Məhkəmə qərarları › İş №e-2(007)-623/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-623/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-623/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması” tələbi) X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə BPM**********26 nömrəli, xx.xx.2021-ci İ tarixli istehlak müqaviləsinə əsasən, nağd kredit aviləsi üzrə 226.23 manat əsas və 1.69 manat faiz borcu olmaqla, ümumilikdə 227.92 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Sənaye” filialı ilə X5 oğlu arasında bağlanmış BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 20 ay müddətinə, illik 19 faiz dərəcəsi hesanlanmaqla 2000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 Şəmi oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X5 oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış və X5 oğluna xx.xx.2024-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, X5 oğlunun BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit borcu üzrə, banka ödənilməmiş- 226.23 manat əsas və 1.69 manat faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Vida oğlu ədov Vidadi Şəmi oğlunun vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Vida oğluna cun qaytarılması haqqında tərəflərin xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 227.92 manat olduğundan, tərəflərindən 30 manat dövlət rüsumu və 0.40 manatat bank xidməti haqqı ödənilmişdir. Cavabdehin ərizəsi: Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli istehlak müqaviləsinə əsasən iddia tələbindən 3 (üç) ildən artıq vaxt keçdiyindən iddia müddətinin keçməsi tətbiq edilməklə iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: "xxxx" ASC ilə X5 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********26 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, bank tərəfindən X5 oğluna 20 ay müddətinə illik 19 % ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. X5 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X5 oğlunun xx.xx.2021-ci il tarixli BPM**********26 saylı kredit müqaviləsi üzrə banka 226.23 manat əsas, 1.69 manat faiz olmaqla, cəmi 227.92 manat borcu vardır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bank qarşısında olan gecikdirilmiş borcun qaytarılması və ödənilməsi tələb olunmuşdur, əks təqdirdə "xxxx" ASC-nin yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdar etmişdir. AZ-İİ seriyalı 304851 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 568 nömrə ilə qeyd edilmişdir; xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 oğlunun vərəsəsi Cavabdeh4 miras əmlakdan ¼ hissədə paya dair Qanun üzrə Vəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Şəhadətnamə verilən miras əmlaka –ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.36 kv.m olan mənzil daxildir. xx.xx.2023-cü il tarixdə, Cavabdeh2, xx.xx.2023-cü il tarixdə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən 15 saylı notariat ofisində ərizə yazılaraq miras əmlak qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşdə iştirak edən şəxslər: İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəkki iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X5 oğlu arasında xx.xx.2021-ci il tarixlərdə tam kart çərçivə müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, borclu müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. "xxxx" ASC tərəfindən müqavilə üzrə X5 oğluna 20 ay müddətinə illik 19 % ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. X5 oğlu qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X5 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri, Cavabdeh4 vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və ¼ hissədə paya dair Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Bundan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 notariat ofisinə ərizə ilə müraciət edərək, miras əmlakdan hər birinə ¼ hissədə pay almışlar. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Qeyd edilən səbəblərdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda sadalanan iş materiallarına əsasən ilk olaraq, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, X5 oğlu ilə bank arasında bağlanmış müqavilə 20 ay müddətinə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Qeyd olunan müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. X5 oğlu xx.xx.2022ci il tarixdə vəfat etdiyindən qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliklər şəxsin vərəsələrinin müəyyən edilməsinədək dayandırılmış hesab edildiyindən, həmin müqavilə üzrə öhdəliyin yenidən davam etdirilməsi xx.xx.2023-cü il tarixədək dayandırılmış hesab olunur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olması və iddia müddətinin tətbiq edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülmədiyi müəyyən edilmişdir. Odur ki, hazırda iddiaçı tərəfindən məhkəmə yönəlmiş iddia tələbinə iddia müddətinin tətbiq edilməməli, tələbə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə araşdırması aparılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehlər mirası qəbul etdiklərindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X5 oğlunun vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakı hər birinə münasibətdə ¼ pay olmaqla, qəbul etdiklərindən onlar, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli BPM**********26 saylı kredit müqaviləsi üzrə 226.23 manat əsas borc, 1.69 manat faiz borcu olmaqla, cəmi 227.92 manat pul və 30 manat dövlət rüsumunun əvəzi müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli BPM**********26 saylı kredit müqaviləsi üzrə 226.23 manat əsas, 1.69 manat faiz borcu olmaqla, cəmi 227.92 manat pul və 30 manat dövlət rüsumunun əvəzi müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar