Məhkəmə qərarları › İş №e-2(007)-628/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-628/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-628/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “kredit borcu, zaminliyə xitam verilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 26325.43 manat borcun - bundan 11695.88 manat əsas, 6682.13 manat faiz, 6364.68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1582.74 manat faiz borcunun və iş üzrə ödənilmiş 168.98 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış 70008597 nömrəli xx.xx.2014cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 24 ay müddətinə illik 23 % dərəcəsi ilə 8400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 70008597/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.680.17 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olumuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış 929 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Kartın Verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən cavabdeh üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək 2.000 (iki min) Manat məbləğində kredit xətti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış 929 nömrəli xx.xx.2014-cü il tarixli Kredit xətti müqaviləsi üzrə 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Saziş bağlanaraq, müqavilənin adında olan “Kredit xətti müqaviləsi” ifadəsinin “Kredit müqaviləsi” kimi oxunması barədə dəyişiklik edilmişdir. Kreditorun Borcalana açdığı 1.942,47 Manat məbləğində yeniləşdirilən kredit xətti 1.854,74 ABŞ dolları məbləğində kreditə çevrilmişdir. Kredit 18 ay müddətinə verilmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 27 % dərəcəsi ilə faiz ödəməli idi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış 70012409 nömrəli xx.xx.2014cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 22 % dərəcəsi ilə 8.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 70012409/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 7.488,19 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olumuşdur. Daha sonra tərəflər arasında 929 nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi, 70008597 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və 70012409 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişiklikliyə dair 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X3 əsasən Borcalanın Kreditor qarşısında 929 nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə konvertasiya edilməklə (1 USD=1.40 AZN) 1024.93 Manat təşkil edən əsas borc, 70008597 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə konvertasiya edilməklə (1 USD=1.40 AZN) 5176.64 manat təşkil edən əsas borc və 70012409 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə konvertasiya edilməklə (1 USD=1.40 AZN) 8262.78 Manat təşkil edən əsas borc məbləğlərinin qalıqları bu Saziş üzrə birləşdirilmişdir. Bu Saziş üzrə Borcalanın Kreditor qarşısında olan kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqlarının cəmi (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14464.35 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin verilmə müddəti 60 ay (xx.xx.2022-ci il) tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kreditin istifadəsinə görə Borcalan Kreditora illik 15% dərəcəsi ilə faiz ödəməli idi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. Əlavə Sazişlərə əsasən Zamin(lər) Əlavə Sazişləri imzalamaqla xx.xx.2015-ci il tarixli 929 saylı Kredit müqaviləsi, xx.xx.2014cü il tarixli 70008597 saylı Kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 70012409 saylı Kredit müqaviləsi və həmin müqavilələrə edilmiş xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişin şərtləri ilə razılaşdıqlarını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərini təsdiq etmişlər. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 26325.43 (iyirmi altı min üç yüz iyirmi beş Manat 43 qəpik) Manat təşkil edir. Bundan 11695.88 (on bir min altı yüz doxsan beş Manat 88 qəpik) Manat əsas, 6682.13 (altı min altı yüz səksən iki Manat 13 qəpik) Manat faiz, 6364.68 (altı min üç yüz altmış dörd Manat 68 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1582.74 (bir min beş yüz səksən iki Manat 74 qəpik) manat faiz borcu təşkil edir

İş materialları :

3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70008597 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borclana şəxsi istehlak məqsədi ilə 8400 USD məbləğində, 24 ay müddətinə, illik 23 faiz, faktiki ilik faiz dərəcəsi 24.08 faiz olmaqla kredit verməyi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditlə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70008597 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixədək hər ay 440.01 USD ödəmək şərtilə, 8400 USD əsas, 2160.16 USD faiz borcu olmaqla, cəmi 10560.16 USD ödəniş etməlidir.

5. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 700008597/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin predmetini 70008597 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya zaminlərin öz üzərinə götürməsi təşkil edir. Zaminliklə təmin edilmiş öhdəliklər: 8400 USD təşkil edən kredit məbləği, 24 ay təşkil edən kreditin qaytarılma müddəti, 23 faiz təşkil edən illik faiz dərəcəsi, 46 faiz təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, 3.83 faiz isə aylıq faiz dərəcəsidir.

6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 929 saylı “kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi”ndən görünür ki, bank tərəfindən buraxılmış kredit kartının müştəriyə verilməsi, kart vasitəsilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, valyuta mübadiləsinin aparılması, nağd pul vəsaitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi və qanunvericiliklə qadağan olunmayan digər əməliyyatların həyata keçirilməsi barədə öhdəlik götürmüşdür.

7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70012409 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borclana şəxsi istehlak məqsədi ilə 8300 USD məbləğində, 36 ay müddətinə, illik 22 faiz, faktiki ilik faiz dərəcəsi 25.054 faiz olmaqla kredit verməyi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditlə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70012409 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, illik 22% dərəcəsi ilə, 36 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 317.04 USD olmaqla, 8300 usd əsas, 3113.09 USD faiz borcu olmaqla, cəmi 11413.09 USD ödəniş edilməlidir.

9. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 Mehman oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 70012409/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin predmetini 70012409 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya zaminlərin öz üzərinə götürməsi təşkil edir. Zaminliklə təmin edilmiş öhdəliklər: 8300 USD təşkil edən kredit məbləği, 36 ay təşkil edən kreditin qaytarılma müddəti, 22 faiz təşkil edən illik faiz dərəcəsi, 44 faiz təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, 3.67 faiz isə aylıq faiz dərəcəsidir.

10. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70012409 nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7488.19 ABŞ dolları təşkil edir və müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur.

11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 70012409 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, illik 22% dərəcəsi ilə, 46 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 242.37 USD olmaqla, 7488.19 USD əsas, 3656.25 USD faiz borcu olmaqla, cəmi 11144.44 USD ödəniş edilməlidir.

12. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 Mehman oğlu arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış xx.xx.2014-cü il tarixli, 70012409/ZM nömrəli zaminlik müqaviləsinə Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7488.19 ABŞ dolları təşkil edir və müqavilənin 2.2-ci bəndinə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur.

13. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci ildə bağlanmış xx.xx.2014-cü il tarixli 70008597 saylı kredit müqaviləsinə Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5680.17 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur.

14. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Saizşin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, illik 23% dərəcəsi ilə, 28 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 264.04 USD olmaqla, 5680.17 USD əsas, 1710.41 USD faiz borcu olmaqla, cəmi 7390.58 USD ödəniş edilməlidir.

15. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5680.17 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur.

16. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 929 saylı xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilənin adında olan kredit xətti müqaviləsi ifadəsi kredit müqaviləsi kimi oxunmaqla, müqaviləyə əsasən kreditorun borclana açdığı 1942.47 manat məbləğində yeniləşdirilən kredit xətti 1854.74 ABŞ dolları məbləğində kreditə çevrilməsi, kreditin illik 27% dərəcəsi ilə 18 ay müddətinə verilməsi barədə razılığa gəlmişlər.

17. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış “929 saylı xx.xx.2015-ci il tarixli, Kredit müqaviləsi, 70008597 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və 70012409 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliyə dair” xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısında 929 saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə konvertasiya edilməklə (1 USD=1.40 manat) 1024.93 manat təşkil edən əsas borc, 70008597 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə konvertasiya edilməklə 5176.64 manat təşkil edən əsas borc və 70012409 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə konvertasiya edilməklə 8262.78 manat əsas borc məbləğlərinin qalıqları bu Sazişlə birləşdirilmiş və bu Saziş üzrə borcalanın Kreditor qarşısında olan kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi 14464.35 manat təşkil edir.

18. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış “929 saylı xx.xx.2015-ci il tarixli, Kredit müqaviləsi, 70008597 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və 70012409 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliyə dair” xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, 60 ay müddətinə, illik 15% dərəcəsi ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək hər ay 345 manat olmaqla, 14464 manat əsas, 6162 manat faiz borcu olmaqla, cəmi 20626 manat ödəniş edilməlidir.

19. İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 70008597 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, bu müqavilənin predmeti xx.xx.2015-ci il tarixli 929 saylı kredit müqaviləsinə, xx.xx.2014-cü il tarixli 70008597 saylı kredit müqaviləsinə və xx.xx.2014-cü il tarixli 70012409 saylı kredit müqaviləsinə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişə uyğun olaraq əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir.

20. İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış 70012409 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, bu müqavilənin predmeti xx.xx.2015-ci il tarixli 929 saylı kredit müqaviləsinə, xx.xx.2014-cü il tarixli 70008597 saylı kredit müqaviləsinə və xx.xx.2014-cü il tarixli 70012409 saylı kredit müqaviləsinə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişə uyğun olaraq əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir.

21. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus hesabdan xx.xx.2019xx.xx.2024 dövrü əhatə edən çıxarışdan görünür ki, hesab üzrə sonuncu dəfə xx.xx.2022ci il tarixində ödəniş edilmişdir.

22. İş materillarına əlavə edilmiş xx.xx.2014-cü il və xx.xx.2024-cü il tarixli tarixli kassaməxaric orderlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh1 8400 ABŞ dolları və xx.xx.2014-cü il tarixdə Cavabdeh1 8300 ABŞ dolları məbləğində kredit əldə etmişdir.

23. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM051T01170090S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə müqavilə üzrə 11695.88 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 6682.13 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 6364.68 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 1582.74 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc olaraq 26325.43 manat borc vardır.

24. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM051T01170090S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 11695.88 manat əsas, 6682.13 manat faiz, 6364.68 manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1568.16 manat faiz borcu olmaqla, ümumilikdə 26310.85 manat təşkil edən borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir.

25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2136 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Əlavə Saziş №1-in şərtləri üzrə xx.xx.2022-ci il tarixinə banka olan borc məbləğləri aşağıdakı kimi, müəyyən olunur: əsas borc üzrə- 11716.56 manat; faiz borcu üzrə-6007.57 manat; xx.xx.2024-cü il tarixinə: əsas borc üzrə- 11716.56 manat, faiz borcu üzrə- 6007.57 manat və əldən çıxmış fayda üzrə illik 5 dərəcəsi ilə hesablanmaqla – 1567.09 manat, xx.xx.2024-cü il tarixinə əsas borc üzrə- 11716.56 manat, faiz borcu üzrə- 6007.57 manat və əldən çıxmış fayda üzrə illik 5 dərəcəsi ilə hesablanmaqla – 1571.97 manat, xx.xx.2025-ci il tarixinə əsas borc üzrə- 11716.56 manat, faiz borcu üzrə- 6007.57 manat və əldən çıxmış fayda üzrə illik 5 dərəcəsi ilə hesablanmaqla – 1928.35 manat.

26. xx.xx.2024-cü il tarixli **********60 saylı qəbzdən görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 168.98 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı LPO "xxxx" ASC məhkəmə iclasına gəlməmiş və nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun kredit götürülən vaxtdan ödədiyi vəsaitlər nəzərə alınmamışdır.

30. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, bank bağlandıqdan sonra onlara ödənişlərin həyata keçirilməsi qaydası ilə bağlı tərəfə heç bir məlumat verilməmişdir. 2022-ci ildə banka yaxınlaşdıqda borcdan 8 min manat ödəniş etmələri, əks təqdirdə 2024-cü il tarixində məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Həmçinin bildirmişdir ki, o müqaviləyə edilən birinci dəyişikliyə 2015-ci il tarixdə imza çəksə də, 2017-ci ildə olan müqaviləyə dəyişikliyə isə imza çəkməmişdir. (Müqavilə tərəfə göstərildikdə orada olan imzanın ona məxsusluğunu təsdiq etmişdir).

İşin faktiki halı :

31. İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişin bağlanılması, LPO İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında xx.xx.2014cü il tarixli 70012409 saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişin və LPO İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 70008597 saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişin bağlanılması, Cavabdeh1 tərəfindən kredit müqaviləsindən və Cavabdeh3 və Cavabdeh2 tərəfindən zaminlik müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.

32. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi :

36. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

37. İşin tədqiq edilmiş hallarına əsasən müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 70008597 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə Saziş, xx.xx.2014cü il tarixli 929 nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə Saziş, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə Saziş və hər üç müqavilə üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair 01 nömrəli xx.xx.2017-ci il tarixli Saziş bağlanılmışdır.

38. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta və s. dair şərtlərdir.

40. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.

41. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış “929 saylı xx.xx.2015-ci il tarixli, Kredit müqaviləsi, 70008597 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və 70012409 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliyə dair” xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, tərəflər borcalanın kreditor qarşısında 929 saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə konvertasiya edilməklə (1 USD=1.40 manat) 1024.93 manat təşkil edən əsas borc, 70008597 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə konvertasiya edilməklə 5176.64 manat təşkil edən əsas borc və 70012409 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə konvertasiya edilməklə 8262.78 manat əsas borc məbləğlərinin qalıqlarının birləşdirilməsi, kreditin verilmə müddətinin 60 ay müddətinə uzadılması və borcun illik 15 faiz dərəcəsi ilə ödənilməsi barədə razılığa gəlmişlər.

42. İddiaçı ASC ilə Cavabdeh1 “929 saylı xx.xx.2015-ci il tarixli, Kredit müqaviləsi, 70008597 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və 70012409 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliyə dair” xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən 60 ay müddətinə illik 15% dərəcəsi ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək hər ay 345 manat olmaqla, 14464 manat əsas, 6162 manat faiz borcu olmaqla, cəmi 20626 manat ödəniş etmək barədə razılığa gəlmişlər.

43. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

46. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh1 60 ay müddətinə (xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək), illik 15% ödəmək şərtilə 14464 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh1 iş materiallarına əsasən müəyyən olunur ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

47. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

48. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

49. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

50. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

51. İddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixinə yaranmış 11695.88 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 6682.13 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 6364.68 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 1582.74 manat olmaqla, cəmi 26325.43 manat pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.

52. Cavabdeh isə iddiaçı tərəfindən irəli sürülən iddia tələbini qəbul etməyərək məhkəməyə şifahi vəsatətlə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş və məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə ekspert rəyi alınmışdır.

53. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2136 nömrəli ekspert rəyinə əsasdən LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Əlavə Saziş №1-in şərtləri üzrə xx.xx.2022-ci il tarixinə banka olan borc məbləğləri: əsas borc üzrə-11716.56 manat; faiz borcu üzrə-6007.57 manat; xx.xx.2024-cü il tarixinə: əsas borc üzrə- 11716.56 manat, faiz borcu üzrə- 6007.57 manat və əldən çıxmış fayda üzrə illik 5 dərəcəsi ilə hesablanmaqla – 1567.09 manat, xx.xx.2024-cü il tarixinə əsas borc üzrə- 11716.56 manat, faiz borcu üzrə- 6007.57 manat və əldən çıxmış fayda üzrə illik 5 dərəcəsi ilə hesablanmaqla – 1571.97 manat, xx.xx.2025-ci il tarixinə əsas borc üzrə- 11716.56 manat, faiz borcu üzrə- 6007.57 manat və əldən çıxmış fayda üzrə illik 5 dərəcəsi ilə hesablanmaqla – 1928.35 manat müəyyən olunmuşdur.

54. Məhkəmə qeyd edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı və cavabdeh tərəfindən ekspert rəyinin mötəbərliyini şübhə altına alan sübutlar təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

55. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.

56. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə qurtarmışdır.

57. Belə olan halda iddiaçı həmin tarixədək kreditdən istifadəyə görə faizləri, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış illik 5%-i tələb edə bilər.

58. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə əsas borc 11716.56 manat və müqavilənin bitmə müddətinə, yəni xx.xx.2022-ci il tarixinə kreditdən istifadəyə görə faiz borcu 6007.57 manat manat təşkil edir.

59. İddiaçı qeyd etdiyimiz kimi cavabdehdən həmçinin Mülki Mcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olaraq 1582.74 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.

60. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

61. Məhkəmə cavabdehdən xx.xx.2024-cü il tarixədək ekspert rəyinə əsasən hesablanaraq müəyyən edilmiş 1571.97 manat məbləğində gecikdirilmiş vaxt üçün faizin tutulmasını əsaslı hesab edir.

62. Həmçinin iddiaçı LPO İddiaçı ASC Cavabdeh1 6364.68 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.

63. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

64. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

65. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 6364.68 manat təşkil edən cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :

66. Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC-nin iddia tələbi zaminlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə əsaslı olmadığından təmin edilməməlidir.

67. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür(MM 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

68. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 700008597/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin predmeti 70008597 nömrəli xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Müqavilənin 2-ci fəslinə əsasən zaminliklə təmin edilmiş öhdəlik 8400 ABŞ dolları kredit məbləği, 24 ay təşkil edən kreditin qaytarılma müddəti, 23% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 46% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, 3.83 % isə aylıq cərimə faiz dərəcəsindən ibarətdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış, 70008597 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişə əsasən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ilə qədər uzadılmışdır.

69. Dəmirbank” ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 70008597 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, bu müqavilənin predmeti xx.xx.2015-ci il tarixli 929 saylı kredit müqaviləsinə, xx.xx.2014-cü il tarixli 70008597 saylı kredit müqaviləsinə və xx.xx.2014-cü il tarixli 70012409 saylı kredit müqaviləsinə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişə uyğun olaraq əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Həmin Sazişin 2.2-ci bəndinə əsasən Zamin bu sazişi imzalamaqla zamin bu əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, 929 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 70008597 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 70012409 saylı kredit müqaviləsi və həmin kredit müqavilələrə edilmiş xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə Sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.

70. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 Mehman oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 70012409/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin predmeti 70012409 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Müqavilənin 2-ci fəslinə əsasən zaminliklə təmin edilmiş öhdəlik 8300 ABŞ dolları kredit məbləği, 36 ay təşkil edən kreditin qaytarılma müddəti, 22% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 44% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik dərəcəsindən ibarətdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış, 70012409 saylı xx.xx.2014-cu il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişə əsasən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ilə qədər uzadılmışdır.

71. İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış 70012409 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, bu müqavilənin predmeti xx.xx.2015-ci il tarixli 929 saylı kredit müqaviləsinə, xx.xx.2014-cü il tarixli 70008597 saylı kredit müqaviləsinə və xx.xx.2014-cü il tarixli 70012409 saylı kredit müqaviləsinə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişə uyğun olaraq əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Həmin Sazişin 2.2-ci bəndinə əsasən Zamin bu sazişi imzalamaqla zamin bu əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, 929 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 70008597 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 70012409 saylı kredit müqaviləsi və həmin kredit müqavilələrə edilmiş xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə Sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.

72. Məhkəmə qeyd edir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.

73. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının zaminə qarşı tələb hüququ yaranmışdır. Lakin mülki qanunvericilikdə kreditorun zaminə qarşı tələb hüququ müddətlə məhdudlaşdırılmışdır.

74. Belə ki, mülki qanunvericilikdə zaminlik institutu öhdəliyin təmini üsullarından biri kimi nəzərdə tutulmasına baxmayaraq, zaminin kreditor qarşısında əsas borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öhdəliyin tam icrası müddəti ilə müəyyən edilməmişdir.

75. Mülki Məcəllənin 447-ci maddəsində zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilməsidir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (MM 477.0.4 m).

76. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.

77. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir.

78. Həmçinin göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub.

79. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 70008597 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə Saziş, xx.xx.2014-cü il tarixli 929 nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə Saziş, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə Saziş və hər üç müqavilə üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair 01 nömrəli xx.xx.2017-ci il tarixli Saziş bağlanılmışdır. Həmin Sazişlə restrukturizasiya edilmiş kreditin verilmə müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

80. Kredit müqaviləsi üzrə bağlanılan Sazişlərlə yanaşı, həm də zaminlik müqaviləsi üzrə eyni tarixlərdə əlavə saziş bağlanılmış və Zamin həmin sazişləri imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələrlə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.

81. Müqavilənin qeyd edilən bəndindən göründüyü kimi kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. Belə olan halda zaminlik müqaviləsi üzrə zaminin kreditor qarşısında əsas öhdəliyin icrasının təmini üçün üzərinə götürdüyü öhdəlik həmin müddətədək qüvvədə olmuşdur.

82. Həmçinin xx.xx.2014-cü il və xx.xx.2014-cü tarixli zaminlik müqavilələrinin 5.1.4-cü bəndində zaminlik müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslardan biri də zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürməməsidir.

83. İddiaçı LPO İddiaçı ASC cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə zaminliyin təmin etdiyi öhdəliyin icrasının bitdiyi vaxtdan 3 il sonra müraciət etmişdir.

84. Odur ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə uyğun olaraq zaminliyə onun verilmə müddəti qurtarması əsası ilə xitam verilməlidir.

85. Beləliklə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddiaçının iddia tələbi Cavabdeh3 və Cavabdeh2 aid hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri :

86. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148.19 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

87. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci iş üzrə tərəflər arasında bərabər şəkildə bölünməli, iddiaçı ləğv Prosesində Olan İddiaçı ASC-dən 50 (əlli) manat və Cavabdeh1 50 (əlli) manat məbləğində pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

Nəticə :

88. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 11716.56 manat əsas borc, 6007.57 manat faiz borcu, 100 manat cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 1571.97 manat borc olmaqla, cəmi 19396.10 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148.19 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 11716.56 manat əsas borc, 6007.57 manat faiz borcu, 100 manat cərimə, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 1571.97 manat faiz olmaqla, cəmi 19396.10 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148.19 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünsün. 50 manat məbləğində vəsait İddiaçı ASC-dən və 50 manat məbləğində vəsait Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar