Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-62/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16915 manat dəymiş zərərin, 550 manat xidmət haqqının və ödənilmiş 143 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan etibarnamə əsasında X3 tərəfindən idarə edilən “Toyota Camry” markalı **-AS-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “Chevrolet Mallibu” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən zərər vurulmuşdur. “Chevrolet Mallibu” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2dur. xx.xx.2023-cü il tarixli qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən təqsirli bilinmişdir. Dəymiş zərərin müəyyən edilməsi üçün “X7” MMC-yə müraciət edilmişdir. “X7” MMC-nin qüsur aktına əsasən “Toyota Camry” markalı **-AS-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 16915 manat və xidmət haqqı 550 manat qiymətləndirilmişdir.
İş materialları :
3. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
4. Bakı şəhəri BPİ X10 İdarəsinin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 03:30 dəqiqədə Füzuli, S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsində əzintilər və s., yol-nəqliyyat hadisəsinin digər iştirakçısı X2 istifadə etdiyi “Toyoto Camry” markalı 99AS010 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfində qeydə alınmışdır.
5. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, əsasən “Toyota Camry” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 16915 manat müəyyən edilmişdir.
6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 31178 nömrəli çekdən görünür ki, 550 manat məbləğində ödəniş edilmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, “Toyota Camry” markalı 99AS010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün xidmət haqqı 550 manat müəyyən edilmişdir.
8. xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, saat 03:30-da Füzuli küçəsində “Chevrolet Malibu” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
9. xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında protokol”dan görünür ki, “Chevrolet Malibu” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xəta törədilmişdir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Avtomobilin müddətli istifadəyə verilməsi haqqında” arayışdan görünür ki, İddiaçı MMC şirkəti X4 simasında əsl etibarnamə ilə, Bakı şəhərinin Dövlət Avto müfəttişliyi tərəfindən verilən texniki talon əsasında, şirkətin təsisçisi olan X3 şirkətə məxsus olan, mühərrik 5719382, ban JTNB24HK7N3116099, qeydiyyat nişanı, 99AS010, rəng qara metallik AR DİN BDYPİ Qİİnin qeydiyyatında olan “X8 minik” sedan markalı minik avtomobilini sürməyi etibar etmişdir.
11. İcbari Sığorta Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Chevrolet” markalı, 77HX304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PDS********** nömrəli sığorta şəhadətnaməsinin xx.xx.2023-cü il tarixdə qüvvədə olduğu aşkarlanmışdır. “Toyota” markalı, 99AS010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2023-cü il tarixdə qüvvədə olan sığorta şəhadətnaməsi aşkar olunmamışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2635-8/1003 nömrəli ekspert rəyindən görünür ki, hadisə baş verən tarixlə hazırki dövrdə tədqiq edilən avtomobilin ehtiyyat hissələrinin qiymətində dəyişiklik yoxdur, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2023-cü il buraxılışlı “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə, yəni 2023-cü ilin sentyabr ayına (ƏDV daxil) təmir-bərpa xərci təxminən 13890 manat-dəyişilməli olan hissələrin qiyməti 10960 manat, təmir-bərpa işlərinin qiyməti 2930 manat müəyyən edilmişdir.
13. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2025-ci il tarixli MB-18/0372 nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində 99AS010 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobilə dəymiş ziyanın məbləği real olaraq (ƏDV, ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) yuvarlaq olaraq 13162 manat müəyyən edilmiş, hadisə baş verən tarixə qiymətləndirmə rəyində olan detalların bazar qiymətləri 8671 manat müəyyən edilmiş, 2023-cü ilin mart ayından Azərbaycan Höküməti tərəfindən qəbul edilən qərara əsasən 10 ildən artıq yaşı olan avtomobillərin ölkəyə daxil olması dayandırılmış, nəticədə köhnə avtomobillərə və onların ehtiyat hissələrinə olan tələbat artmış və artan tələbat ehtiyat hissələrinin qiymətlərində 5- 10% arasında artıma səbəb olmuşdur.
14. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-QC-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 adından yqeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.
15. “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair” xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 “Chevrolet Malibu” markalı 77HX304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün 9 il 10 ay 25 gün müddətinə, xx.xx.2032-ci il tarixədək etibarnamə verilmişdir.
Tərəflərin izahatları :
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iş üzrə ikinci dəfə ikinci dəfə mütəxəssis rəyi verilsə də, rəydə bəzi detallar yazılsa da, bəziləri isə yazılmamışdır. Eyni rəyi alıb təzədən köçürüblər. Həmçinin qeyd etmişdir ki. Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə əsasında digər Cavabdeh2 almış, amma adına rəsmiləşdirməmişdir.
18. Məhkəmə iclasında mülki iş üzrə rəy vermiş ekspert Kamran Dünyamalıyev ilə video-görüntülü telefon əlaqəsi saxlanılmışdır. O, izahatında bildirmişdir ki, qeyd olunan iş üzrə məhkəmə qərardadına əsasən tərəfindən ekspert rəyi verilmişdir. Qeyd etmişdir ki, rəydə qiymətləndirmə aktında nəzərdə tutulmuş kley, çilingər xidmətləri və plastmas işinin dəyəri ümumi görülən xidmətlərin qiymətində nəzərə alınmışdır. Belə ki, usta hər hansı iş görürsə yapışqan və digər məmulatların pulunu onlar ustanın gördüyü işin xərcinə daxil edirlər. Arxa bufer və plastmas işini təmir bərpa işinə daxil etmişlər. Xidmət göstərilmədiyi üçün ümumi olaraq qiymətləndirilmə aparılmışdır. Dəmirçi və armatur üçün işlər qiymətləndirilib və 1600 manat yazılıb. Təkər olaraq yeni təkərin qiyməti müəyyən edilib və təzə təkərin qiyməti qeyd olunub. 2023-cü il buraxılışlı maşın olduğu üçün yalnız yeni detalların qiymətinə əsasən rəy verilib. Yəni istismarı uzun müddət olan maşın deyil. Belə olan halda yeni detallara əsasən qiymətləndirmə aparılır. Rəydə ayaqaltı dedikdə “paduşka” nəzərdə tutulur. Qiymət müəyyən edilərəkən bir neçə avtoservislərə müraciət edilir. Sırf bu maşınla bağlı "xxxx"nə müraciət edilib və oradan lazımi məlumatlar alınmışdır. "xxxx"ndən başqa heç bir yerdən məlumat almamışlar. Yeni maşın olduğu və eyni zamanda "xxxx" distribütor olduğu üçün onlar belə işlərdə onlardan məlumat əldə edirlər və bunun əsasında rəy verirlər. Maşın təkərlərin qiyməti müxtəlif olur və bu qiymət təkərin markasından asılı olaraq dəyişir. Qiyməti ucuz olan təkərlər dözümsüz olur və keyfiyyətini daha tez itirir. Nəzərə alınmalıdır ki, “Toyoto Camry” markalı nəqliyyat vasitəsinin sürücüsü ucuz təkərdən istifadə etməz.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh ilə video-görüntülü telefon əlaqəsi saxlanılan zaman bildirmişdir ki, maşın onun mülkiyyətindədir. O, həmin nəqliyyat vasitəsini satmamış, dostuna idarə etmək üçün etibarnamə vermişdir. Dostuda maşının sürərkən qəza törətmişdir. Hadisədə o cavabdehlik daşımır. Qəzanı törədən şəxs onun dostudur. Qeyd etmişdir ki, vurulan nəqliyyat vasitəsinin sürücüsü onların sığorta şirkəti tərəfindən avtomobilə baxış keçirmədən gedib nəqliyyat vasitəsini təmir etdirib və həmin məbləği də onlardan tələb edir. Halbuki, sığorta var və sığortaya müraciət edib daha aşağı qiymətə maşını təmir etdirmək olardı. Həmçinin qeyd etmişdir ki, məhkəmə iclasları barədə məlumatlı olmuşdur.
20. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
21. İddiaçı MMC-yə məxsus olan və X3 tərəfindən etibarnamə əsasında idarə edilən “Toyota Camry” markalı **-AS-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh2 məxsus olan və Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Mallibu” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə toqquşmuşdur.
22. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərar” qəbul edilmişdir.
23. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus olan və X3 tərəfindən etibarnamə əsasında idarə edilən “Toyota Camry” markalı **-AS-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir.
24. Dəymiş zərər "xxxx" MMC tərəfindən 16915 manat məbləğində -ehtiyat hissələri- 9694.92 manat və görülmüş işlər 4639.83 manat qiymətləndirilmişdir.
25. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən dəymiş zərər 13890 manat-dəyişməli hissələrin qiyməti 10960 manat, təmirbərpa işlərinin qiyməti 2930 manat qiymətləndirilmişdir.
26. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən dəymiş ziyanın məbləği real olaraq (ƏDV, ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) yuvarlaq olaraq 13162 (13161.78) manat müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmənin mövqeyi :
30. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
31. İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi iddiaçıya məxsus olan “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “Chevrolet Malibu” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən zərər vurulması və “Chevrolet Malibu” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin Cavabdeh2 olması ilə əsaslandırılmışdır.
32. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
33. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli” qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.
36. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
38. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
39. Məhkəmə qeyd edir ki, işin faktiki halları baxımından iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər.
40. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
42. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
43. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə İddiaçı MMC-yə zərər vurulması, zərərin Cavabdeh1 qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır.
44. İşin mübahisəli halları vurulmuş zərərin məbləği və vurulmuş zərərə görə Cavabdeh2 məsuliyyət daşıması ilə bağlıdır.
45. Cavabdeh1 vəkil-nümayəndəsi tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği mübahisələndirildiyi üçün məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/2635-8/1003 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci dəyişilməli olan hissələrin qiyməti 10960 manat, təmir-bərpa işlərinin qiyməti 2930 manat olmaqla, təxminən 13890 manat müəyyən edilmişdir.
46. Cavabdeh1 vəkil-nümayəndəsi tərəfindən ekspert rəyi mübahisələndirildiyi, o cümlədən ekspert tərəfindən verilmiş rəydə "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı təkrarlandığı üçün məhkəmə tərəfindən mülki iş üzrə mütəxəssis rəyi alınmışdır.
47. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli MB-18/0372 nömrəli Qiymətləndirmə Hesabatına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində 99AS010 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobilə dəymiş ziyanın məbləği real olaraq (ƏDV, ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) yuvarlaq olaraq 13162 manat (ehtiyat hissələrinin qiyməti 10231.78 manat və təmir-bərpa işləri 2930 manat) müəyyən edilmişdir.
48. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmiş vurulmuş zərərin məbləğinə iddiaçının nümayəndəsi etiraz etməmiş, Cavabdeh1 vəkil-nümayəndəsi isə mütəxəssis tərəfindən verilmiş rəydə müəyyən edilmiş dəymiş zərərin məbləği ilə razılaşmamışdır.
49. Cavabdeh1 vəkil-nümayəndəsinin iş üzrə əsas etirazı "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin dəyişdirilməsinə zərurət olubolmadığının, o cümlədən həqiqətən qeyd edilən hissələrin avtomobilin təmiri zamanı dəyişdirilib-dəyişdirilməməsinin müəyyən edilməli olması ilə bağlı olmuşdur.
50. Məhkəmə cavabdehin etirazına münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu təbiidir ki, hər bir nəqliyyat vasitəsinin sahibi onun nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzinin onun zərər dəymiş ehtiyat hissələrinin təmir edilməklə deyil, əvəz edilməklə bərpa edilərək ödənilməsini istəyər. Hazırki mülki iş üzrə xüsusilə zərər dəymiş avtomobilin buraxılış ilinin 2023-cü il olması və hadisənin 2023-cü ildə baş verməsi nəzərə alındıqda cavabdeh tərəfin etirazı iddiaçı baxımından ədalətli hesab edilə bilməz.
51. Nəzərə alınmalı digər məqam isə hazırki mülki iş üzrə "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında avtomobilin müvafiq ehtiyat hissələrinin dəyişilməli olması qeyd edilmiş, cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən, etirazının dəlillərinə dair məhkəməyə sübut təqdim edilməmişdir.
52. Həmçinin məhkəmə tərəfindən cavabdehin etirazı nəzərə alınaraq ekspert və mütəxəssis qarşısında müvafiq suallar qoyulmuş, lakin avtomobil satıldığı üçün ekspert və qiymətləndirici tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməsi mümkün olmadığından qeyd edilən hissədə sualların cavablandırılması mümkün olmamışdır.
53. Məhkəmə qeyd edir ki, “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi zamanı "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş Qiymətləndirmə Hesabatını daha mötəbər sübut olaraq qiymətləndirilməlidir.
54. Belə ki, məhkəmə iclasında mülki iş üzrə rəy vermiş ekspertin dindirilməsi zamanı müəyyən edilmişdir ki, ekspert tərəfindən rəy tərtib edilən zaman ehtiyat hissələrinin qiyməti ilə bağlı araşdırma aparılmamış, "xxxx" MMC ilə əlaqə saxlanılaraq onlar tərəfindən bildirilən qiymətlər əsasında rəy tərtib edilmişdir.
55. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş dəyişilməli olan ehtiyat hissələrinin qiyməti, görülməli olan işlərin məbləğinə münasibətdə isə ən azı iddiaçının vəkil-nümayəndəsinin məhkəmə iclasında (xx.xx.2024) verdiyi izahat (Servisdə müəyyən edilmiş qiymətlər qeyri-rəsmi servislərdə müəyyən edilmiş qiymətlərdən 15-20% baha olur) həmin qüsur aktında müəyyən edilmiş məbləğin deyil, mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğin əsas götürülməsinə əsas verir.
56. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş mütəxəssis rəyinə əsasən isə müəyyən edilir ki, mütəxəssis tərəfindən rəy tərtib edilən zaman araşdırma aparılmaqla rəy tərtib edilmişdir.
57. Qeyd etdiyimiz kimi, iddiaçı tərəfindən təqdim edilən qüsur aktında, hansıki avtomobilə baxış keçirilməklə tərtib edilmişdir, zərər dəymiş ehtiyat hissələrinin dəyişilməli olması göstərilmiş, cavabdeh tərəfindən isə avtomobilin həmin hissələrinin dəyişilməli olmamasına, təmirinin mümkünlüyünə dair etirazı sübuta yetirilə bilməmişdir.
58. Həmçinin qüsur aktında müəyyən edilmiş dəyişilməli olan hissələrin məbləği, görülməli olan işlərin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğlər real bazar dəyərinə uyğun olduğundan həmin məbləğlər vurulmuş zərərin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
59. Qeyd edilən hallar nəzərə alınaraq, yol-nəqliyyat hadisəsi nəticəsində 99AS010 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobilə dəymiş ziyanın məbləği xx.xx.2025-ci il tarixli MB-18/0372 nömrəli Qiymətləndirmə Hesabatına uyğun olaraq 13161.78 manat müəyyən edilməlidir.
60. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, məhkəmə icraatı zamanı tərəflər buna dair sübutlar təqdim etməmişdir.
61. Məhkəmə iddia tələbinin "xxxx" MMC-yə ödənilmiş 550 manat məbləğində xidmət haqqının tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən “Expert Group“ MMC-nin sifarişi əsasında “Toyota Camry” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə göstərilən xidmətin haqqı 550 manat olaraq qiymətləndirilmiş və həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir.
62. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin "xxxx" MMC-nin hesabına ödənilməsi Cavabdeh1 qanunsuz, təqsirli hərəkəti ilə birbaşa səbəbli əlaqəli olduğundan iddia tələbi həmin hissədə əsaslıdır, təmin edilməlidir.
63. İddia tələbinin Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz.
64. Belə ki, müəyyən edilmişdir ki, ziyan vuran “Chevrolet Malibu” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuş, onun tərəfindən həmin nəqliyyat vasitəsinə dair Cavabdeh1 nəqliyyat vasitəsini idarə etməyə dair etibarnamə verilmiş, yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi Cavabdeh1 qanuni sahibliyində olmuşdur. Odur ki, mülki hüquq pozuntusuna görə yalnız Cavabdeh1 məsuliyyət daşımalıdır.
Məhkəmə xərcləri :
65. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131.14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
66. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat və qiymətləndirmə xidmətinin dəyəri olan 300 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünməli, İddiaçı MMC-dən 25 (iyirmi beş) manat və Cavabdeh1 25 (iyirmi beş) manat məbləğində pul vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və qiymətləndiricinin xidmət haqqı olaraq 150 (bir yüz əlli) manat məbləğində vəsait İddiaçı MMC-dən və 150 (bir yüz əlli) manat məbləğində vəsait Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə :
67. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 dəymiş maddi ziyanın əvəzi olaraq 13161.78 manat məbləğində vəsait, ödənilmiş 550 manat xidmət haqqının əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131.14 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi ziyanın əvəzi olaraq 13161.78 manat məbləğində vəsait, ödənilmiş 550 manat xidmət haqqının əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131.14 manat məbləğində vəsait tutularaq iddiçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 25 manat məbləğində vəsait "xxxx" MMC-dən və 25 manat məbləğində vəsait Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 150 manat məbləğində vəsait "xxxx" MMC-dən və 150 manat məbləğində vəsait Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva