsində olan əmlakı "xxxx" MMMC necə idarə edə bilər. İş materiallarından da göründüyü kimi həmin ərazidə hasar var, onların da istəyi oranı əvvəlki vəziyyətinə gətirib hasarı bərpa etməkdir. İddiaçı orada nə iş görəcək, nə tikəcək, onun cavabdehlərə və ya üçüncü şəxslərə aidiyyəti yoxdur. Onlar gələcəkdə görüləcək işlərdir. "xxxx" MMMC isə "xxxx" MTK-nın hüquqi varisi olduğunu, oranın onun ərazisi olduğunu və "xxxx" MTK-nın adında nəyi varsa, onun olduğunu bildirir. Onlarda İddiaçı mövcud olması və 1992-ci ildən fəaliyyət göstərməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı var. Bundan başqa, üçüncü şəxsin sualına cavab olaraq bildirir ki, o, bir işdə iddiaçının vəkili olduğu halda, başqa bir işdə cavabdehin vəkili ola bilər, burada qanunla heç bir məhdudiyyət yoxdur. Qarşı tərəf özü də etiraf edir ki, bu ərazi "xxxx" MTK-nın ərazisidir, bina sakinləri birləşib "xxxx" MMMC-ni yaradıblar. Onlar düşünürlər ki, "xxxx" MTK-nın mülkiyyətində, istifadəsində, icarəsində nə varsa, hamısı "xxxx" MMMC-yə keçməlidir. Bu isə düzgün yanaşma deyil. Təqdim edilən fotoşəkillərdən əvvəl hasar olub, həmin hasar sökülüb. Ərazi "xxxx" MTK-ya bina tikmək üçün verilib. "xxxx" MTK-nın hüquqları digər əmlaklara münasibətdə deyil, binaya münasibətdə "xxxx" MMMC-yə keçə bilər. İddiaçı hasarın sükülərək əvvəlki vəziyyətə gətirilməsini istəyir. Bundan başqa, Vəkil1 verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, hasar bildiyi qədərilə bir neçə dəfə sökülüb-tikilib. Daha sonra Kooperativ tərəfindən bərpa edilib və yenidən sökülüb. Sonuncu dəfə o bildiyinə görə hasar 1 il əvvəl sökülüb. Həmin qarajların İddiaçın balansında olması ilə bağlı orderlər var. Lakin qarajların nə "xxxx" MMMC-nin, nə də ki İddiaçı mülkiyyətində olması ilə bağlı sənədlər yoxdur. Hasar elə bir əmlak deyil ki, qeydiyyatdan keçsin. Bununla bağlı fotoşəkillər var. Hasar əlbəttə ki orada olmalı idi. Hasarın əvvəl nə kimi istifadə edilməsi ilə bağlı məlumatı yoxdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, o, evi “Atlantik Service" MMC-dən 2007-ci ildə almışdır. Onun əsas istəyi odur ki, binanın girişi genişlənsin və onların binaya giriş-çıxışı yaransın. Çünki adicə 2 maşın gələndə sıxlıqdan maşınlar üz-üzə dayanır. Onlar iddianı yalnız onlara 5 metr ərazi verildiyi təqdirdə qəbul edəcəklər. O, evi MTK-nın özündən almışdır, müqaviləsi də var. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, onların istəyi binanın girişinin genişlənməsi və onların binaya giriş-çıxışının yaranmasıdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, əlavə olaraq izahatında bildirmişdir ki, həm Cavabdeh2, həm də İddiaçı eyni amala xidmət edirlər. 1992-ci ildə İddiaçı yaranıb, orada qarajlar tikilir. Sonradan İcra Hakimiyyətinin Sərəncamı ilə həmin torpaq sahəsini qarajların sökülməsi və yerində bina tikilməsi üçün qaraj sahibləri ilə razılaşdırmaqla "xxxx" MTK-ya verilir. "xxxx" MTK da qarajları sökür, bina tikir, amma 4 qaraj qalır. Sonradan 4 qarajın sahibləri "xxxx" MTK-nı məhkəməyə verirlər. Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə həmin şəxslərin həmin qarajlara hüqunun olmaması müəyyən olunur və iddiaları təmin olunmur. Ondan sonra sakinlər "xxxx" MTK-nın idarəetməsindən narazı olduqları üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradır və binanı idarəetməyə başlayırlar. "xxxx" MTK binanın idarəçiliyinin əlindən çıxdığını görərək 4 qarajın yerinə mərasim evi tikmək istəyir. Bina sakinləri də buna icazə vermir. Ona görə də İddiaçı adından qarajların onlara məxsus olması barədə iddia qaldırır. Cavabdeh2la "xxxx" MMMC arasında cinayət işi araşdırması olub. Cavabdeh2 kommunalları ödəmədiyinə görə məhkəməyə vermişlər. Yəni, hal-hazırki iddia tamamilə formal xarakterlidir, eyni zamanda iddiaçının ümumiyyətlə subyektiv hüququ yoxdur. 1993-cü ildə İddiaçınə qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam verilsə də, 2005-ci ildə yeni sərəncamla həmin torpaq "xxxx" MTK-ya ayrılıb. "xxxx" MMMC də Mənzil Məcəlləsinin tələblərinə əsasən Atlantik Servis MTK-nın hüquqi varisidir, həmin torpaq sahəsinin idarəsi hal-hazırda "xxxx" MMMC-yə məxsusdur. Eyni zamanda Şəhərsalma və Arxitektura Komitəsinin həmin qarajların sökülməsi və yerində abadlıq işlərinin aparılması barədə razılığı var. Həmin torpaq sahəsi bina sakinlərinin ümumi istifadəsində olduğundan, hasarın sökülməsi və ya İddiaçı o hasarı tikib bərpa etməkləri qarşı tərəfin hüquqlarını pozur. Bundan başqa, "xxxx" MMMCnin kommunal borcları tələb etməsi ilə bağlı Cavabdeh2 da olduğu başqa bir işdə hazırki iş üzrə iddiaçının nümayəndəsi və vəkili "xxxx" MTK-nın sahibinin oğlunun vəkilidir. Bu tamamilə quraşdırma bir işdir. "xxxx" MTK-nın əlindən hər şey çıxandan sonra İddiaçındən istifadə etməklə süni şəkildə qeyd olunan qarajları əldə etməklə orada obyekt tikmək istəyir. Bundan da bina sakinləri narazı olublar. Hansı ki, həmin ərazi bina sakinlərinin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulub. Orada bu gündən sonra obyekt olacağı təqdirdə küçənin giriş-çıxışında da problem yaranacaq. Qarajlar da istismara yararsız, uçuq-sökük qarajlardır. Həmçinin qarajların sökülərək yerində abadlıq işlərinin aparılması üçün "xxxx" MMMC icazə alıb. "xxxx" MMMC orada hasarın olduğunu qəbul etmir. Həmin qarajların "xxxx" MMMC-yə aid olduğunu təsdiq edən sübut odur ki, vaxtilə İcra Hakimiyyəti "xxxx" MTK-ya qaraj mülkiyyətçilərinə kompensasiya ödəməklə qarajların yerində bina tikməyə sərəncam vermişdi. Sonradan qaraj mülkiyyətçiləri "xxxx" MTK-nı məhkəməyə vermişdilər. Məhkəmənin yekun qərarı ilə müəyyən olunmuşdur ki, qarajlara heç bir hüququ yoxdur. Bundan başqa, Mənzil Məcəlləsində qeyd edilir ki, MTK-ya aid ərazi sərhədləri daxilində yerləşən, ümumi istifadədə olan və ya olmayan bütün əmlaklar mülkiyyətçilərin ümumi mülkiyyətidir. Qanunvericiliklə MTK binanı tikib təhvil verəndən bir ay sonra öz fəaliyyətini ya təhvil verməli, ya da müştərək cəmiyyət yaratmalıdır. Amma 2014-cü ildə 2 mərtəbəli sahəsi 24:12 olan mərasim evi tikməyə hazırlaşdıqları aydın olmuşdur. Lakin bina sakinləri bundan narazı qalmışdılar. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi X12 izahatında bildirmişdir ki, "xxxx" MMMC bina sakinlərinin yaratdığı bir cəmiyyətdir. Bu ərazi onlara məxsusdur. Həmin qarajlar da bu əraziyə daxildir. İddiaçı onların ərazisində hasar çəkmək istəyir. Bununla bağlı müxtəlif məhkəmə qətnamələri var və həmin qətnamələri məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 26 may 2022-ci ildə iddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx" MMC-ə qarşı iddiası üzrə iddiasını qismən təmin etmişdir. 1992-ci ildə həmin ərazi qaraj tikilməsi üçün İddiaçınə ayrıldı. Orada 7 ədəd qaraj tikildi. Sonradan 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin 247 nömrəli Sərəncamı ilə torpaq qaraj sahiblərindən alınaraq insanların yaşamasına görə bina tikmək üçün "xxxx" MTK-ya verilib. Qaraj sahibləri oradan kənarlaşdırılıblar. Sonradan orada qarajların onlara məxsus olması barədə 6 nəfər iddiaçı (İddiaçı) olub və məhkəməyə müraciət ediblər. Həmin şəxslərin artıq həmin əraziyə hüquqlarının olmaması ilə əlaqədar məhkəmə qətnaməsi qəbul olunub və həmin qətnamə icra da olunub. "xxxx" MMMC "xxxx" MTK-nın varisidir. Mübahisəli ərazidə əvvəl 7 qaraj olub. 1992-ci ildən orada yer ayrılıb. Bütün sənədlərdə 12X24 metr olan yer ayrılıb. 2005-ci ildən müvafiq sərəncamla torpaq sahəsi “Atlantik Servis MTK”-ya verilib. 2016-ci ildə İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək İcra Hakimiyyətinin qərarının ləğvini istəyib . 2017-ci ildə isə müddətin keçdiyi müəyyən edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı var və o da qüvvəyə minib. Hasar o zaman oub ki, MTK bina tikəndə İddiaçı Qaraj ona qarşı iddia qaldırıb. Hasar o sahəni ayırmaq üçün tikilib. 2017-ci ildə məhkəmə prosesləri bitdi. Orada 2 mərtəbəli bina tikilməsi üçün fundament qazıldı və bu zaman hasar uçdu. 1-2 metr hissəsi vardı o da uçdu. "xxxx" MMMC-nin istəyi isə park salınmasıdır, bunun üçün Şəhərsalma Və Tikinti Komitəsindən də icazə alınıb. Cavabdeh1 və Cavabdeh2 faktiki orada yoxdur. Cavabdeh1 binada yaşamır, sonuncu evini kirayəyə verib. Cavabdeh2 isə kommunallarını ödəmir və onlar buna görə məhkəməyə müraciət etmişlər. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, sözügedən qarajlarla bağlı hər hansı bir sənəd yoxdur. 2016-cı ildən Ali Məhkəməyə qədər gedən bir məhkəmə prosesi olmuşdur. «Atlantik Servis” MTK qaraj deyil, bina tikintisi ilə məşğul olub. -»Atlantik Servis” MTK-nın binalara aid olan hissəsi "xxxx" MMMC-yə keçib. «Atlantik Servis” MTK tikinti şirkəti olaraq tikintini həyata keçirib, torpaq sahəsi isə dövlətindir, bu binanın, həyətin sahəsi olsun deyə verilib. "xxxx" MMMC yarandıqdan sonra onlara bildirilmişdir ki, 1 ay müddətində qanunla başqa formada idarəetmə olmalıdır. 7-8 illik VÖEN də aktiv deyildi. Binada 412 mənzil var. Bu mənzillərdə 1400-1500 nəfər adam yaşayır. Buradakı sakinlərin 90%-i qarajlardan narazıdırlar. Həyətləri dardır, uşaqlar rahat oynaya bilmir. Burada həyət də daxil olmaqla bütün bina ərazisinə nəzarət edilir. Dəfələrlə ərazinin koordinatlarını əks etdirən sənəddə də, xəritədə də qarajların tikintiyə ayrılmış sahənin içərisində olduğu məlum olub. İddiaçın sədri A.Nizamov ilə «Atlantik Servis” MTK arasında uzun müddət, 4-5 il davam edən məhkəmə prosesləri olmuşdur. «Atlantik Servis” MTK-nın sahibi Hüseynov Əlisahib olub. O, oğlu Cavidlə tikintiyə başlamaq üçün fundament qoymaq istəyirdi. «Atlantik Servis” MTK-nın istəyi həmin yerdə mərasim evi tikməkdir. O zaman əhali narazılıq etmişdi, heç Şəhərsalma və Arxitektura Komitəsi də onlara icazə verməmişdi. Qeyd edilən sahədə qaraj çox olub, hətta köhnə qarajlar da oradadır. Köhnə qarajlar baxımsızdır, 10 ildir ki, istifadə edilmir. Bundan başqa, qarajın sahiblərinin hamısının "xxxx" MTK pullarını ödəyib və qaraj sahiblərinin ərizələri də var ki, onların pulu ödənib. "xxxx" MTK orada mərasim yeri tikmək istəyirdi. İcra Hakimiyyəti və digər orqanlar onlara cəmiyyət yaratmağı məsləhət bildilər. Onlar da cəmiyyəti yaratmış və o, sədr seçilmişdir. Qarajların sahibləri heç biri ortada yoxdur, hamısı pullarını alıb çəkiliblər. Qarşı tərəf hesab edir ki, həm «Atlantik Servis” MTK-nı, həm də İddiaçı təmsil edir. 2016-cı ildə məhkəmə qərarı oldu və o da icraya yönəldi. Camaat həddən artıq çoxdur və sıxlıq da həddən artıq çoxdur. 412 mənzilin hərəsində 3-4 nəfər yaşayır. Sıxlıq çoxdur, tərpənməyə yer yoxdur. Bugün bir qarajın yiyəsi ortada yoxdur. İddiaçın burada iddia qaldırmağa əsası yoxdur. Torpaq yaşayış binası üçün alınıb. Qanuna uyğun olaraq torpağın altı və üstündə nə varsa ona cəmiyyət cavabdehdir. Torpaq dövlətindir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər sovetinin icraiyyə komitəsinin “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus avtomobillərin saxlanılması üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1990-cı il tarixli 7/362 saylı qərarına müvafiq olaraq və yenidən təşkil edilmiş İddiaçı qaraj-tikinti kooperativinin idarə heyətinin xahişi icra olunmaqla: Fərdi sahibkarların avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə 7 (yeddi) qaraj boksuna görə kollektiv qarajların tikintisi və istismarı üzrə İddiaçı kooperativinin nizamnaməsini qeydiyyata almaq və Bu kooperativ üzvlərinin 7 (yeddi) nəfər olmaqla siyahısını təsdiq etmək İddiaçı Qaraj-Tikinti Kooperativinə tapşırılmışdır. - 31 yanvar 2014-cü il tarixli, **********531400 nömrəli Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə qeydiyyata alınmışdır, əvvəlki qeydiyyat nömrəsi 1333, dövlət qeydiyyat nömrəsi VÖEN- **********, hüquqi ünvanı- ünvan 3msilçisi X1r. - Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 11 avqust 2020-ci ildə 1120-MM7-0180 qeydiyyat nömrəsi ilə Qeydiyyat və notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır, hüquqi ünvanı- ünvan 4i, Nizami rayonu, 2566-67-ci məhəllə, ev 81-dir, fəaliyyət predmeti və məqsədi- yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, qanuni təmsilçisi- Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları- sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərarları və digər sənədlərdir. - Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 2566-cı məhəllədə yerləşən İddiaçı idarə heyətirinin xahişi nəzərə alınaraq həmin kooperativə əlavə edilən siyahıya əsasən 6 (altı) yeni üzvün qəbul edilməsi haqqındakı ümumi iclasın qərarının təsdiq edilməsi, İddiaçı QTK-nin siyahısı təsdiq edilmiş üzvlərinə orderlərin verilməsi barədə sərəncam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(007)-31/2023 saylı qətnaməsi ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi və cavabdehlər X10, X9, X5, X4 və X3 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmiş, ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar X10, X5, X4 və X3 ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı "xxxx" MMC tərəfindən yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının özülünün qoyulması ilə bağlı qazılmış xəndək nəticəsində uçmuş əsaslı qarajın bərpası, dəymiş maddi ziyanın ödənilməsi və digər qarajlardan istifadə hüququnun bərpa edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, cavabdehlərin və üçüncü şəxs İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(007)-31/2023 saylı qətnaməsi dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia qismən təmin olunmuş, dəyəri sahibləri X2, X7 və X8 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi barədə ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması, qətnamənin ilkin iddianın cavabdehlərin həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları və qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə X2, X7 və X8 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi və cavabdehlər X10, X9, X5, X4 və X3 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmişdir. "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 11 avqust 2020-ci ildə 1120-MM7-0180 qeydiyyat nömrəsi ilə Qeydiyyat və notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır, hüquqi ünvanı- Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 olmaqla qanuni təmsilçisi- Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları- sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərarları və digər sənədlərdir. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)- 748/2016 saylı icra vərəqəsinin icraatına icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə xitam verilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)- 2063/2022 saylı qətnaməsindən görünür ki, ünvan 6 ünvanda 0.7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanən Tikintisinin “İşçi layihələri”; bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftrlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun "xxxx" MTK-dan alınıb, "xxxx" MMMC-yə verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddiaçı ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə baxılarkən tərəflərin iştirakı ilə iddia tələbində qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə yerləşən əraziyə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamına əsasən Bakı şəhər sovetinin icraiyyə komitəsinin “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus avtomobillərin saxlanılması üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1990-cı il tarixli 7/362 saylı qərarına müvafiq olaraq və yenidən təşkil edilmiş İddiaçı qaraj-tikinti kooperativinin idarə heyətinin xahişi icra olunmaqla: Fərdi sahibkarların avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə 7 (yeddi) qaraj boksuna görə kollektiv qarajların tikintisi və istismarı üzrə İddiaçı kooperativinin nizamnaməsini qeydiyyata almaq və Bu kooperativ üzvlərinin 7 (yeddi) nəfər olmaqla siyahısını təsdiq etmək İddiaçı Qaraj- Tikinti Kooperativinə tapşırılmışdır. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 2566-cı məhəllədə yerləşən İddiaçı idarə heyətirinin xahişi nəzərə alınaraq həmin kooperativə əlavə edilən siyahıya əsasən 6 (altı) yeni üzvün qəbul edilməsi haqqındakı ümumi iclasın qərarının təsdiq edilməsi, İddiaçı QTK-nin siyahısı təsdiq edilmiş üzvlərinə orderlərin verilməsi barədə sərəncam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsi ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə X2, X7 və X8 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi və cavabdehlər X10, X9, X5, X4 və X3 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)-2063/2022 saylı qətnaməsi ilə, ünvan 6 ünvanda 0.7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanən Tikintisinin “İşçi layihələri”; bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftrlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların "xxxx" MTK-dan alınıb, "xxxx" MMMC-yə verilməsi qət edilmişdir. Hazırda iddiaçı, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə yerləşən İddiaçınə məxsus olan ərazidə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “...İş materiallarından göründüyü kimi mübahisəli ərazinin də daxil olduğu torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, ərazidə yerləşən fərdi qarajların və qeyri-yaşayış tikililərinin sökülərək mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi iddiaçıya tapşırılmışdır. Həmçinin işdə olan eskiz və ayrıc aktının surətləri, birinci instansiya məhkəməsi zamanı keçirilmiş yerli baxış protokolu əsasında müəyyən edilir ki, 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə "Ümüd" QTK-nin üzvlərinə Naxçıvanski küçəsi, 2566-cı məhəllədə ayrılmış 7 ədəd fərdi qaraj İddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyi mübahisəli qarajların yerləşdiyi sahə ilə üst-üstə düşür. Nəzərə alınmalıdır ki, iş materiallarında ‘‘Ümüd” QTKnın digər üzvlərinə qarajlar ayrılsa da həmin qarajlar ilkin ayrılmış 7 qarajla üst-üstə düşə bilməzdi. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, onlara ayrılmış tikinti ərazisində xeyli sayda başqa qarajlar da olmuş, həmin qarajların dəyəri ödənilməklə sökülmüşdür. Baxılan iş üzrə iddiaçı dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin qanuni sahibidir. Qanunvericilik iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edir. İddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ vardır... Bununla bağlı nəzərə alınmalıdır ki, qarajın vətəndaşların istifadəsinə verilməsi barədə orderlər qaraj-tikinti kooperativi tərəfindən deyil, həmin kooperativlərin razılığı əsasında yerli icra hakimiyyəti orqanları tərəfindən verilmişdir. Bu baxımdan ilkin order ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının qərarı və ya rəsmi razılığı olmadan kooperativin vətəndaşa verilmiş, dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi üzərində yerləşən qarajı digər şəxsə vermək səlahiyyəti olmamışdır...Həmçinin nəzərə alınmalıdır ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 16 avqust 2011-ci il tarixli cavab məktubunda sonradan Nizami Rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 aprel tarixli, 399/4 saylı sərəncamı ilə rəsmiləşdirilmiş 6 qarajın "Ümüd" QTK-nə ilkin olaraq ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi qeyd olunmuşdur...”. Qeyd olunmalıdır ki, yuxarıda göstərilən hallarla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsində iş üzrə iddiaçının ("xxxx" MMC) dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş hazırda da mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olduğunu, qanunvericiliyin həmin iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, iddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ olduğunu da göstərmişdir. Digər yandan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Bununla əlaqədar, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” barədə iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə İddiaçı subyektiv hüququ yaranmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” tələbinə dаir iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-585/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-585/2023
05.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver